Sızanaqları aparan asan və effektli MASKALAR,qaşığı, sonra, maskası, yemək, dəqiqə, təsirli, üzünüzə, tətbiq, gözləyin, dərinizi, gözlədikdə

Sızanaqları aparan asan və effektli MASKALAR

08 November 2017
872
0
Sızanaqları aparan asan və effektli MASKALAR
Sızanaqlardan qurtulmaq çox çətin olur. Həm də bir çoxları həmin sızanaqları sıxmaq istəyir ki, bu çox yanlış davranışdır. Feat.Az sızanaq tipinə görə evdə tətbiq edəcəyiniz ən təsirli müalicə üsullarını diqqətinizə çatdırır.

Bal və darçın maskası

Bal sızanaqlardan qurtulmaqda təsirli bir maddədir. Bal təbii bir antibiotikdir və açıq məsamələrin içindəki çirki təmizləyir.
Bir yemək qaşığı balı yarım çay qaşığı darçınla qarışdırın və quru dəriyə barmaqlarınızla tətbiq edin. Dairəsəl hərəkətlərlə dərinizi masaj edin.
Daha sonra ilıq su ilə yuyun.

Yumurta ağı maskası

Yumurta ağının dərini sıxlaşdırıcı təsiri var. Həmçinin açıq məsamələrdə yığılan çirki təmizləyir. İki yumurtanın sarısını ayırın, ağını üzünüzə vurun. 2 dəqiqə qurumasını gözlədikdən sonra ikinci qatı üzünüzə sürtün. 10-15 dəqiqə daha qurumasını gözləyin, sonra ilıq su ilə üzünüzü yuyun.

Gil maskası

Gil maskası həm sızanaq həm də qara nöqtə probleminə ən təsirli əlaclardan biridir. Apteklərdə toz halında olan gil tapa bilərsiniz. Bir çay qaşığı toz gili alma sirkəsi ilə krem halına gətirin və üzünüzə vurun. 5 dəqiqə dərinizdə qurumasını gözlədikdən sonra ilıq su ilə gil maskasını dərinizdən çıxarın.

Yulaf əzməsi və qatıq maskası

Qatığın içindəki laktik turşu və yulaf əzməsinin dərini yumşaldıcı xüsusiyyəti bu maskanı daha təsirli hala gətirir. 3 yemək qaşığı qatığı iki yemək qaşığı yulaf əzməsi ilə qarışdırın. Bu qarışıma bir neçə damla limon suyu və zeytun yağı əlavə edin. Hazırladığınız maskanı dərinizə tətbiq edin. 10 dəqiqə gözlədikdən sonra dərinizi ilıq su ilə təmizləyin.

Sarıkök və nanə maskası

Özünüzə nanə çayı hazırlayın və soyumasını gözləyin. Nanə çayından iki yemək qaşığı götürün və bir yemək qaşığı sarıkökü nanə çayına tökün. Bu qarışımı dərinizə çəkin və 10 dəqiqə gözləyin. Daha sonra dərinizi ilıq su ilə yuya bilərsiniz.
lent.az
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz