Dəfnə yarpağı ilə müalicə

20 Ağustos 2015
1 551
0
Dəfnə yarpağı ilə müalicə
Dəfnə yarpağı ilə müalicə

Dəfnə yarpağı bir çox xəstəliklərin sağalmasına kömək edir.
Feat.az xarici mətbuata istinadən onun məlhəm olacağı xəstəlikləri təqdim edir:

· Üç-dörd ədəd dəfnə yarpağını 1 stəkan qaynar suya atıb, dəmləyin. Bu su ilə dişləri yaxalamaq stomatiti sağaldacaq.

· 30 ədəd dəfnə yarpağını xırda doğrayıb, 1 stəkan duru yağın içərisinə tökün (yaxşı olar ki, zeytun yağı olsun). 1 həftə qaranlıq yerdə saxlayın. Sonra yağı süzün. Cızılan, çapılan hissəyə bu yağdan çəkmək yaranı tez sağaldır. Bu yağdan həmçinin haymoriti olanlar da istifadə edə bilərlər. Bunun üçün yağ ilə alnını ovuşdurmaq kifayətdir.

· 2 ədəd dəfnə yarpağını 2 stəkan suya töküb, su çəhrayı rəng alana qədər saxlayın. Gün ərzində bu mayedən içmək təzyiqi normada saxlayır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.