Bir qadın yad kişilərin qabağında oynasa, kəbini batil olur?
Feat.Az muselmanlar.com-a istinadən bildirir ki, yəni, bu, qətiyyən düzgün deyil. Çünki Allah Təala: "Zina etməyin", - deməyib. Allah: "Zinaya yaxın durmayın" (İsra, 17/32), - deyə buyurub. Məlumdur ki, bu kimi şeylər insanı zinaya yaxınlaşdırır. Əgər bir qadın yad kişilərin qabağında oynayıbsa, tövbə etməli və bir də belə bir iş görməməlidir.