Yuxu Yozma "X" hərifi

02 Eylül 2015
16 340
1
Yuxu Yozma "X" hərifi
Yuxu Yozma "X" hərifi

XADİMƏ-Sərbəst ticarətdə xoş tale sahibi olacaqsınız.


XAKİ RƏNG-Röyada xaki rəng görmək yuxu sahibi oğlandırsa əsgərliyə gedəcək, gənc qız isə ərə gedib ailə quracaqdır.


XALA-Öz xalasını yuxuda görmək xeyrə yozulur, gözləmədiyiniz bir yerdən mirasa və pula qovuşacaqsınız.
- Xalanız sağdırsa bu röya mal və mülk kimi yozulur.


XALI-Röyada xalı dünya anlamındadır.
- Xalını yerdə sərili görmək – ömrə və düşməndən heç bir pislik gəlməyəcəyinə yozulur.
- Xalı satın almaq – hər kəs üçün gəlirinin birdən-birə artmasını xəbər verir.


XAMSA BALIĞI-Böyük bir xeyrə, işdə, mənəvi həyatda ailədə uğur və xoşbəxtliyə, gözlənilməz sərvətə yozulur


XANAZIR(xəstəlik)-Röyada xanazır xəstəliyinə tutulduğunu görən adam sıxıntı içinə düşəcək və bu sıxıntıdan böyük mübarizələrdən sonra qurtara biləcəkdir.


XANI BALIĞI-Yuxuda xanı balığı görmək son dərəcə xeyirli yuxulardandır. Bəxt, qədər, qismət, pul, eşq, müjdə xəbərçisidir.


XARABALIQ-Xaraba evlər arasında dolaşmaq həyatınız boyu qazancınız qaydasında olacaqdır.


XARDAL-Röyada yediyiniz qidaya xardal sürtmək səhhətiniz yerindədir və xaraktercə nikbin adamsınız.


XARRAT-Röyada görən adam çox qazanclı bir işə girəcək.
- Özünün dülgərlik etdiyini görmək isə yorucu, ancaq sonu uğurlu işlərə işarədir.


XEYİR İŞ TUTMAQ-Röyada zəkat vermək və ya bir xeyir iş tutmaq heç zaman həyatda kasıbçılıq görməyəcək, başqalarının yardımına möhtac qalmayacaqsınız.
- Bir xeyirli işdən faydalanmaq, yaxud xeyirxah adamlardan yardım görmək israfçılığa son vermək və qara gün üçün pul tədarükü görməyin gərəkliyinə işarədir.
- Röyada özünü xeyrə bir iş üçün çağırılmamış yığıncaqda görmək girişdiyiniz bütün işlər uğurlu olacaqdır.


XƏBƏR-Röyada bir yerdən xəbər almaq dostlarınızdan və sevdiklərinizdən yeni, maraqlı xəbərlər alacağınıza işarədir.


XƏBƏRÇİ-Röyada ondan buna, bundan ona xəbər daşıyan bir xəbərçi ilə qarşılaşmaq təzə xəbər və məktublar alacaqsınız.


XƏDİM-Röyada özünü xədim olmuş görmək yaxın zamanda böyük sərvət və ya mövqeyə qovuşacağınıza yozulur.


XƏYAL(qarabasma)-Yuxu əsasında qorxulu xəyalət görmək (qarabasma) əvvəlcə üzüntüyə, sonra isə ani bir sevincə işarədir.
- Əgər görülən xəyal tanış bir adamın ölüsünə aiddirsə istək və arzularınız gerçəkləşəcəkdir.


XƏYANƏT-Yuxuda birinin xəyanətə məruz qalması, yaxud bir dostunun sədaqətsizliyini başa düşməsi gənc, subay oğlan üçün eşq üzüntülərinə və ya işdən dolayı sıxıntılara yozulur.
- Orta yaşlı adam üçün bu yuxu ətrafındakıların ona xəyanət etdiyinin anlayacağına işarədir.
- Gənc qızlar belə röya görərsə, sıxıntılı və üzüntülü vəziyyətdə yazmış olduqları məktubda sevgililəri ilə qovğa edəcəklər.
- Evli qadın üçün bu röya ailədə birinin sədaqətsizliyindən çəkəcəyi üzüntü və iztirablar anlamına gəlir.


XƏKƏNDAZ-Gözləmədiyiniz bir adamın sizi aldadacağına yozulur.


XƏLBİR-Xeyrə yozulur, yüksək qədər qismət, yaxşı mövqe qazanmaq deməkdir.
- Xəlbir yuxuda yaxşını pisdən ayırmaq, doğruyla yalanı bir-birindən seçmək, elm, qüdrət, izzət sahibi olmaq anlamına da gəlir.
- Yuxuda bir kimsəyə nəsə vəd edilmişsə və vəd edən şəxs də ona xəlbir vermişsə, bu o şəxsin vədini yerinə yetirmədiyini göstərir.


