Doğru Oyuncaq Seçimi - 8 Şərt

20 Ocak 2017
2 602
0
Doğru Oyuncaq Seçimi - 8 Şərt
Doğru oyuncaq seçimində 8 əhəmiyyətli nöqtə!

Feat.Az uşaqların yaradıcılığını artıraraq, ruhi və fiziki inkişafına təkan verən oyuncaqların seçimində ən əhəmiyyətli olanları təqdim edir:

Uşaqlarımızın yaradıcılığını artırmanın ən ağıllı yolu onları hər şeyi oyunla öyrətmək və oyuncaqlarıyla azad buraxmaqdır…

Onların yaradıcılığını artıraraq, ruhi və fiziki inkişafına təkan verən oyuncaqların seçimində ən əhəmiyyətli nöqtə; oyuncaqların uşağın yaşına, bacarığına, marağına və onun inkişaf dövrənə uyğun olmasıdır.


​Oyuncaq seçimində nələrə diqqət yetirilməlidir?

1. Seçilən oyuncağın uşağın sağlam inkişafına qatqı təmin etməsi üçün, mütləq uşağın yaşına, bacarığına, maraq və inkişaf dövrünə uyğun olmalıdır.

2. Yaş və bacarıq səviyyəsinin uyğun olmayan oyuncaqlar oyun keyfi verməz, uşağın maraq dairəsində çox qısa müddət qala bilər. Oyuncaq uşağın yaşı və bacarıq səviyyəsinin üstündədirsə, müvəffəqiyyətsizlik duyğusu yarada bilər və bu vəziyyət uşağın inkişafına maneə törədər.

3. Oyuncaq, uşağın əzələ qüvvətiylə mütənasib, bədəninə uyğun böyüklükdə və ağırlıqda olmalıdır.

4. Oyuncaq, uşağın inkişafı üçün funksional olmalı, yaradıcılığı məhdudlaşdırmamalıdır. Məsələn boş bir yük maşını, bir süd yük maşınısına görə çox daha funksionaldır. Çünki uşaq, yük maşınının boş yerinə dilədiyini yerləşdirərək, dilədiyi şeyi daşıya bilər.

5. Uşaqlara tək başına oynayacağı oyuncaqların yanında qrup halında oynaya biləcəkləri oyuncaqlar da alınmalıdır.

6. Oyuncaq, uşağın sağlamlığını təhlükəyə atmayacaq şəkildə, yuyula biləcək, dayanıqlı, küncləri yumru və möhkəm olmalıdır.

7. Oyuncaq, uşaqların, strukturca xüsusiyyətini və istifadəsini asanca qavraya biləcəyi və işlədə biləcəyi səviyyədə olmalıdır.

8. Oyuncaq alarkən cinsi ayrı-seçkiliyi edilməməlidir. Oğlan qız oyuncağı, qız uşaq kişi oyuncağıyla oynamaq istəsə, buna icazə verilməlidir. Bacarıqlarını inkişaf etdirəcəksə, məsələn oğlanın körpəylə, qız uşağın yük maşınıla oynamasında heç bir qorxu yoxdur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.