"4x4" salatı

02 Aralık 2014
1 318
0
"4x4" salatı
"4x4" salatı


Asan hazırlanmasına və ərzağın az olmasına rəğmən, bu salat süfrədə tez nəzərə çarpır. Çox hazırlamaq istəsəniz, ərzağın qədərini mütənasibliyi qoruyaraq artırın. Onu doğranmış göyərti ilə də bəzəyə bilərsiniz - zövq məsələsidir.

Tərkibi (1 pay):


4 qara zeytun
4 bildirçin yumurtası
4 çerri pomidoru
4 balaca motsarella pendiri
duz
istiot
zeytun yağı
göyərti (zövqə görə - cəfəri və ya göy soğan)

Hazırlanması:

Bildirçin yumurtalarını bişirib təmizləyin.

Göyərtidən başqa heç nəyi doğramaq lazım deyil.

Bütün ərzaqları salat qabına yığın, qarışdırın, duz, istiot vurun, üzərinə yağ gəzdirin. Göyərti səpin. Vəssalam!

Salatı kahı yarpağının üstünə də qoya bilərsiniz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.