Enerji içkilər mədə xəstəliklərini artırır

16 Eylül 2017
1 312
0
Enerji içkilər mədə xəstəliklərini artırır
"Gənclər arasında bir növ dəb halını almış idmanla məşğul olaraq, proteinlər qəbul etmək də həm qara ciyərdə, mədə bağırsaq sistemində mənfi təsirlərini göstərir.

Mədə-bağırsaq sistemi xəstəlikləri mövsümi xəstəliklərə də aid edilir”.

Feat.Az
bildirir ki, bunu Sherg.az-a tibb və fəlsəfə üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı deyib. O bildirib ki, yaz, payız aylarında müəyyən xəstəliklər kəskinləşdiyi kimi mədə-bağırsaq sistemində də narahatlıqlar artır:

"Həmçinin helikobakteri deyilən bakteriya növü bu fəsillərdə daha çox artır. Bu da təmiz yuyulmamış tərəvəz, çirkli əllər vasitəsilə yoluxur. Nəticədə mədədə və yoğun bağırsaqda qızartı, erroziya, səpkilər, yara və xoralar, turşuluğun artması kimi problemlər yaranır. Bu narahatlıqlar ağrılarla müşaiyət olunur. Sözügedən bakteriyanın az ya çox olmasından asılı şəkildə ürək bulanma qusma halları da müşahidə oluna bilər.

Qidaların tərkiblərinin düzgün olmaması, ayaqüstü soyuq qidaların çox qəbul edilməsi, geni dəyişdirilmiş məhsulların istifadəsi, mənşəyi məlum olmayan ətlərdən çoxlu yeməklərin hazırlanması, dönər, kabab və s. ayaqüstü yeyilən qidalar da mədədə problemləri kəskinləşdirir”.

İnsanlar qidalanma rejiminə düzgün əməl etmədiyini diqqətə çatdıran həkim qeyd edib ki, çoxları yeməkdən sonra soyuq içkilər, dondurma və s. qəbul edir:

"Belə halda qida mədəniyyətinə riayət olunmaması mədə fəsadlarını artırır. Günün ikinci yarısında və axşam vaxtı qidaların artırılması, zülal mənşəli qidaların daha çox qəbul olunması, müxtəlif tərkibli yeməklərin eyni vaxtda qəbul edilməsi əvvəldən mədə narahatlığı olan şəxslərin problemlərini daha da kəskinləşdirir. Yemək zamanı kompotların, soyuq içkilərin qəbul edilməsi də qidanın düzgün həzm edilməməsinə səbəb olur.

Son bir neçə ildə energetik içkilərin qida rasionuna daxil edilməsi, xüsusilə cavanlar arasında yayılması da mədə xəstəliklərini artırır. Gənclər arasında bir növ dəb halını almış idmanla məşğul olaraq, proteinlər qəbul etmək də həm qara ciyərdə, mədə bağırsaq sistemində mənfi təsirlərini göstərir. Həmin şəxslər problemlərin artması ilə həkimə müraciət etməyə məcbur olur.

Ümumən mədə-bağırsaq sistemi xəstəliklərinin artmasının səbəbləri həm mövsümi, həm də qida rejiminə düzgün əməl edilməməsi nəticəsində baş verir”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.