XƏMİR MƏHSULLARI-Röyada xəmir məhsulları və xəmir xörəklərindən dadmaq yaxında bir nikah dəvətnaməsi alacaqsınız. Röyada xəmir məmulatı hazırlamaq macal tapan kimi evlənəcəyinizə yozulur.


XƏNDƏK-Yuxuda xəndəyə düşmək tərsinə yozulan röyalardandır.
- Bürün sosial və işdəki çətinlikləri yenəcəyiniz anlamına gəlir.
- Dostlarınızdan birini xəndəyə düşmüş görmək dərdli bir dostunuza yardım edəcəksiniz.
- Düşməninizi xəndəyə düşmüş görmək haqqınızda söyləniləcək pis sözlərin və çirkin dedi-qoduların bu dedi-qoduları yayan adamın özünə zərər verəcəyinə yozulur.
- Birinin xəndəkdən və ya çuxurdan çıxmasına yardım etmək bir məsələni aydınlaşdırıb yoluna qoyacaq və bununla da işinizdə yüksələcəksiniz.
- Röyada xəndək və ya çuxur qazmaq işinizdə böyüyəcəksiniz.


XƏNCƏR-Röyada birinin əlində xəncər görmək maddi baxımdan vəziyyətinizdə bir sıra xoşagəlməz dəyişikliklər meydana çıxacaqdır. Yerdə xəncər görmək sizə dost olmayan bəzi adamlar qrup halında birləşərək, mənafeyinizə zərər vurma yollarını arayırlar. Öz əlində xəncər görmək liderlik qabiliyyətinizi yerində göstərmək üçün sizə bir çox fürsətlər veriləcəyini göstərir. Havada xəncər görmək iradənizə hakim ola bilməyən bir hala gəldiyinizə və bunun da uğurlarınıza əngəl olacağına işarədir. Qınına qoyulmuş xəncər dostlarınızdan birinə yaxınlarda gözəl bir müjdə verəcəyinizə yozulur.


XƏRƏK-Ağır xəstəlik işarəsidir.


XƏRİTƏ-Yuxuda xəritə ilə məşğul olmaq, üzərində çalışmaq xaricdən bəyənmədiyiniz bir iş təklifi alacaqsınız.
- Xəritə cızmaq pul və sənət sahəsində uğur qazanacağınıza yozulur.


XƏRÇƏNG-Hiyləgər, qapalı, söz demək mümkün olmayan adama yozulur.
- Xərçəng yediyini görmək uzaq bir yerdən xeyir görəcəyinizə işarə sayılır.


XƏSTƏLİK-Yuxuda xəstə olduğunu görmək, ayəti-kəriməyə görə, nifaq və aynlığa yozulur.
- Arvadını xəstə görmək qadının dinində, imanında bir nöqsanlıq olduğuna işarədir.
- Xəstənin dəvəyə, donuza və ya öküzə minməsi onun öləcəyi ehtimalı var.
- Xəstə olan uşağın xəstəlikdən qurtardığını, şəfa bulduğunu görmək o uşaq əldən gedəcəkdir.
- Bir şəhər əhlinin hamısını xəstə görmək o şəhər düşmən tərəfindən mühasirədə qalacaqdır.
- Özünü yuxuda minnət içində görmək minnətdən qurtarmağa yozulur.
- Yuxuda özünü xəstə görmək bəzi yozucular düşməni qəhr etməyə, sağlam yaşamağa, ömrə və ya çoxlu mal-dövlət sahibi olmağa əlamət hesab edirlər.
- Müsafirin yuxuda özünü xəstə görməsi bir istəyi varsa, istəyin həyata keçməsi çətinləşəcək.
- Tanış bir adamı röyada xəstə görmək onun xəstə olması deməkdir.
- Xəstəlik, eyni zamanda, ruziyə və mala, tövbəyə, dua və niyaza, eşqə də işarədir. İki oğlunun xəstə olduğunu görmək iki gözünün xəstəliyə və ağrıya tutulacağını göstərir.
- Qadının xəstəliyi ərindən boşanmağa yozulur.
- Kişinin xəstəliyi arvadıyla təmasa işarədir.
- Röyada alimlərin xəstəliyi onların dilində nöqsanlıq bulunduğunu; öyrətmənin (müəllimin) xəstəliyi şagirdlərin ondan qorxduğunu göstərir.
- Övladın xəstəliyi ana və ata üçün hüzn və narahatlığa dəlil sayılır.
- Uzun müddət xəstə yatan birisinin yuxuda özünə ölüm arzulaması onun sıxıntı və qayğılardan qurtulacağından xəbər verir.


