Bizi qocalıqdan və xərçəngdən qoruyan bitkilər
Feat.Az saqlamheyat.coma-a istinadən bildirir ki, flavonoidlər əsl təbii dərmanlardır. Müşahidələr göstərib ki, qidalanması bu maddələrlə zəngin olan ölkələrdə (məsələn, Yaponiya, Fransa və s.) insanlar daha çox yaşayır və onlarda ürək-damar və s. yayılmış xəstəliklərə daha az rast gəlinir.
Flavonoidlərin faydalı xüsusiyyətləri arasında:
– orqanizmin hüceyrələrini dağılmaqdan qoruyur
– qocalma proseslərini ləngidir
– orqanizmi toksinlərdən və s. ziyanlı maddələrdən təmizləyir
– ürək-damar sistemini xəstəliklərdən qoruyur
– kapilyarları və damarları möhkəmləndirir
– aterosklerozun qarşısını alır
– qaraciyəri ziyanlı təsirlərdən qoruyur