Uşağlarnızı qorumaq üçün oxunan dualar

06 Eylül 2015
49 100
6
Uşağlarnızı qorumaq üçün oxunan dualar
Uşağlarnızı qorumaq üçün oxunan dualar


Əssələmu aleykum dəyərli valideynlər
Baxın bu əslində çox ciddi məsələdir. Şirin balalarımızı hətta ölümlə belə nəticələnə bilən nəzərdən qorumağın ən gözəl üsulunu, Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) də öz sevimli nəvələrinə oxuduğu duanı aşağıdakı məqalədə ətraflı oxuya bilərsiniz. Oxuyub keçməyin tətbiq edin.


Mərhəmətli və Rəhmli Allahın adı ilə!

Cabir (Allah ondan razı olsun!) peyğəmbərin (Allahın salam və salavatı onun üzərinə olsun!) belə dediyini rəvayət edir:

«Nəzər insanı qəbrə, dəvəni qazana salar» (İbn Hibban, 2/107; əl-Əlbani və b.). Yəni nəzər dəyən adam ölər, onu qəbrə basdırarlar, nəzər dəyən dəvəni isə ölməmiş tez kəsərlər.

Çox vaxt fikir verməsək də, əslində nəzər, gözdəymə çox ciddi fəsadlara gətirib çıxarır. Hətta anında öldürə bilər. Biz uşaqları bəzəyib bayıra çıxartmağı, ya da qəşəng şəkil və videolarını çəkib başqalarına göndərməyi, profillərə qoymağı xoşlayırıq.. Amma heç nəzərə gələ biləcəklərini düşünmürük. Halbuki sahabələr qəşəng uşaqların üzünə kömür sürtərdilər ki, çirkin görünüb, nəzərə gəlməsinlər.

Mütəqaddim alimlərdən olan Hafiz əl-Bəğavi (Alah ona rəhm etsin!) “Şərhu’s-sunnə” əsərində qeyd edir ki, Osman ibn Əffan (Allah ondan razı olsun!) çox gözəl bir uşaq görür və onun nəzərdən qorunması üçün valideyninə deyir ki: “Bu uşağın çənəsinə qara boya sürtərək gözəlliyini gizlədin”.

Bəzən “səbəbsiz” yerə uşaqlar pis vəziyyətə düşür, qızdırma, qusma, ishal, çığırıb ağlama və s. Amma nəzərdən bu hala düşə biləcəkləri ağlımıza gəlmir. Ən doğrusunu Allah bilir.

Əlhəmdulilləh, Allah bizi çarəsiz qoymayıb, sünnədə gələn, Peyğəmbərimizin (Allahın salam və salavatı onun üzərinə olsun!) nəvələrinə (Allah onlardan razı olsun!) oxuduğu dua var ki, oxunduğu gün o uşaqlar Allahın himayəsi altında olar və heç bir şeytan, zərərli həşərat və bəd nəzər onlara zərər verə bilməz.

Allah Rəsulu (Allahın salam və salavatı onun üzərinə olsun!) nəvələri Həsən və Hüseynin (Allah onlardan razı olsun!) nəzərdən qorunması üçün bu duanı oxumuşdur[1]:

اُعِيذُكُمَا بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ كُلِّ شَيْطَانِ وَهَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لَامَّةٍ

[ui’zukumə bikəlimətilləhit-təmməti min kulli şeytanin və həmmətin və min kulli aynin ləmməh]

Hər bir şeytan,hər bir zərərli həşəratdan və hər pis gözdən qorumaq üçün sizi Allahın tam kəlimələrinə həvalə edirəm.

Dua uşaqların say və cinsindən asılı olaraq belə oxunur inşəAllah:

◆ Bir oğlan uşağı üçün:

اُعِيذُكَ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ كُلِّ شَيْطَانِ وَهَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لَامَّةٍ

[ui’zukə bikəlimətilləhit-təmməti min kulli şeytanin və həmmətin və min kulli aynin ləmməh]

◆ Bir qız uşağı üçün:

اُعِيذُكِ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ كُلِّ شَيْطَانِ وَهَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لَامَّةٍ

[ui’zuki bikəlimətilləhit-təmməti min kulli şeytanin və həmmətin və min kulli aynin ləmməh]

◆İki uşaq üçün:

اُعِيذُكُمَا بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ كُلِّ شَيْطَانِ وَهَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لَامَّةٍ

[ui’zukumə bikəlimətilləhit-təmməti min kulli şeytanin və həmmətin və min kulli aynin ləmməh]

◆Daha çox uşaq üçün cəm forması :

اُعِيذُكُمْ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ كُلِّ شَيْطَانِ وَهَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لَامَّةٍ

[ui’zukum bikəlimətilləhit-təmməti min kulli şeytanin və həmmətin və min kulli seyin qadir

(rain) Paylaşarak xeyrə səbəb olun. Kimlər bu duanı sizin xatırlatmanız səbəbilə öyrənib tətbiq etsə hər dəfə sizə də əcr yazılacaq in şə Allah. Bilin ki, elmi yaymaq şərəfli işdir.
Hətta Abdullah ibn Mubərak (Allah ona rəhmət etsin) buyurmuşdur:

«Mən peyğəmbərlik dərəcəsindən sonra elmi yaymaq qədər fəzilətli bir dərəcə tanımıram.» (Təhzibul Kəməl, 16/20)


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    dəyərli xəbərdii Allah razı olsun
  2. Laura
    • Laura
    • 9 Eylül 2015 17:31
    dəyərli xəbərdii Allah razı olsun
  3. Eylül
    Çox dəyərli xəbərdi.Allah razı olsun)
  4. Lami95
    Allah razi olsun tewekkurler
  5. SEHRI
    • SEHRI
    • 6 Eylül 2015 21:48
    Allah razı olsun gözəl xəbərdi.Allah bütün körpələri qorusun
  6. allah bendesi
    beli nezer var qurandada yazilib ama sureler ayeler var nezere qarwi quranda men onlari bilirem.tewekkurler xebere gore ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.