Çörək qadın sonsuzluğuna səbəb olurmuş - YENİ ARAŞDIRMA

10 Mayıs 2017
1 443
0
Çörək qadın sonsuzluğuna səbəb olurmuş - YENİ ARAŞDIRMA
Kolumbiya Universitetinin professorları çox çörək yeyən qadınlarda sonsuzluq riskinin artdığını açıqlayıblar. Hamilə qala bilməyən 188 qadının iştirak etdiyi araşdırmada qlutenli qidalar yeyən qadınlarda sonsuzluq riskinin 6 dəfə çox olduğu müəyyənləşib.

Qlutenlə ən zəngin qidanın çörək olduğunu bildirən alimlər ana olmaq istəyənlərə çörəkdən imtina etməyi məsləhət görüblər.

Alimlərin sözlərinə görə, həddən artıq qluten qəbul edən kişilər də eyni problemlə üzləşirlər. Onların ata olmaq şansı 30 faiz azalır.

Çörəyin sonsuzluqla yanaşı, uşaqsalmaya, menstruasiya ilə bağlı problemlərin yaranmasına səbəb olduğu deyilir.

Qluten maddəsinin bəzi kosmetik vasitələrin tərkibinə də vurulduğunu bildirən həkimlər qadınların xüsusilə, dodaq boyalarına qarşı diqqətli olmalarını tövsiyə edirlər.
[right]musavat.com[/right]
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.