Burundakı qara nöqtələri aparan MASKA

31 Ekim 2017
2 763
0
Burundakı qara nöqtələri aparan MASKA
Qara nöqtələr hər yaşda olan qadınların baş bəlasıdır. Bir çox səbəbdən qaynaqlanan qara nöqtələrdən təbii vasitələrlə qurtula bilərsiniz. Feat.Az sizə qara nöqtələrə qarşı evdə hazırlaya biləcəyiniz darçınlı maska reseptini verir.

Qara nöqtələr məsamələrdə çirk və ölü dəri hüceyrələrindən qaynaqlanan tıxanıqlıqlardır. Bədəndəki hormonal dəyişikliklər, həddindən çox kosmetik vasitə istifadəsi, dəriyə qulluğu yubatma, stress və genetik səbəblər qara nöqtə yaranmasını sürətləndirə bilər.
Adətən burunda yaranan qara nöqtələr müdaxilə edilmədikdə sızanaqlar yarada bilir.
Bu qara nöqtələri evdə darçın maskası ilə müalicə edə bilərsiniz.

Darçın maskasının hazırlanması:


1 çay qaşığı darçın, limon suyu və seçimə bağlı olaraq bir az zəncəfil tozunu qarışdırıb üzünüzə sürtün. 10-15 dəqiqə saxladıqdan sonra yuyun.
Ya da 1 çay qaşığı darçınla balı qarışdırın. Yatmazdan qabaq qara nöqtə olan yerə sürtüb bir gecə saxlayın. Səhər oyandıqda üzünüzü bol su ilə yaxşıca yuyun. Ən yaxşı nəticəni əldə etmək üçün 10 gün boyunca hər gün bu prosesi təkrarlayın.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.