XƏSTƏXANA-Röyada xəstəxana yaxşılığa yozulmaz. Özünü xəstəxanada görmək pul itkisinə, həyəcanlı anlar keçirməyə işarədir. Palatalardan birində yatdığını görmək böyük bir düşmənlə qarşılaşacağınıza əlamət sayılır.


XƏTİB (natiq)-Mühazirəçi və ya xətib bir adamı yuxuda görmək -hörmət-izzətiniz artacaq, mövqeyniz yüksələcək.
- Bilgin (alim) də eynən xətib kimi yozulur.


XİDMƏTÇİ (qulluqçu)-Gizli düşmənə işarədir. Röyada xidmətçi görmək əgər qulluqçunuz varsa, onun yaşayış tərzini və hərəkətlərini nəzarətdə saxlamanız gərəkdir.


XİYAR-Xiyar almaq və yemək gündəlik və ömürlük ruziyə yozulur.
- Evə xiyar alıb gətirmək isə arvadınızın uşağa qalacağına və asan başa gələn ruziyə əlamət hesab edilir.


XİTABƏT KÜRSÜSÜ-Yuxuda xitabət kürsüsündən nitq söyləmək həyatda daim gözəl və ürəkaçan şeylərlə qarşılaşacaqsınız.


XINA-Toy-düyünə və xoş xəbərə yozulur.


XORUZ-Röyada xoruzu toyuqların arasında görmək sonsuz bir eşqə işarədir.
- Xoruzu banlayarkən görmək işlərinizdə uğurlar qazanacaqsınız.
- Xoruz döyüşünü seyr etmək nankorluğu və ya bir qəsdə qurban gedəcəyinizi göstərir.
- Röyada özünün xoruz olduğunu görən adam ölür.
- Xoruzla mücadilə etdiyini görən adam birisiylə münaqişəyə girişəcək.
- Xoruz evin kişisinə, toyuq isə evin qadınına işarədir.
- Yuxuda birisinə xoruz beçəsi verilərsə onun övladı dünyaya gələcək və ö uşaq sonradan əsir düşəcək, yaxud kölə olacaqdır.
- Röyada xoruz kəsdiyini görən kimsə əzan dəvətini qəbul eləməz.


XORULDAMAQ-Röyada xoruldamaq düşmənin röya sahibinə ilişməsinə, gizli saxlanan bir sirin açılmasına işarədir. Yaxud da qorxudan qurtulmağa, rahatlığa yozulur.
- Röyada birinin xoruldadığını görmək xoruldayan adam öz işində diqqətcil deyil, işlərində xəta və qüsurları olacaq, yaxın bir adamı onun xidmətində duracaqdır.


XORTDAQ(xortdan)-Yuxuda bəyaz geyimli xortdaq görmək -yaxın vaxtlarda röya sahibiylə əlaqədar xoş bir hadisə olacaqdır.
- Ölmüş bir nəfəri röyada görmək, qorxmadan onunla danışıb söhbət etmək gözəl yuxu olub, murada qovuşmağı xəbər verir.
- Əgər röya sahibi qorxarsa, onda bu yuxu əvvəllər baş vermiş və açılması arzu edilməyən bir olaya işarə saydır.


XRİSTİAN-Röyada xristian görmək yardım və qabiliyyəti ifadə edir. İxtiyar xristian – bədxahlığı bəlli bir düşmənə işarədir.
- Yuxuda xristian olduğunu görmək dayısına, xalasına varis olmağı və ya dindən sapmağı göstərir.
- Röyada keşiş qurşağı bağlayan adamın oğlu olur.
- Xristianları ayin və mərasim vaxtı görmək önəmli bir məsələdən dolayı mükafatlandıracağınız anlamına gəlir.


XROM-Yuxuda xrom mədəni görmək iradənizin sağlamlığına və mücadilə gücünüzün olduğuna işarədir.


XULİQAN-Röyada xuliqan, araqarışdıran adam görmək açıqürəkli yeni bir dost qazanacağınıza yozulur.


XURMA-Xurma görmək və ya yemək bir qadından hədsiz iltifat görəcəyinizə işarədir.
- Xurma çəyirdəyi yaxın vaxtlarda gözəl bir çocuğunuz dünyaya gələcək deməkdir.


XURMA AĞACI-Röyada çox kədər və əndişələrin sonunda zəfərə qovuşacaqsınız.


XÜTBƏ OXUMAQ-Röyada minbərdən xütbə oxunduğunu görmək əgər layiqsinizsə, rütbənizin və şöhrətinizin yüksələcəyinə, Tanrı dərgahında məqbul bir qul olduğunuza işarət saydır.
- Etiqadı tam olmayanlar üçün belə bir röya fənaya yozulur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    lazim olacaq mene ne vaxtsa
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.