Günəş kremi sonsuzluğa səbəb olur?

07 Ağustos 2015
1 283
0
Günəş kremi sonsuzluğa səbəb olur?
Günəş kremi sonsuzluğa səbəb olur?


Yay aylarının vazkeçilməzi olan günəş kremlərinin kişi sonsuzluğuna səbəb olduğu açıqlanıb.Feat.az xəbər verir ki, bu barədə Almaniya Araşdırma Mərkəzi və Danimarka Universitetinin alimləri açıqlama veriblər. Onlar günəşdən qoruma faktoru olan kremlərin tərkibindəki maddələrin kişilərin sperma sayını azaltdığını və spermaların keyfiyyətini aşağı saldığını bildiriblər.

Araşdırmada iştirak edən 500 nəfərin üzərində aparılan tədqiqatlar günəş kreminin sonsuzluq riskini 30 faizə qədər artırdığını sübut edib.

Bu da onu göstərir ki, dərinizi günəşin zərərli şüalarından qorumaq istəyərkən fərqində olmadan övlad sahibi olmaq şansını azalda bilərsiniz. Mütəxəssislər paraben və 4-MBC (4-methyl benzyliden campher) adlı maddələr ehtiva edən günəş kremlərinin daha təhlükəli olduğunu bildiriblər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.