Dəri rənginizə görə pomada seçimi.

14 Aralık 2014
5 005
0
Dəri rənginizə görə pomada seçimi.
Dəri rənginizə görə pomada seçimi.

Dəri rənginə uyğun doğru dodaq boyası necə seçilir?

Sarışın, qumral ya da qırmızı ... Saç rənginiz və bədəniniz sizə uyğun boyanın tonunu da müəyyənləşdirir.
Qadınların ən çox sevdiyi və ən çox istifadə etdiyi makiyaj aksesuarlarından biri dodaq boyalarıdır!
Aparılan bir araşdırmaya görə qadınların 60%-i dodaqlarına boya sürtmədən evdən çıxmır. Qadınların 80%-i 14-60 yaşları arasında boya istifadə edir. Qadınların 31%-inin ən sevdiyi boya rəngi qırmızıdır. Yaxşı, bu qədər çox satılan və istifadə olunan boyanı doğru seçə bilirikmi? Bir boyanın sizə yaraşmasıı üçün ən əhəmiyyətli meyar dəri rənginizə uyğun tonda seçilmiş olmasıdır.

Qumral saç və qarabuğdayı dəri

Aralıq dənizi tipi olaraq yüngül yanıq bədəniniz və açıq ya da tünd qumral saçlarınızla seçim variantınız çoxdur. Hər rəng sizə yaraşa bilər. Yalnız dişləriniz Hollywood ulduzları qədər ağ deyilsə tünd qəhvə tonlardan uzaq durun. Çünki bu rənglər dişlərinizdəki sarılığı daha diqqətə çarpan hala gətirər. Çəhrayı tonlar qumrallara zəriflik qatar. Açıq rəng boyalar təbii seksuallığınızı ortaya çıxarar. Şaftalı tonları isə bədəniniz yüngül bronzlaştığında başdan çıxaran bir təsirə sahib ola bilər. Seksual torpaq tonları da buğdayı bədəninizə çox yaraşar. Bənövşəyi rəngli boyalar da kişilərin baxışlarını dodaqlarınıza kilidləyə bilər.

Qızılı saç və ağ dəri

Marcia Cross ya da Julianne Moore kimi təbii qızılı saçlı və ağdərili xanımsanız,açıq tonlarla dodaq rənginizi vurğulamaq sizə çox yaraşar. Gündəlik həyatda şəffaf parladıcılar sizin üçün idealdır. Dodaqlarınıza bir az rəng vermək istəyirsinizsə, karamel, qəhvə və portağal tonlarından istifadə edə bilərsiniz. Bu rənglər dərinizi duruluğunu daha da vurğulayacaq. Qırmızı pomada seçərkən daha diqqətli olmanızı tövsiyyə edirik, çünki qırmızı pomada dərinizi daha ağ göstərər, buna görə üzünüz daha tutqun görünür.

Sarı saç və açıq dəri

Sarışınsanız xüsusilə gündüzləri daha yüngül tonları seçməlisiniz, çünki tünd rənglər sizi çox dəbdəbəli edə bilər. Yumşaq rəngli dodaqlar sarışınlara isti bir ifadə verər. Pastel tonlar zərif üz xəttlərinizi daha diqqətə çarpan hala gətirəcək, açıq rəngli gözlərinizi daha çox vurğulayacaq. Axşam saatlarında bir az daha iddialı ola bilərsiniz. Daha güclü çəhrayı və bənövşə tonlarıyla dodaqlarınız işıldaya bilər. Qırmızı pomadanızın üzərinə, qızıl işıltılı şəffaf bir parladıcı sürməniz təcrübədən keçirə bilərsiniz.

Qara saç və əsmər dəri

Əsmər dəri rənginə sahibsəniz daha rahat qərar verə bilərsiniz, çünki bir çox boya tonu dərinizlə mükəmməl uyğunlaşma təmin edə bilər. Xüsusilə qırmızı, mürdüm, qəhvəyi və tünd rəngli dodaq boyaları sizə çox yaraşacaq. Çəhrayı rənglərdə gündəlik həyatda seçim edə biləcəyiniz tonlar arasında. Bənövşəyinin çox açıq və çox parlaq tonlarından istifadə etməyiniz məsləhət görülmür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.