Təbii Görünüşlü Makiyajın Sirləri

14 Mart 2017
1 454
0
Təbii Görünüşlü Makiyajın Sirləri

Makiyaj trendlərinin davamlı dəyişməsinə baxmayaraq, heç bir zaman dəbdən keçməyən bir makiyaj növü varsa o da "təbii" makiyajdır.


Lakin kiçik bir təhlükə var. Feat.Az bildirir ki, təbii görünüş, bacarıqla tətbiq edildikdə və siz sanki heç makiyaj etməmiş kimi göründüyünüzdə olmuş deməkdir. Bax bu görünüşü əldə etmək üçün ipucularımıza göz atın!

Tonal, BB krem ​​ya da dərini yumuşaldan bir baz, incə təbəqə halında tətbiq edildikdə təbii makiyajın əsasını təşkil edir. Əlbəttə, göz altındakı bənövşəyilik və dəridəki ləkələr qapadıcıyla bağlanılmalıdır. Tonal kremi ləkənin ətrafına doğru yaysanız qəlib olaraq görünməsini maneə törətmiş olarsınız. Tonal kremin cinsi parlaq olmalıdır, mat tonal kremdən ​​qaçının. Çünki dəri normalda parlaqdır. Göz ətrafına çox qapadıcı istifadə etməyin. Göz kölgəsi seçərkən dərinizlə uyğunlaşma təmin edə biləcək bej tonlarını ya da açıq portağal rəngini seçin.

Göz çuxurunu ortaya çıxaracaq şəkildə tətbiqiniz bəs edər. Göz ətrafınız şişkindirsə göz ətrafına iki fərqli ton istifadə edərək kölgələndirmə edə bilərsiniz lakin yenə həddindən artığa qaçmayın. Göz ətrafını, gözlərini böyük göstərmək istəyənlər üçün: təbii görünüş üçün kəskin xəttlərdən qaçınmanız lazımdır. Göz kirpiklərinin aralarını eyeliner ilə doldurmaq kifayətdir. Əgər xətt çəkmək istəyirsinizsə bu xəttin son dərəcə incə olmasına diqqət edin.

Gül rəngi yanaqlar isə makiyajın ən əhəmiyyətli qismidir. Əlbəttə, rəngi əhəmiyyətlidir. Yanaqlarınız üçün seçəcəyiniz rəngin dəri rənginizlə uyğun olmasına diqqət edin. Normalda yanaqlarınız qızardığında nə rəng olar? Buna, ya da dodaq rənginizə diqqət edərək, o tona yaxın bir rəng seçin. Allığı normal makiyajda etdiyiniz kimi xətt şəklində deyil, genişcə yayın. Pomada üçünsə tünd rəngləri deyil, yüngül və parlaq rəngləri seçim edin!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.