Oruc tutanlar iftarı bu yeməklə başlayın – Həkim məsləhəti

28 Mayıs 2017
2 073
0
Oruc tutanlar iftarı bu yeməklə başlayın – Həkim məsləhəti
Prof. Dr. Murad Baş mübarək Ramazan ayında mədə bağırsaq sisteminin sağlam fəaliyyəti üçün iftarı şorba ilə başlamağın lazım olduğunu bildirib.

Dr. Murad Ramazan ayının insanların qidalanma vərdişini dəyişdirdiyini, uzun sürən aclığın gətirdiyi enerji və qida çatışmamazlığının sağlamlıq problemləri yarada biləcəyini bildirib.

Feat.Az-ın məlumatına görə, həkim iftar süfrələrinin zənginliyinin və psixoloji aclığın təsiri nəticəsində bir anlıq sürətli qidalanmağın həzmsizliyə səbəb ola biləcəyini vurğulayaraq qeyd edib:

“İftarda yemək yeyərkən tələsmək lazım deyil. Oruc tutanlar obaşdana mütləq qalxmalıdırlar. İftara şorba ilə başlanılmalıdır. İstər evdə bişən, istər hazır şorbalar olsun bu, sağlam bir həzmin başlaması üçün ən doğru üsuldur. Oruc vaxtı mədənin uzun müddət boş qalması və iftarda bir anlıq çox yemək istehlak edilməsi nəticəsində mədə və ürək problemləri ortaya çıxa bilər. Bunun üçün iftarda yavaş və az qidalanmaq məsləhətdir. Kifayət qədər su içilməlidir. Suyun yemək əsnasında deyil, imsak və iftar arasında içilməsinə diqqət yetirilməlidir. Yeməklər yaxşı çeynənilməli və yeməkdən sonra həzmi asandlaşdırmaq üçün çobanyastığı və nanə çayı da içilə bilər. Sağlam həzmi təmin etmək üçün qətiyyən iftardan sonra yatmamalısınız, əksinə bir az çıxıb gəzməyiniz məsləhətdir.”

Dr.Murad imsak vaxtı yeməklərin, yüksək enerji və zülala sahib olması və həzmi asanlaşdıran qidalardan seçilməsini vurğulayaraq, çörək, pendir, zeytun, şorba, meyvə, süd, digər ağartı məhsulları zeytunyağlı tərəvəz yeməkləri və qatıq kimi qidaların sahur üçün daha münasib olduğunu bildirib.

Uzun müddət susuz olduğunuz üçün iftar və sahur arasında 2,5 litr su içilməsini tövsiyə olunur ayran, təzə sıxılmış portağal suyu, çay kimi içkilərlə də maye ehtiyacınızı qarşılaya bilərsiniz.
Xüsusilə, ağır işlərdə işləyən insanların tər yolu ilə həddindən artıq su və elektrolit itirdiyi üçün şok keçirmə ehtimalı ilə qarşı-qarşıya qala biləcəklərinini nəzərə alaraq maye istehlakına diqqət göstərməlidirlər. İmsakda yağlı ağır yeməklər yeyilərsə, gecə maddələr mübadiləsi sürəti aşağı düşdüyü üçün, yeyilən yeməklərin yağa çevrilmə sürəti yüksələcək. Bu da bədəndə yağ miqdarını artıracaq və insanda ağırlıq yaradacaq.

İftardan sonra mütləq meyvə istehlak edilməlidir. Gecə yatmazdan qabaq 1 stəkan süd və ya 1 kasa qatıq istehlak edilə bilərsiniz.
deyerler.org
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.