Dinimizdə qadınların işləməsi barədə nə deyilir?

06 Mart 2017
1 310
0
Dinimizdə qadınların işləməsi barədə nə deyilir?
Əgər ərinin və ya məhrəminin icazəsi olarsa, yaxud evdən çölə çıxması və ya işləməsi zəruri haldırsa, bu zaman günah sayılmır. Həmçinin bundan əlavə qadın evindən çölə cıxdıqda bacardığı qədər naməhrəmlərə qarışmadan öz işini apara bilərsə bu zaman qadına evdən çölə çıxmaqda və ya işləməkdə islama görə bir qadağa yoxdur.

Uca Allah buyurur: "Musa Mədyən kənarındakı bir quyuya çatanda onun başında heyvanlarını sulayan bir dəstə adam və onlardan başqa (qoyunlarını su içməyə və başqalarının heyvanlarına qarışmağa qoymayan) iki qadın görüb dedi: "Sizə nə olub, dərdiniz nədir?" Onlar: "Çobanlar (heyvanlarını) sulayıb getməmiş biz (qoyunlarımıza) su vermirik. Atamız da ixtiyar bir qocadır (buna görə qoyunları sulamağa biz gətiririk)" - deyə cavab verdilər. (əl Qasas, 23).

Feat.Az zikr.az-a istinadən bildirir ki, bu əhvalat Fironun zamanında Musa peyğəmbər (Ona Allahın salamı olsun) bilmədən Fironun adamlarından birini öldürəndə, Fironun adamları onu tutmasın deyə Musa Allahın istəyi ilə Misiri tərk edib Fələstinə gedir. Sinay səhrasını ötdükdən sonra Mədyən adlı şəhərin kənarındakı bir quyuya gəlib çatır. Bu zaman bir dəstə adamın öz heyvanlarına su verdiyini görür. Hər kəs öz heyvanını sulamaq üçün tələsirdi. Bu vaxt Musa peyğəmbər iki qadının bir dəstə adamdan uzaqda durduğunu görür. Lakin o iki qadın öz qoyunlarını su içməyə qoymur və istəmirlər ki, onların hevanları başqalarının heyvanlarına qarışsın. Bu hadisə Musanın diqqətini cəlb edir. Fikirləşir ki, necə ola bilər ki, qoyunlara su vermək üçün məhz qadınlar gəlib və nə üçün öz qoyunlarını su içməyə qoymurlar. Musa o iki qadına yaxınlaşıb soruşur: "Sizə nə olub? Dərdiniz nədir?" Onların cavabını eşidəndən sonra başa düşür ki, ataları qoca olduğuna görə onlar zərurət üzündən evdən çıxıblar ki, qoyunlarına su versinlər.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.