Niyə yas məclislərində Quran oxunur?

25 Nisan 2017
2 593
0
Niyə yas məclislərində Quran oxunur?
Quran bütün insanların müqəddəs kitabıdır. Həm ölülərin, həm də dirilərin ona ehtiyacı var. Əlbəttə, Quranı yalnız yas məclisləri ilə məhdudlaşdırmaq düzgün deyil. Lakin bu o demək deyil ki, Quranı ölülər üçün oxumaq olmaz. Quran oxunuşunun ölülərə faydası bu şəkildə olur ki, Quranı oxuyan adam təbii ki, savab qazanır.

Feat.Az islam.az-a istinadən bildirir ki, o, könüllü surətdə bu savabı mərhum adamın ruhuna bağışlayır. Beləliklə, yas məclisində və ya məzarlıqda Quran oxunan zaman həm dirilər, həm də ölülər fayda alırlar. Dirilər Qurana qulaq asıb, ayələrin mənasını bir daha yadlarına salır və ibrət alırlar. Ölülər də bunun savabını hədiyyə olaraq dirilərdən alırlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.