Allah-Təala hər an məni görür..

26 Ekim 2014
1 579
0
Allah-Təala hər an məni görür..
Allah-Təala hər an məni görür..

Birisi namaz qılır, özü də sanki tələsir, sanki namazı tez qurtarmağa çalışır. Bu zaman onun namaz qıldığı yerə nüfuzlu, səlahiyyətli bir adam gəlir. Bunun gəlişi ilə namazın ahəngi dəyişir. Bayaqdan tələm-tələsik qılınan namazın şəkli dəyişir, indi süslü hala gətirilir, bütün bəzəyi, aksesuarı ilə birlikdə qılınmağa başlayır. Gələn adam bir şey anlamır, amma aradan bir qədər keçəndən sonra həmin namaz qılan adam oturub öz davranışını düşündü və çox utandı:
Demək mən o qədər cahiləm ki, üz tutub səcdə etdiyimi deyil, yanımdakı insanı görürəm. Mən bu namazı kimin rizasını, rəğbətini qazanmaq üçün qılıram?- Əlbəttə Allah-Təalanın. Elə isə niyə qibləyə yönəlib namaza başlayanda Allah-Təalanın məni gördüyünü düşünmürəm, amma birisi içəri girəndə özümü yığışdırıb namazı səliqə ilə, ədəbinə uyğun şəkildə qılıram?
Mən bu insanın rəğbətini istəyirəm, yoxsa Allahın? Bəs namazın əvvəlində əllərini qulağının dibinə qoyub “Allahu Əkbər” deyirsən haa, o nə deməkdir- Əllərini qulaqlarının dibinə qaldıranda Allahla aramda olan hər şeyi arxama atdım, bu aradan dünyanı çıxardım, demək deyildimi? Bəs niyə belə oldu?- Demək atmamışam, Allahla aramdan dünyanı çıxarmamışam. Bu şirkdirmi?- bəli, amma cahilliyin, anlamazlığın doğurduğu şirk. Tövbə elə, bir də təkrarlama. Mən münafiqəmmi görəsən, yəni riyakarammı?- Üzdə bir cür görünüb, gerçəkdə başqa cür birisiyəmmi?- Bilmirəm. Amma hər halda “Allah-Təala hər an məni görür” düşüncəsindən məhrum olmaq böyük itkidir, ağır məhrumiyyətdir, ələlxüsus da namaz üstündə belə mən bu cür cahilliyə davam edirəmsə, halım nə olacaq görəsən?


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.