Səfərə çıxarkən oxunan dua

12 Ağustos 2017
2 440
0
Səfərə çıxarkən oxunan dua
Səfərə çıxanda müxtəlif dualar oxunur. Hamısını əzbər bilmək insana çətin gələ bilər.

Feat.Az
meneviyyat.az-a istinadən bildirir ki, ancaq heç olmasa, bir qismini əzbər, bir qismini də dua kitablarından oxumaq olar. Buna görə həmin dualardan bir neçəsini sizinlə bölüşmək istəyirik.

Miniyə minəndə və ya sükan arxasına keçəndə "Bismillah" deyib "Ayətül-kürsi" oxunur; iki dəfə önə, iki dəfə arxaya, iki dəfə sağa, iki dəfə sola biri də arxa tərəfə üfürülür.

Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) səfərə çıxmaq üçün ayağını üzəngiyə qoyanda bu duanı oxuyardı:

اَللَّهُ أَكْبَرُ ، اَللَّهُ أَكْبَرُ ، اَللَّهُ أَكْبَرُ [سُبْحَانَ الَّذِي سَخَّرَ لَنَا هَذَا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ وَإِنَّا إِلَى رَبِّنَا لَمُنْقَلِبُونَ] اَللَّهُمَّ إِنَّا نَسْأَلُكَ فِي سَفَرِنَا هَذَا الْبِرَّ وَالتَّقْوَى وَمِنَ الْعَمَلِ مَا تَرْضَى، اَللَّهُمَّ هَوِّنْ عَلَيْنَا سَفَرَنَا هَـذَا وَاطْوِ عَنَّا بُعْدَهُ ، اَللَّهُمَّ أَنْتَ الصَّاحِبُ فِي السَّفَرِ وَالْخَلِيفَةُ فِي الْأَهْلِ ، اَللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ وَعْثَاءِ السَّفَرِ وَكَآبَةِ الْمَنْظَرِ وَسُوءِ الْمُنْقَلَبِ فِي الْمَالِ وَالْأَهْلِ وَالْوَلَدِ
"Allahu Əkbər. Allahu Əkbər. Allahu Əkbər!" bunu xid­mə­timizə verən Allah bütün nöqsanlardan uzaqdır, pakdır, müqəddəsdir. Yoxsa bizim buna gücümüz çatmazdı. Şübhəsiz, biz Rəbbimizə dönəcəyik. "Allahım! Bu səfərdə Səndən xeyir, təqva və razı olduğun işləri görməyi diləyirik. Ey Allahım! Yolumuzu asanlaşdır və qısalt. Ya Rəbb! Səfərdə yoldaşımız (arxada qoyduğumuz) ailəmizin qoruyucusu Sənsən. Allahım! Səfərin çətinliyindən, bəd nəzərlə qarşılaşmaqdan, malıma, əhlimə və evladıma şərin tuş gəlməsindən Sənə sığınıram".[1]

Allah Rəsulu buyurur: "Kim bir yerdə qonaqladığı (səfər zamanı dincəlmək, bir yerdə dayanmaq) zaman bu duanı oxusa, ordan uzaqlaşana qədər ona heç nə zərər verə bilməz:

اَعُوذُ بِكَلِمَاتِ اللَّهُ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ
"Allahın nöqsansız, mükəmməl kəlmələri ilə məxluqatın şərindən Allaha sığınıram".[2]

[1]. Muvatta, İstizan 34, (2, 977); el-Ezkar, s. 197-8

[2]. Müslim. Zikir 54: Tirmizi, Daavat 41
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.