Qulaq sağlamlığı üçün nə yeyək

19 Haziran 2017
1 410
0
Qulaq sağlamlığı üçün nə yeyək
Yeni araşdırmaya görə qulaq sağlamlığını qorumaq üçün bol-bol pendir yemək lazımdır.

Feat.Az
deyerler.org-a istinadən bildirir ki, amerikalı elm adamları, müntəzəm olaraq pendir yeməyin qulaq sağlamlığını qorumağa yardımçı olduğunu açıqlayıb.
Bildiyiniz kimi, qulaq eşitmə orqandır. Eyni zamanda bədənin tarazlıq mərkəzini təmin edən orqandır. Bu səbəbdən də, qulaq sağlamlığını qorumaq olduqca mühümdür. Xüsusilə bunu təbii yollarla həyata keçirmək lazımdır.

Uzun müddətdir ki, davam edən araşdırmaya görə, pendir və qatığın tərkibində olan "D-metiyonin" adlı birləşmə qulaqdakı sinir hüceyrələrini əhəmiyyətli dərəcədə qoruyur. Mütəxəssislər, silah səsi səbəbi ilə eşitmə duyğularında narahatlıq olan 600 əsgər üzərində müxtəlif testlər həyata keçirib.

Testlərə görə, nizamlı olaraq pendir yeyən əsgərlərin eşitmə qabiliyyətləri böyük dərəcədə inkişaf etdiyi müşahidə olunub.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.