Hamiləlik zamanı bu məhsulları yeməyin! Uşağın sağlamlığı üçün ZİYANLIDIR
Nəticədə uşaqda bəzi sinir-psixiki pozulmaların riski artır.
Global Look Press xəbər verir ki, alimlər meymunlar üzərində eksperiment aparıblar. Hamilə meymunlar 2 qrupa ayrılıb. Onların bir qrupu hamiləlik boyu çox yağlı, digər qrupu sağlam qida alırdı. Birinci qrupunda olan meymunların balaları 2-ci qrupla müqayisədə daha əsəbi və narahat olub, onların iştaha, yuxu və yaddaşla problemləri müşahidə olunurdu.
Alimlər bunu hamiləlik zamanı yağlı qidaların dölün beyninin serotonin sisteminə olan mənfi təsiri ilə əlaqələndirir.
Alimlərin fikrinə görə, hamiləlik zamanı çoxlu miqdarda yağlı qidaları istehlak edən anaların uşaqları gələcəkdə depressiya və s. nevroloji pozulmalara daha meylli olur.