Tarixdə Bu Gün - 24 Noyabr

24 Kasım 2017
1 122
0
Tarixdə Bu Gün -  24 Noyabr
24 noyabr: Çarlz Darvinin "Növlərin mənşəyi" kitabı nəşr edilib. Kitabın ilk tirajı bir gündə satılıb, (1859-cu il). * Filosof Benedikt Spinoza anadan olub, (1632-ci il).

1642 — Holland səyyahı Abel Tasman Avstraliya ətrafında adalar qrupunu kəşf edib. Bu ərazi sonradan onun şərəfinə Tasmaniya adaları adlandırılıb.

1798 — Fransada əmlak vergisinə əlavə olaraq “Qapı və pəncərə vergisi” də tətbiq edilib.

1928 — Türkiyə Böyük Millət Məclisi Qazi Mustafa Kamala "Baş müəllim" dərəcəsi verib.

1934 — Soyad qanunu qəbul edildikdən sonra Türkiyə prezidenti Qazi Mustafa Kamala Atatürk adı verilib.

1945 — BMT rəsmən fəaliyyətə başlayıb. Təşkilatın Nizamnaməsi ratifikasiya olunub.

1961 — BMT nüvə silahından istifadəni qadağan edən qətnamə qəbul edib.

1969 — ABŞ və SSRİ nüvə silahını yaymamaq haqqında saziş imzalayıb.

1988 — Sovet rəhbərliyinin qərarı ilə Azərbaycan SSR-in Bakı, Sumqayıt və Gəncə şəhərlərində komendant saatı tətbiq edilib.

1992 — ABŞ Konqresi "Azadlığı Müdafiə Aktı"na 907-ci əlavəni qəbul edib.

2006 — Mehriban Əliyeva İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülüb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.