Tarixdə Bu Gün - 28 Oktyabr

28 Ekim 2017
998
0
Tarixdə Bu Gün -  28 Oktyabr
28 oktyabr:
1492 — Xristofor Kolumb Kubanı kəşf etdi.
1516 — Qəzza yaxınlığında Sinan Paşanın komandanlığı altında Osmanlı ordusu məmlükləri məğlub etdi.
1886 — Nyu-Yorkdakı Liberti adasında Azadlıq heykəlinin rəsmi açılış mərasimi keçirildi.
1918 — Çexoslovakiya Avstriya-Macarıstan İmperiyasından ayrılıb müstəqil oldu.
1940 — İtaliya ordusunun Yunanıstana hücum etməsi ilə Yunanıstan İkinci dünya müharibəsinə daxil oldu.
1941 — SS qüvvələri Litvada 9000-dən çox yəhudini güllələdilər.
1962 — Karib böhranı: Nikita Xruşşov Kubada sovet raketlərinin sökülməsini elan etdi.
1984 — Çin Kommunist Partiyası ölkədəki iqtisadi vəziyyəti düzəltmək məqsədilə açıq rəqabətə şərait yaradılacağını bəyan etdi.
1998 — İkinci müddətə Azərbaycan Respublikasının prezidenti seçilən Heydər Əliyevin andiçmə mərasimi keçirildi.
2008 — Moskvada Müslüm Maqomayevlə vida mərasimi keçirildi və həmin axşam cənazə xüsusi reyslə Bakıya gətirildi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.