Tarixdə Bu Gün - 16 Noyabr

16 Kasım 2017
922
0
Tarixdə Bu Gün -  16 Noyabr
16 noyabr:
1869 — Süveyş kanalı formal olaraq açılmışdır.
1918 — Macarıstan müstəqilliyini elan etmişdir.
1918 — Azərbaycan Demokratik Respublikasının xarici işlər naziri Əlimərdan bəy Topçubaşov İstanbulda İran səfiri Mirzə Mahmud xanla görüşmüşdür.
1920 — Stalin Leninə teleqramında “Bakını fəal müdafiə yolu ilə təsadüflərdən qorumaq üçün ən azı 5 diviziya lazımdır... əks halda düşmən ilk hücumdaca Yelizavetpolu tutaraq 18-ci ildəkinə bənzər Azərbaycan burjua hökuməti yaratmaq imkanı əldə edəcək” - deyə xəbərdarlıq etmişdir.
1921 — Azərbaycan SSR MİK Rəyasət Heyəti “Zaqafqaziya respublikalarının vahid federativ ittifaqda birləşdirilməsi prinsip etibarilə təxirəsalınmaz zərurət sayılması barədə” qərar verib.
1933 — Amerika Birləşmiş Ştatları ilə SSRİ diplomatik əlaqələr qurmuşdur.
1945 — Amerisium (atom nömrəsi 95) və kürium (96) kimyəvi elementlərinin alınması rəsmən elan edilib.
1988 — Estoniya SSR Ali Soveti respublikanın suverenliyi haqda qərar qəbul etmişdir
1994 — Azərbaycan Respublikası ilə Əfqanıstan arasınfa diplomatik əlaqələr qurulmuşdur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.