Südlü Keks

15 Kasım 2014
3 907
0
Südlü Keks
Südlü Keks


Tərkibi:
250 gr. (1 Paket) düyü unu
3 ədəd yumurta
1 su stəkanı maye yağ
1 su stəkanı qatıq
1 yarım su stəkanı toz şəkər
4 yemək qaşığı kakao
1 paket qabartma tozu
1 paket vanil

Üzəri üçün:
1/2 su stəkanı soyuq süd
2 yemək qaşığı hindqozu

Hazırlanması:
Yumurtaları və şəkəri, krem ​​konsistensiyasına gələnə qədər çırpın. Qatıq və maye yağı əlavə çırpmağa davam edin.
Bir qaba düyü unu, kakao, qabartma tozu və vanil birlikdə ələyin. Maye qarışığı da əlavə edib, qarışdırın.
24 sm-lik qəlibi, yağlayıp unlayın və qarışığı tökün. 175 dərəcədə 35-40 dəqiqə bişirin. Keksə batırdığınız çöp təmiz çıxırsa bişmiş deməkdir.
Keks sobadan çıxar çıxmaz, isti ikən üzərinə qaşıqla soyuq südü yedirərək tökün və hindqozu səpin. Ən az 1 gün dinlendirip xidmət edin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.