Cadunun əlamətləri » FeaT.Az Sekiller, Xeberler, Yazili
Ana səhifə

Cadunun əlamətləri

09 Yanvar 2017
619
0
Cadunun əlamətləri
Əvvəlcə qeyd edək ki, özünü pis hiss edən insanı həkimə aparmadan və ətraflı yoxlatmadan ona cadu olunduğunu düşünmək olmaz. Tibbi cəhətdən heç bir problem olmadığı halda cadu, sehr, gözdəymə və s. olan adamın sehrin növünə görə əlamətlərindən bəziləri aşağıdakılardır:
Ara vurma sehri. Feat.Az zikr.az-a istinadən bildirir ki, bu ər-arvad, oğul-ata, dostlar, ortaqlar və sair biri-biri ilə yaxın münasibətdə olanlar arasında baş verir. Əlamətləri; gözlənilmədən məhəbbətin nifrətə çevrilməsi., şübhələrin artması, qarşılıqlı etimadsızlıq, gərgin vəziyyəti daha da gərginləşdirməyə meyl, qarşı tərəfin hər hərəkətlərini çirkin görmək, əks tərəfin olduğu məkanda (məsələn, evdə) özünü narahat hiss edib ordan uzaqlaşdıqda hüzur tapmaq. Ər-arvad arasındakı sehr nətıcəsində əks tərəfin iyrənc və dəhşətli görsənməsi (qarabasmada olduğu kimi). Bir məsələ var ki, hər söz-söhbət və ara dəymədə cadu əlaməti görmək də doğru deyil. Bütün yuxarıda qeyd edilənlər adi narazıçılıq, nifrət, kində də özünü biruzə verməkdədir. Hər halda bu təbii və adi hallar sehrdən öz qeyri adiliyi və gözlənilmədən baş verməsi ilə seçilir.
Məhəbbət sehri. Bu qadını öz ərinə sevdirən sehrdir. Əlamətləri; adama xanımına qarşı həddən artıq məhəbbət, ehtiras, onsuz ayrı qalmağın mümkünsüzlüyü, onu görmə arzusu ilə həddən artıq emosional olmaq, ona həddən artiq itaət göstərmək.
Xəyal gətirmə sehri. Əlamətləri - bu əsasən göz bağlayıcılıqla, hipnnozla olur. Əşyaları həqiqətdən fərqli şəkildə görməsi, məsələn böyüyü kiçik, sabit olanı hərəkətli görmək və sair.
Dəlilik sehri. Əlamətləri; diqqətsizlik, keylik, güclü unutqanlıq, baxanda gözlərini bərəltmək, bir yerdə sakit durmamaq, öz xarici görkəminə fikir verməmək. Xəstəlik şiddətləndikdə evdən çıxıb nə üçün, hara getdiyini, nə etdiyini bilməmək.
Taqətsizləşdirmə sehri. Əlamətləri; təkliyi sevməyə başlamaq, təcrid, özünə qapanma, daimi susqunluq və baş ağrısı.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz