Kişilər başqa qadınlara niyə baxır?

22 Ekim 2014
3 010
0
Kişilər başqa qadınlara niyə baxır?
Kişilər başqa qadınlara niyə baxır?

Şotlandiyadakı Stirling Universitetində aparılan araşdırmaya görə, kişilərin gözəl qadınlara baxma meyli təkamüldən qaynaqlanır.
Daily Telegraph qəzetində nümayiş olunan araşdırma xəbərində, qadınlar dost olduqları kişiləri cazibədar görərkən, kişilərin tanımaydıqları qadınları seçdiyi ifadə olunur.
Bunun da kişi atalarımızın ola bildiyincə çox qadınla yataraq, genlərini köçürmə motivindən qaynaqlana biləcəyi vurğulanır.
Qadınlarınsa uşaqlarına baxa biləcək, etibarlı yoldaşlar axtarışları səbəbiylə, özlərinə dost kişiləri seçdiyi deyilir.
Araşdırmada, kişi və qadın könüllülərə müxtəlif üz şəkilləri göstərilir və nə dərəcədə cazibədar olduqlarını bildirmələri istənilir.
Daha sonra da, başda göstərilən şəkillərə yeni şəkillər əlavə olunaraq bir dəfə daha bal vermələri tələb edilir.
Kişi könüllülər daha əvvəl gördükləri qadın üzlərini, yeni gördükləri üzlərə görə daha az cazibədar görür.
Araşdırmada könüllülərə eyni zamanda, gördükləri fotoşəkillərdəki üzlərin, həyat yoldaşlarının üzlərinə nə qədər bənzədiyi soruşulur.
Kişilər, həyat yoldaşlarına ən az bənzəyən üzləri, ən cazibədar üzlər olaraq qiymətləndirir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.