Qarın üstə yatmayın! 7 TƏHLÜKƏ

07 Ocak 2017
1 950
0
Qarın üstə yatmayın! 7 TƏHLÜKƏ
Mütəxəssislərin fikrinə görə, gecə daim qarın üstə yatmaq insan sağlamlığına ciddi ziyan vura bilər.

Bu pozanın 7 əsas təhlükəsi var:


1. Bu pozada qan damarları s;xılmış vəziyyətdə qalır ki, baş beynin qanla təmin olunması pozulur. Bu isə səhər baş ağrılarına və digər pozulmalara səbəb ola bilər. Bu poza xüsusilə yaşlı insanlar üçün təhlükəlidir ki, onlarda bu vəziyyətdə insultun və ani ölümün riski artır.

2. Bu poza həmçinin boyun fəqərələri üçün ziyanlıdır və osteoxondrozun inkişafına səbəb ola bilər.

3. Bu vəziyyətdə yatan insanın döş qəfəsi sıxılır. Nəticədə ağciyər pis işləyir, orqanizmin oksigenlə təmin olunması kəskin pozulur.

4. Həmçinin bu poza ağciyər sağlamlığı üçün də ziyanlıdır - sıxılmış vəziyyətdə qalan ağciyərdə durğunluq yaranır və nəticədə iltihab riski artır.

5. Alimlərin fikrinə görə, bu pozada yatan qadınlarda süd vəzi xərçəngi riski artır.

6. Bu poza üz dərisinin vəziyyəti üçün çox ziyanlıdır - dəri dartılır, sıxılır ki, nəticədə bu pozada daim yatan insanda qırışlar daha tez əmələ gəlir.

7. Kişilərdə bu poza cinsiyyət sisteminin fəaliyyətinə mənfi təsir edir və mütəxəssislərin fikrincə, hətta impotensiyanın inkişafına səbəb ola bilər.
saglamolun.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.