Gün yanıqlarına qarşı ən yaxşı MÜALİCƏ ÜSULLARI

10 Temmuz 2017
1 196
0
Gün yanıqlarına qarşı ən yaxşı MÜALİCƏ ÜSULLARI
Çimərlik mövsümündə gün yanıqları problemi çox aktual olur. Alov və ya kimyəvi maddələrdən olan yanıqlardan fərqli olaraq, gün yanıqları özünü dərhal büruzə vermir, insanı "aldadır".
Yalnız çimərlikdən evə qayıtdıqdan bir neçə saat sonra dəri qızarmağa və şişməyə başlayır, quru və həssas olur, qaşınır, ağrıyır.
Gün yanıqları adətən yüngül, səthi olsa da dermatoloqlar belə yanıqları çox təhlükəli hesab edir ki, bu yanıqlar dəri xərçəngi riskini artırır. Bu səbəbdən çimərlikdə dincələndə özünüzü gün yanıqlarından mümkün qədər qoruyun. Bunun bir neçə sadə qaydası var. Feat.Az saglamolun.az-a istinadən onları təqdim edir

- yalnız səhər və axşam saatlarında "zaqar" alın

- 11.00-17.00 radələrində açıq günün altında olmayın

- dərinizi günə öyrəşdirin - açıq günün altında keçirdiyiniz vaxtı tədricən artırın (əvvəl 10-15 dəqiqə, sonra yarım saat, sonra 1 saat)

- dənizdən çıxandan dərhal sonra açıq günün altında qalmayın, tentin altında dincəlin

- eynək, baş örtüyü mütləqdir.

Əgər siz çimərlikdə yanmısınızsa, ilk saatlarda ən yaxşı yardım üsulu - sərin duş və soyuq su ilə kompreslərdir. Həmçinin sürtgəcdən keçirilmiş soyuq xiyar, müalicəvi bitkilərin (çobanyastığı, kalendula, palıd qabığı) dəmləmələri (kompres şəklində), soyuq qara çayla islatmalar da yaxşı kömək edir.

Apteklərdə satılan ən yaxşı vasitələrdən biri tərkibində dekspantenol olan vasitələr (pantenol və s.) sayılır. Onlar iltihabı və ağrını azaldır, dərinin bərpasını tezləşdirir. Sprey şəklində olan vasitələrə üstünlük verin.
Kəskin dövr keçdikdən sonra dərinin bərpasını tezləşdirmək üçün solkoseril, çaytikanı yağı kimi vasitələrdən istifadə etmək olar. Soyulan dərini qopartmaq, skrablardan, cod hamam liflərindən istifadə etmək olmaz!

Ağrıları azaltma üçün tərkibində parasetamol və ya ibuprofen olan həb qəbul edin, çoxlu su için, geniş, sıxmayan paltar geyinin.

Dəridə qabarlar əmələ gəlib, dəri səthinin 50% və bundan artıq yanıb, üz dərisi çox yanıb, hərarət yüksəlib, ürəkbulanması, baş ağrısı varsa, mütləq həkimə müraciət edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.