Dərman kimi 50 qram spirt içmək olarmı?

04 Nisan 2017
2 523
0
Dərman kimi 50 qram spirt içmək olarmı?
Uca Allah içki içməyi bütün hallarda haram buyurmuşdur, ona görə də, sizin etdiyiniz günahdır və tövbə etməlisiniz. "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?" (əl-Maidə, 90-91).

Feat.Az zikr.az-a istinadən bildirir ki, haram şeylərlə müalicə olunmaq olmaz. Tariq ibn Suveyd əl-Cufi Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) araq haqda soruşdu. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunu ona qadağan etdi və ya onu düzəltməyi bəyənmədi. Tariq dedi: "Mən onu müalicə üçün düzəldirəm!" Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurdu: "O dərman deyildir. Lakin o, xəstəlikdir!" (Muslim, 5256).

Siz də digər dərmanlardan istifadə etməlisiniz, çünki Uca Allah hər bir xəstəliyin dərmanını da yaradıb. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurub: "Hər bir xəstəliyin bir dərmanı var. Əgər dərman xəstəliyə toxunarsa, Allahın izni ilə Şəfa tapar". (Muslim).

Əbu Dərdanın rəvayətinə görə peyğəmbərimiz belə demişdir: "Şübhəsiz ki, Allah xəstəliyi də, şəfasını da və hərd dərdin dərmanını da yaratdı. Allahın yaratdığı bu şəfalı dərmanlarla müalicə olmağa çalışın. Ancaq haramla müalicə olmağa cəhd etməyin". (Əbu Dəvud)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.