Cənnət və cəhənnəmdəkilər bir-birlərini görəcəklərmi?

25 Ekim 2015
1 553
1
Cənnət və cəhənnəmdəkilər bir-birlərini görəcəklərmi?
Cənnət və cəhənnəmdəkilər bir-birlərini görəcəklərmi?


Allah ayələrdə cənnət əhli ilə cəhənnəm əhlinin bir-birlərini gördüyündən və onlar arasındakı dialoqlardan bəhs edir. Cənnət və cəhənnəm xalqının bir-birlərini görməsi cənnətdəkilər üçün şükür vəsiləsi olacaq, cəhənnəmdəkilərin isə həsrət və peşmanlıqlarını artıracaq. Cənnətdəki insanların cəhənnəmdəkiləri görməsi və aralarındakı söhbətlərdən bəzisi Quranda belə xəbər verilir:

Onlardan biri belə deyəcək: "Mənim bir yoldaşım var idi. O deyirdi: "Sən, doğrudan da, inanmırsan ki, Biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra (dirildilib) sorğu-sual olunacağıq?" (Sonra həmin şəxs cənnətdəki yoldaşlarına) deyəcək: "Siz (indi onun nə halda olduğunu) bilirsinizmi?" O, özü baxıb onu cəhənnəmin ortasında görəcək və deyəcəkdir: "Allah`a and olsun ki, sən az qala məni məhv edəcəkdin! Əgər Rəbbimin lütfü olmasaydı, mən də (cəhənnəmə) gətirilənlərdən olardım! (Saffat surəsi, 51-57)

Cəhənnəm əhli cənnət əhlinə müraciət edib: "Üstümüzə bir az su tökün və ya Allah`ın sizə verdiyi ruzilərdən bizə bir qədər ehsan edin!" – deyəcək. Onlar isə: "Doğrusu, Allah bunları kafirlərə haram buyurmuşdur!" – deyə cavab verəcəklər. (Əraf surəsi, 50)


Cənnət və cəhənnəmdəkilər bir-birlərini görəcəklərmi?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    Bəli cəhənnəmdəkilər həsrət çəkəcəklər..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.