Gündəlik dualar.

14 Ocak 2015
12 345
0
Gündəlik dualar.
Gündəlik dualar.


Yuxudan oyanarkən edilən zikrlər:
(Əlhəmdulilləhil-ləzi əhyanə bə'də mə əmatənə və ileyhin-nuşur.)

«Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun. (Ölüb dirildikdən sonra isə) qayıdış Onadır».

(Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir, subhanallahi, vəlhəmdulilləhi, və lə iləhə illəllahu, vəllahu Əkbər, və lə həulə və lə quvvətə illə billəhil-aliyyil-azim, rabbiğfirli.)

«Allahdan başqa məbud yoxdur, təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir. Allah pak və müqəddəsdir. Həmd Allahadır. Allahdan başqa məbud yoxdur. Allah ən Böyükdür. Qüdrət və güc yalnız Uca və Böyük Allaha aiddir! Ey Rəbbim məni bağışla!»

Əlhəmdulilləhil-ləzi afəni fi cəsədi, və raddə aleyyə ruhi, və əzinə li bizikrihi.
«Bədənimə sağlamlıq verən, ruhumu mənə qaytaran və Onu yad etməyə mənə izin verən Allaha həmd olsun!»


Paltar geyinərkən edilən dua:


(Əlhəmdulilləhil-ləzi kəsani həzə (səubə) və razəqənihi min ğeyri haulin minni və lə quvvətin.)
«Bunu (bu paltarı) mənə geyindirən və özüm heç bir qüdrət və güc sərf etmədən onu mənə bəxş edən Allaha həmd olsun!»

Paltarı soyunarkən nə deyilir:


(Bismilləh!)
«Allahın adı ilə!»


Ayaqyoluna girərkən edilən dua:


(Allahummə inni əuzu bikə minəl-xubsi vəl-xəbais.)
«Allahım! Şərdən və pis əməllərdən (erkək və dişi cinlərdən) Sənə pənah aparıram!»


Ayaqyolundan çıxarkən edilən dua:


(Ğufranəkə)
«(Allahım!) Məni bağışla!»


Dəstəmazdan əvvəl edilən zikr:


(Bismilləh!)
«Allahın adı ilə!»


Dəstəmazdan sonra edilən zikr:


(Əşhədu ən lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu və əşhədu ənnə Muhəmmədən abduhu və Rasuluhu.)
«Mən şahidlik edirəm ki, Allahdan başqa məbud yoxdur, təkdir, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!»

(Allahumməc'alni minət-təvvabinə vəc'alni minəl-mutətahhirin.)
«Allahım! Məni tövbə edənlərdən et! Və məni təmizlənənlərdən et!»


(Subhanəkəllahummə və bihəmdik, əşhədu ən lə iləhə illə ənt, əstəğfirukə və ətubu ileyk.)

«Allahım! Sən pak və müqəddəssən! Sənə həmd olsun. Şahidlik edirəm ki, Səndən başqa məbud yoxdur. Səndən bağışlanma diləyir, Sənə tövbə edirəm».

Yeməyə başlayarkən edilən dua:


«Sizlərdən biri yemək yeməyə başlayarkən:
(Bismilləh!)
«Allahın adı ilə!» desin. Əgər əvvəldə bunu unutsa, onda:


(Bismilləhi fi əvvəlihi və axirihi!)
«Əvvəldə də, axırda da Allahın adı ilə!» desin.

Qoy Allahın yemək verdiyi kimsə desin:

(Allahummə, barik lənə fihi vət'imnə xeyran minhu.)
«Allahım! Bunu bizim üçün bərəkətli et və bizə bundan daha xeyirlisini nəsib et!» Allahın süd nəsib etdiyi kimsə isə desin:

(Allahummə, barik lənə fihi və zidnə minhu.)

«Allahım! Bunu bizim üçün bərəkətli et və bizə bundan artığını nəsib eylə!»


Yeməkdən sonra edilən dua:


(Əlhəmdulilləlil-ləzi ət'aməni həzə və razəqənihi min ğeyri həulin minni və lə quvvə.)
«Bunu mənə yedirdən və özüm heç bir qüdrət və güc sərf etmədən onu mənə bəxş edən Allaha həmd olsun!»

(Əlhəmdulilləhi həmdən, kəsiran, tayyibən, mubarəkən fihi, ğeyra məkfiyyin, və lə muvəddəin, və lə mustəğnə anhu rabbənə.)

«Allaha həmd olsun! (Özü də) çoxlu, xoş, mübarək, (sonsuz),ardı-arası kəsilməyən, hər kəsin möhtac olduğu bir həmd!»


Evdən çıxarkən edilən zikr:


(Bismilləh, təvəkkəltu aləllahi və lə həulə və lə quvvətə illə billəh.)
«Allahın adı ilə! Allaha təvəkkül etdim. Qüdrət və güc yalnız Allaha aiddir!»

(Allahummə inni əuzu bikə ən ədillə, əu udallə, əu əzillə, əu uzəllə, əu əzlimə, əu uzləmə, əu əchələ, əu yuchələ aleyyə.)
«Allahım! Doğru yoldan azmaqdan və ya azdırılmaqdan, çaşmaqdan və ya çaşdırılmaqdan, zülm etməkdən və ya zülmə məruz qalmaqdan, cahil olmaqdan və ya mənə qarşı cahillik edilməsindən Sənə pənah aparıram».


Evə girərkən edilən zikr:


(Bismilləhi vələcnə və bismilləhi xaracnə və aləllahi Rabbinə təvəkkəlnə.)
«Allahın adı ilə girdik, Allahın adı ilə çıxdıq və Rəbbimiz olan Allaha təvəkkül etdik!»
Sonra ailəsinə salam versin

R.T.Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.