Əsəbləri sakitləşdirir, həzmə kömək edir... - Ətirli otun ŞƏFAVERİCİ GÜCÜ

21 Nisan 2017
1 521
0
Əsəbləri sakitləşdirir, həzmə kömək edir... - Ətirli otun ŞƏFAVERİCİ GÜCÜ
Bioloji aktiv maddələrlə zəngin olan nanə ən faydalı müalicəvi bitkilərdən biri sayılır. Nanə qədim zamanlardan tanınır və təbabətdə istifadə olunur.
Nanə yarpaqları faraon məqbərələrində tapılıb, bu bitkinin adı Tövratda çəkilir. Hələ dahi Hippokrat, İbn Sina, Avisenna bu ətirli otun müalicəvi xüsusiyyətlərini bilir və çox yüksək qiymətləndirirdi.


Müasir tibb də nanənin müalicəvi xüsusiyyətlərini tanıyır. Nanə və nanə efir yağı müxtəlif dərmanların və məlhəmlərin tərkibinə daxil edilir. Feat.Az saglamolun.az-a istinadən nanənin faydalarını sadalayır.

Nanənin müalicəvi xüsusiyyətləri bunlardır:

- Nanə sinir sistemi üçün ən faydalı otlardan biri sayılır. Gərginliyi azaldır, sakitləşdirir, baş ağrıları zamanı kömək edir.

- Güclü spazmolitik xüsusiyyətlərinə görə nanə həzm sistemi üçün də çox faydalıdır - köpü və qarın ağrıları azaldır, həzmə kömək edir, qurdqovucu və antiseptik təsir edir.

- Nanə çayı təzyiqi salmaq üçün ən tanınmış vasitələrdən biridir.

- Nanə orqanizmə sidik və ödqovucu təsir edir.

- Nanə ürəyin dostu sayılır. Ürək və damar xəstəliklərinin profilaktikası üçün hər gün nanə çayı için.

- Nanə güclü afrodiziak (cinsi həvəsi artıran maddə) sayılır.

- Nanə qadınlarda menstruasiya zamanı ağrıları azaldır.

- Nanə iltihabı azaldır, nəfəs yollarını selikdən və mikroblardan təmizləyir.

- Nanə yağı müxtəlif ağrıkəsici və iltihabəleyhinə məlhəmlərin tərkibinə daxil edilir, revmatizm, radikulit, əzələ və sinir ağrıları zamanı istifadə olunur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.