Ağ gil, qırmızı gil, bir də sarı gil...
Feat.Az AZƏRTAC-a istinadən bildirir ki, ağ gil silisium-oksid, sink və maqneziumla zəngindir, saçların tökülməsinin qarşısını alır, nazik və zərif saçları möhkəmləndirir, regenerasiyanı sürətləndirir, antiseptik rol oynayır. Ağ gil nazik və solğun dərini canlandırır, mütəmadi istifadə edəndə dəriyə elastiklik və məxmərilik verir, üz dərisini gümrahlaşdırır. Gilin rəngi nə qədər tünd olsa dərinin yağlılığına, sızanaq və civzələrə qarşı o qədər səmərəli təsir göstərir. Çəhrayı civzələr zamanı gildən istifadə etmək məsləhət deyil.
Qırmızı gilə tərkibindəki dəmir və mis oksidləri rəng verir, o həssas, allergiyaya meyilli və tez reaksiya verən dəriyə daha çox uyğundur, xarici təsirlərdən tez qızaran dərini təmizləmək üçün ideal vasitədir.
Sarı gilin tərkibində çoxlu kalium və dəmir var, dərinin oksigenlə təchiz olunmasını artırır, müxtəlif iltihabi proseslər zamanı ondan toksinlərin dəridən xaric olunması üçün istifadə edilir. Cavanlaşdırıcı təsirə malik olduğuna görə daha çox qarışıq tipli, solğun və qocalmaqda olan dəriyə daha çox uyğundur və üz dərisinin rəngini yaxşılaşdırır.