Qalın qaş arzulayan xanımlara MƏSLƏHƏT

22 Nisan 2017
2 410
0
Qalın qaş arzulayan xanımlara MƏSLƏHƏT
Qaş üz quruluşunda mühüm yer tutur. Zaman-zaman nazik, bəzən də qalın qaşlar dəbə düşür. Ancaq son illər qalın qaş dəbi hakimdir. Təəssüf ki, heç də hər kəs qalın qaşa sahib deyil. Siz də qalın qaşlara sahib olmaq istəyirsinizsə, Feat.Az-ın bir neçə tövsiyəsinə əməl edin.

Qaşların uzanmasına imkan verin

Hər qaşın öz xüsusiyyəti var. Buna görə də qaşların uzanma müddəti hər kəsdə fərqlidir. Bir az səbrli olun və qaşlarınızın uzanmasına imkan verin. Bunun üçün ən azı 4-5 aya qədər qaşalandan uzaq dayanmalısınız. Beləcə, qaşlarınızın təbii xəttini və formasını təyin edə biləcəksiniz. Sadəcə bir az səbr!

Badam yağı çəkin


Badam yağı saç və qaşları uzatmaq üçün ən təsirli vasitələrdən biridir. Gecə yatmazdan əvvəl qaşlarınıza badam yağı çəkin.

Sarımsaq vurun


1 diş sarımsağı ortadan iki yerə bölün. Yarım sarımsağı barmaqlarınızla əzib suyunu çıxararaq qaşlarınıza sürtün. Sarımsağı qaşınıza sürtdükdən sonra isitdiyiniz 1 yemək qaşığı zeytun yağını da masaj edərək çəkin.

Boşluqları qələmlə doldurun


Yeni uzanan tüklər baxımsız görünmənizə səbəb ola bilər. Bunun həll yolu var. Tükləri qaşın hamısı ilə bərabərləşdirin. Bunu qaşlarınıza uyğun rəngdə qələm çəkməklə bacara bilərsiniz. Tüklərin aralarını təbii görünəcək şəkildə doldurun.

Tel kəsdirin

Qaşlarınızın baxımsız görüntüsü sizi narahat edirsə, tel kəsdirin. Bu, qaşlarınızın üstünü örtəcək və müvəqqəti çətinliyin aradan qaldırılmasına kömək olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.