Tarixdə Bu Gün - 22 Oktyabr

22 Ekim 2017
1 155
0
Tarixdə Bu Gün -  22 Oktyabr
22 oktyabr:
E.ə.202 — Hannibalın rəhbərlik etdiyi Karfagen ordusu Zama döyüşündə Roma legionlarına məğlub olmuşdur.
362 — Dafne şəhərində yerləşən Apollon məbədi səbəbi bilinməyən yanğında məhv olmuşdur.
1600 — Osmanlı ordusu, Macarıstanın Kanije qalasını fəth etmişdir.
1746 — "The College of New Jersey" (indiki adı ilə Prinston Universiteti) qurulmuşdur.
1931 — Amerikalı mafiya lideri Al Kapon (Al Capone) vergi ödəmədiyinə görə 11 il həbs cəzası almışdır.
1960 — boksçu Məhəmməd Əli professional rinqdə ilk qələbəsini qazanmışdır.
1962 — Amerika Birləşmiş Ştatları Prezidenti Con Kennedi (John F. Kennedy), Kubada SSRİ nüvə başlıqları olduğunu açıqlamışdır və Karib böhranının qızğın vaxtında Kennedi Kubaya qarşı iqtisadi embarqo qoymağı təklif etmişdir.
1964 — Jan Pol Sartr (Jean-Paul Sartre) Nobel Ədəbiyyat Mükafatını qazanmış, amma mükafatı geri qaytarmışdır.
1980 — Roma papası Qalileo Qaliley haqqında 1633-cü ildə çıxarılmış hökmü ləğv etmişdir.
1983 — Qərbi Almaniya və Fransada 1 milyon 500 min nəfər nüvə silahı əleyhinə etiraz nümayişi keçirmişdir.
1996 — Azərbaycan Respublikası Cibuti ilə diplomatik əlaqələr qurmuşdur.
2000 — Taliban hərəkatı Əfqanıstanda axşamlar idmanla məşğul olmağı qadağan etmişdir.
2006 — Alman avtombil pilotu Mihael Şumaxer karyerasına son qoymuşdur
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.