Yerə düşən yeməyi yeyə bilərikmi?

21 Mart 2017
1 047
0
Yerə düşən yeməyi yeyə bilərikmi?
Yerə düşən yeməklərə bir neçə saniyə ərzində bakteriyanın hopma ehtimalı olduqca aşağı olması iddia edilib.

Feat.Az
deyerler.org-a istinadən bildirir ki, Böyük Britaniyadakı Aston Universitetində işləyən professor Entoni Hilton, Birminqemdə iştirak etdiyi bir konfransda mövzu ilə bağlı maraqlı məlumatlar verib.
Yeməklərin yerə düşdükdən sonra çirklənməyəcəyi barədə zəmanətin olmadığını vurğulayan professor Entoni Hilton, bəzi hallarda bir neçə saniyəliyə yerdə qalan yeməklərə bakteriya düşməsi ehtimalının çox az olduğunu bildirib.
O, yeməklərə yerə düşdükdən sonra bakteriya düşməsi ehtimalının yeməyin növü və düşdüyü yerə görə də dəyişdiyini bildirib.
Qeyd edək ki, bir neçə ay əvvəl İngiltərədə 2 min insan üzərində aparılan bir araşdırma nəticəsində, əlindən yerə yemək salan hər 100 nəfərdən 79-nun düşən yeməyi yediyi məlum olmuşdur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.