Hər dəri tipinə faydalı BAL MASKALARI

08 Mart 2017
1 774
0
Hər dəri tipinə faydalı BAL MASKALARI
Dərinizi tanımadan hər eşitdiyinizi üzünüzə sürtmək faydalı deyil, əksinə zərərlidir. Dəri tipini bilmədən nəmləndirmək üçün də dərinizə heç nə sürtməyin. Ancaq hər dəri tipinin istifadə edə biləcəyi yeganə vasitə baldır.

Keçmiş zamanlardan bu yana kəsik, yanıq kimi yaraların sağalmasında istifadə edilən bal, eyni zamanda, antibakterial xüsusiyyətlərə malikdir və antiseptik olaraq istifadə edilir. Balın geniş istifadəsinin səbəbi dərini çox nəmləndirməsi, iltihabın qarşısını alması və özəlliklə B vitaminləri baxımından zəngin olması ilə bağlıdır.

Balda olan vitaminlər və dəriyə faydaları

B1 vitamini:
Dərinin ümumi görünüşünü dəyişdirir.

B2 vitamini: Dərini sərbəst radikallara qarşı qoruyur.

B6 vitamini: Yeni dəri hüceyrələrinin formalaşması üçün lazımlı bir vitamindir, eyni zamanda dərini nəmləndirir və xarici amillərə qarşı qoruyur.

B3 vitamini: İltihabın qarşısını alır. Sızanaq və digər dəri iltihablarının sağalmasının qarşısını alır. Dərini yaxşı nəmləndirir.

C vitamini: Dəri quruluğu və quruluqla bağlı olan qaşıntı, qızartı və qabıqlama problemlərinin qarşısını alır. Antioksidant tərkiblidir və dərini günəşin zərərli ultrabənövşəyi şüalarından qoruyur.

Sink: yaşlanmanın dəri üzərindəki təsirlərini gecikdirir.

Yağlı dərilər üçün bal və kök maskası


Artıq yağ tozun dəri səthində yığılmasına, məsamələrin tıxanmasına və dərinin çox parıldamasına yol açır. Yağ balansını qorumaq üçün bu maskanı həftədə bir dəfə edin.

1 böyük qaynamış kök
1 yemək qaşığı bal

Kökü əzdikdən sonra balı qarışdırın və soyuması üçün 10 dəqiqə soyuducuda saxlayın. Daha sonra üzünüzə çəkin. 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə durulayın.

Quru və qabıqlayan dərilər üçün bal maskası


1 yumurta
1 yemək qaşığı bal

Yumurta və balı bir kasaya əlavə edin. Qarışdırın. Qarışımı üzünüzə çəkib 20 dəqiqə gözləyin. Yumurta quruyanda ilıq su ilə yuyun.

Həssas dərilər üçün bal maskası


Yarım banan
1 yumurta
1 yemək qaşığı bal
1 yemək qaşığı yulaf

Yulafı, bananı əzib şüşə qaba əlavə edin. Yumurtanı, balı da qatıb, barmaq ucları ilə bu maskanı bütün üzünüzə və boynunuza sürtün. 15 dəqiqə sonra ilıq su ilə durulayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.