Biganəlik (Sosial video çarx) » Feat.Az Sekiller, Xeberler, Yazili

Biganəlik (Sosial video çarx)

15 August 2017
385
0
Biganəlik (Sosial video çarx)


Rejissor - Camalbəyli Şəhriyar
Operator və Montaj - Camalbəyli Şəhriyar
Rollarda - Rüstəm Əsədli və Neymət Bağırov

QADAĞANDIR!

- Çimmək üçün nəzərdə tutulmamış ərazilərdə çimmək!
- Çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək!
- Küləkli havada dənizə girmək!
- Sərxoş halda çimərliyə gəlmək və ya burada spirtli içki qəbul etmək!
- Çimərlikdə gecələmək, fırtınanın yaxınlaşması xəbərdarlığından sonra çimərlik ərazisində qalmaq!
- Çimərliyi məişət və digər tullantılarla zibilləmək!

YADDA SAXLAYIN!


- Uşaqlar yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməlidir!
- Uşaqlar çimərlikdə nəzarətsiz qoyulmamalıdır!
- Uşaqlar çimərlikdə yalnız onlar üçün ayrılmış yerlərdə çimməlidir!
- Xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
- Xəbərdaredici nişanların və lövhələrin tələblərinə əməl olunmalıdır!
- Günün qızmar saatlarında günəş altında fasiləsiz dayanmaq təhlükəlidir!
- Hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Çimərliklərdə istirahət saat 9:00-dan 20:00-dək daha təhlükəsizdir!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz