Bədəndəki çatların qarşısını almağın YOLLARI

20 Ekim 2017
1 267
0
Bədəndəki çatların qarşısını almağın YOLLARI
Hamar dəri bütün xanımların xəyalıdır. Amma qadınların ən çox rastlaşdıqları problemlərdən biri də çatlardır. Başda hamiləlik olmaqla yanaşı, tez-tez kökəlib, arıqlamaq, bədənin elastikiliyini itirməsi, dəri quruluğu və sair çatların yaranmasının səbəbləridir. Feat.Az çatların yaranmasının qarşısını alan faydalı məsləhətləri diqqətinizə çatdırır.

Bol su için

Metabolizmanı sürətləndirmək, dəri quruluğunun qarşısını almaq və dərinin elastikliyini artırmaq üçün ən yaxşı vasitə təbii ki, su içməkdir. Gündə ən az 2 litr su içərək, çatlara səbəb olan bir neçə faktordan eyni anda qurtula bilərsiniz.

Qidalanmanıza diqqət edin

E və C vitaminləri toksinlərin atılmasını asanlaşdırarkən lifli qidalar metabolizmanı sürətləndirir. Buna görə süd, qatıq, tərəvəz və meyvə istehlak etməyə çalışın.
Həmçinin sürətli arıqlayıb kökəlməyə şərait yaradan şok pəhrizlərdən uzaq durun.

Dərinizi qidalandırın

Bədənin elastikiliyini itirməsi çat yaranmasının başlıca səbəblərindən biridir. Bunun qarşısını almaq üçün dərini qidalanmanızla dəstəkləyəcəyiniz kimi, xaricdən də dəstəkləməyiniz lazımdır. Təbii yağlar və kremlər istifadə etməyi alışqanlıq halına gətirin.

Mütəmadi idman
Mütəmadi idman da bədənin elastikliyini artırmağa kömək edir. Həmçinin orqanizmin toksinlərdən təmizlənməsini təmin edir. Sağlam bir dəri üçün mütəmadi idmanla məşğul olmağı yaddan çıxarmayın.

Kisələnin
Bədəndəki qan dövranını artırmaq çatların qarşısını almaq üçün bir başqa vasitədir. Hamamda fırça və ya kisə ilə çata meylli bölgələri kisələyərək, dərinin nəfəs almasını təmin edə bilərsiniz.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.