Panakota resepti

02 Aralık 2014
1 735
0
Panakota resepti
Panakota resepti


Tərkibi:



3 yarpaq jelatin
vanil budağı
500 m yağlı qaymaq
50 q+2 ç.q. şəkər tozu
250 q böyürtkən

Hazırlanması:



Jelatini 5 dəqiqə ərzində soyuq suda isladın. Vanilin budağını uzununa kəsib içini çıxarın. Qaymağa vanilin qabıqlarıyla toxumlarını, 50 q şəkər tozu əlavə edib vam ocağın üzərinə qoyun.
15 dəqiqədən sonra (qaynayanda) ocaqdan götürün, vanilin qabığını içindən çıxarın. Qarışdıraraq jelatin əlavə edin. Dərin qablara töküb soyuducuda 6 saat saxlayın.

150 q böyürtkəni (başqa giləmeyvə də olar) mikserlə çalıb sous halına gətirin, sonra cunadan süzüb içinə 2 ç.q. şəkər tozu əlavə edin.

Soyumuş deserti bir neçə saniyəlik isti suya qoyun, sonra bıçaqla qabın kənarından ehtiyatla ayırıb boşqaba ağzıüstə çevirin. Üzərinə böyürtkən sousu gəzdirib giləmeyvə ilə bəzəyin.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.