Allahın sevdiyi kəlmələr

27 Mart 2016
4 043
1
Allahın sevdiyi kəlmələr
Allahın sevdiyi kəlmələr

Allahın sevdiyi kəlmələr


Uca Allah müsəlmanlara savab qazanmaq üçün müxtəlif yollar bildirmişdir. Müsəlman tək əməlləri ilə yox, dili ilə tələffüz olunan sözlərlə də Allahın razılığını qazana bilər. Allahın razılığını qazandıran sözlərə Onu zikr etmək də daxildir.

Zikrlər müxtəlifdir, bunlardan biri olan “Subhən-Allahi və bihəmdihi” (Allah pak və müqəddəsdir! Ona həmd olsun!) zikri haqda olan hədislərdən bəziləri bunlardır:

Allahın sevdiyi kəlmələr

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Allah üçün ən sevimli kəlməni sənə bildirim?” Mən dedim: “Ey Allahın Elçisi, Allaha ən sevimli kəlməni mənə bildir!”

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: “Allaha ən sevimli kəlmə: “Subhən-Allahi və bihəmdihi”- (kəlməsidir)”. (Muslim, 7102).

Allahın sevdiyi kəlmələr

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Həqiqətən, Allaha ən sevimli kəlmə qulun “Subhən-Allahi və bihəmdihi”- deməsidir”. (İmam Əhməd, 20459).

Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) soruşdular: “Hansı kəlmə ən fəzilətlidir?” O buyurdu: “Allahın mələkləri və qulları üçün seçdiyi: “Subhən-Allahi və bihəmdihi”- kəlməsidir”. (Muslim, 2731).

Allahın sevdiyi kəlmələr

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Kim gün ərzində yüz dəfə: “Subhən-Allahi və bihəmdihi”- deyər­sə, günah­ları dəniz köpüyü qədər olsa belə silinər”. (əl-Buxari, 6405).

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Kim gecə qalx­ma­ğa çətinlik çəkər, malı xərcləməyə xəsislik edər və ya düşmənlə vuruşmaq­dan qorxarsa, “Subhən-Allahi və bihəmdihi”- demə­yi çoxaltsın. Şübhəsiz ki, bu kəlmə Uca Allaha Onun yolunda dağ boy­da qızılı xərclə­məkdən daha sevimlidir”. (ət-Tabərani “Mucəmul-Kəbir” 7800).

Allahın sevdiyi kəlmələr

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Kim səhər və axşam yüz dəfə: “Subhən-Allahi və bihəmdihi”- de­yər­­sə, Qiyamət günü onun dediyi kimi və ya ondan daha çox söylə­yəndən başqa heç kəs onun gətirdiyindən daha fəzilətli bir şey gətirə bilməz”. (Muslim, 4858)

Allahın sevdiyi kəlmələr
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    cox teshekkur deyerli paylashim ucun elleriniz var olsun ALLAH Razi olsun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.