Yağlı dərisi olanlara MƏSLƏHƏT: Üzünüzü tez-tez,istifadə, Yağlı, dərilər, pilinq, yağlı, dəridə, silin, makiyajınızı, artıq, başlayır, yüngü

Yağlı dərisi olanlara MƏSLƏHƏT: Üzünüzü tez-tez...

14 November 2017
562
0
Yağlı dərisi olanlara MƏSLƏHƏT: Üzünüzü tez-tez...
Yağlı dəridə qara nöqtələrin, sızanaqların yaranmasına daha çox rastlanır. Bəs bu tip dəriyə necə qulluq etmək lazımdır? Feat.Az bununla bağlı bəzi məsləhətlər verir.

Dərinizə qulluq etməlisiniz, amma həddindən artıq yox

Yağlı dəriyə sahib olanlar tez-tez üzlərini yumalı olduqları barədə məsləhətlər eşidirlər. Amma bu məsləhət tamamilə yanlışdır. Üzü tez-tez yuduqda dəri ehtiyac duyduğu yağdan məhrum olur və bundan azad olmaq üçün həddindən çox yağ istehsal etməyə başlayır. Bu artım səbəbi ilə dəridə qara nöqtə və məsamələr də böyüyür. Əgər yağlı cildiniz varsa, mütəmadi olaraq onu ilıq su ilə təmizləyin.

Spirt tərkibli təmizləyicilərdən istifadə etməyin

Bu cür təmizləyicilər dəridəki təbii yağları aparır və dəri daha çox yağ istehsalına başlayır. Bu isə daha artıq yağlılıq və dəri problemlərini qaçılmaz edir. Dərinizi spirtsiz, yüngül bir təmizləyici ilə silin. Həmçinin təmizləyicini soyuducuda saxlasanız, müsbət effekti iki qatına çıxarmış olarsınız.

Yağlı dərilər də nəmləndirici istifadə etməlidir

Yağlı dərilər də təmizləndikdən sonra nəmləndirilməyə ehtiyac duyur. Əks təqdirdə dəri nəmini itirərər. Buna görə yağlı dərilər üçün hazırlanmış nəmləndiricilərdən istifadə edin. Vazelin kimi çox yağlı kremlərdən uzaq durun. Dəri təmizlənərkən kisələnməməli, ovalanmamalı, barmaqlarla dairəvi hərəkətlərlə yuyulmalıdır.

Maska və pilinq

Hər dərinin ehtiyacı olduğu maska və pilinq fərqlidir. Həftədə bir və ya iki dəfə yüngül pilinq tətbiq edə bilərsiniz. Amma bu sayı artırsanız, dəriniz zərər görə bilər. Həmçinin dərini təmizləyəcək maskalardan da həftədə bir dəfə istifadə etməlisiniz.

Mütləq makiyajınızı silin

Hər gecə yatmazdan qabaq mütləq makiyajınızı silin. Təmizlədiyiniz dərini nəmləndirməyi də unutmayın. Əgər bunu mütəmadi təkrar etsəniz, dərinizin necə düzəldiyinin şahidi olacaqsınız.

Qidalanmaya diqqət edin

Yağlı, şəkərli qidalardan, fast fooddan uzaq durmalısınız. Su içməyi unutmamalısınız. Siqaret istifadə edirsinizsə, həm bədəninizə, həm də dərinizə verdiyi zərər nəzərə alaraq tərgitməlisiniz.

Dərinizə əl vurmayın

Sızanaq, qara nöqtələri əllərinizlə sıxmayın. Bu zaman həmin yerlərə mikrob sala bilərsiniz. Nəticədə dəridə daha ciddi problemlər yaranar. Bu cür neqativ hallarda isə həkimə müraciət etməyi unutmayın.
lent.az
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz