Rusiya səmasında qeyri-adi hadisə - VİDEO

30 Kasım 2014
1 937
0
Rusiya səmasında qeyri-adi hadisə - VİDEO
Rusiya səmasında qeyri-adi hadisə - VİDEO
Sosial şəbəkələrdə Rusiya Federasiyasının Sverdlovsk ərazisində səmada görünən böyük alovlu kürə ilə bağlı video yayılıb.

Hadisə şahidləri səmada böyük sarı parıltı gördüklərini deyirlər.

Partlayışa bənzər parıltı bir neçə saniyə ərzində ətrafı işıqlandırıb. Sirli hadisə Rusiyada noyabrın 14-də olub, ancaq yalnız bu gün onun haqqında məlumat yayılıb.

Bir neçə rusiyalının çəkdiyi alovlu parıltını Rusiya Elmlər Akademiyasının meteoritlər üzrə komitə üzvü Vikto Qroxovski meteorun izləri hesab edir.

"Çox güman ki, bu, meteordur. O buludlardan yuxarıda olub. Buna görə belə qeyri-adi hadisə alındı. Bu tamamilə təhlükəli deyil, amma elm üçün çox maraqlıdır”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.