Yuxu Yozma M hərfi yuxuda gormek 2015 2016 astroloji proqnoz astrologiya yuxuyozma yuxu-nedir-ve-insanin-yuxuya-getmesine-ne-sebeb-olur
Ana səhifə

Yuxu Yozma M hərfi

03 Sentyabr 2015
3 195
1
Yuxu Yozma M hərfi
Yuxu Yozma M hərfi

MAAŞ (aylıq)-Yuxuda maaş aldığını görmək-əldən böyük miqdarda pul çıxacağına, lakin bu çıxan pulun iki mislinin əldə ediləcəyinə işarə sayılır.


MAVİ RƏNG-Röyada xoşbəxtlik sırasına görə düzülmüş rənglər cədvəlində mavi rəngi görmək-ailənizdə hökm sürən səadətdən və məhəbbətdən xəbər verir. Rənglər cədvəlində mavi ən uğurlu rəng olan qırmızının altındadır. Yuxuda mavi səma görmək-eşqdə sədaqəti ifadə edir, səadət və əmin-amanlıq deməkdir. Röyada mavi cisimlər-dostların çevrəsində olduğunuza işarə sayılır.


MAQNİT-Uğurlu bir eşq həyatının xəbərçisi olaraq yozulur.


MAĞAZA-Yuxuda mağaza görmək cavan oğlan üçün-faydalı bir işə; orta yaşlı və təcrübə sahibi adamlar üçün-karlı və qazanclı güzərana, ruziyə; qadın üçün-ailə həyatında xoşbəxt və xoş bir ömür sürəcəyinə yozulur.


MAĞARA-İnsanın yuxuda mağara görməsi-röya sahibi müəlliminin, atasının, ustadının, həyat yoldaşının himayəsinə sığınacaq deməkdir. Yuxuda mağara, bəzən, işlərini başqalardan gizli saxlamağa, boşda qalmış adam üçün vəzifə almağa, sıxıntılardan qurtulmağa da yozulur. Röyanı görən xəstə və ya həbsdə isə, bunlardan qurtulacaq. Başqa bir yozuma görə isə, mağara görmək-röya shibinin ömrünün uzunluğuna və xeyrinin, faydasının çoxluğuna işarə sayılır. Yuxuda mağaraya girdiyini görən adam bir idarəçiyə, qüvvətli və qüdrətli bir kimsəyə kələk gələr.


MAZI (bitki)-Röyada mazı yeməyi yemək-özünüzdən yaşca kiçik yaxın bir adamınızla olmuş anlaşılmazlıq aydınlaşdırılıb yoluna qoyulacaqdır.


MAY AYI-May ayını, bu ayla ilgili günləri yuxuda görmək-bolluğa, bərəkətə yozulur.


MAY BÖCƏYİ-Yaxın günlərdə bacarıqlı və işbilən bir adamla qazanclı işlərə girişəcəyinizə işarədir.


MAYA (acıtma)-Ruh düşgünlüyü anlamına gəlir. Mayanın daşıb qabardığını görmək-könül xoşluğuna yozulur.


MAYAK (dənizdə)-Röyada gəmiylə güdərkən mayak görmək aydınlığa və səadətə işarədir, arzu və əməlləriniz həyata keçəcək deməkdir.


MAYALLAQ AŞMAQ-Röyada başı üstündən mayallaq aşmaq-hərəkətlərinizdə daha ciddi və təmkinli olmağın gərəkliyinə işarə sayılır.


MAYONEZ-Qərb ölkələrində səyahət ediləcəyinə yozulur.


MAKARA (ip çarxı)-Röyada iplik sarınmış makara görmək-işlərin asanlaşacağına və düzgünlüyünə; quyu və tros makaraları isə-çox zəhmətli işlərər yozulur.


MAKARON-Acgözlüyə və qarınqululuğa işarədir.


MAL-QARA-Röyada öküz, inək, sığır və s. kimi iribuynuzlu mal-qara görmək-uğur və qazanc anlamına gəlir. Cavan oğlan üçün bu röya-həyatda uğur və qazanc kimi yozulur. Daha yaşlı kişilər üçün-mirasa qovuşmaq şəklində mənalandırılır. Gənc, ərə getməmiş qız belə röya görərsə, varlı bir adamla evlənəcək. Evli qadının yuxuda mal-qara görməsi-onun bir malikanəyə sahib olacağını xəbər verir. Əgər gördüyü heyvanlardan biri onun arxasınca gəkirsə, heç gözləmədiyi bir sərvətə, var-dövlətə yetişəcək.


MALİKANƏ-Röyada bir əkinçiylə çənə-boğaz döymək-mühüm bir məsələnin aydınlaşdırılmasında ustalıq göstərəcək və lazımlı bir adamı məmnun edəcəksiniz. Malikanədə (təsərrüfatda) istifadə olunan maşınlar almaq-başqa bir şəxsin yapacağı xətadan (o xətada sizin heç bir suç və məsuliyyətiniz yoxdur) sonra işinizi daha da artırıb inkişaf etdirmək üçün əlinizə fürsət düşəcəkdir. Bir malikanədə dincəlmək, istirahət etmək-istirahətdən qayıtdiqdan sonra xoş xəbərlər alacaqsınız.


MAMAÇA-Hamilə qadının yuxuda mamaça görməsi-onun sağlam və gözəl bir cocuğu olacağına işarə sayılır.


MANDARİN-Röyada mandarin yemək-cənub bölgələrinə nəşəli bir səyahətə çıxacağınıza işarə sayılır.


MANDOLİNA (musiqi aləti)-Yuxuda mandolina görən-yaxın dostlarıyla nəşəli günlər keçirəcəkdir.


MANTI (xəmir yeməyi)-Yuxuda mantı yediyini görən adam ən yaxın dostlarından birinin xəyanətinə məruz qalacaq və bundan əzab çəkəcəkdir. Nə qərbli, nə də şərqli röya yozucuları mantı ilə ilgili yuxuları xeyrə yozmurlar. Sarımsaqlı mantı yemək isə ölüm xəbəri olaraq açıqlanır.


MANTO (qadın paltosu)-Bu cür röya görən adam yaxın günlərdə böyük bir sıxıntı içinə düşəcəkdir.


MARQARİN-Yuxuda marqarin yemək-mədə xəstəliyinə yozulur.


MARKA-Girişəcəyiniz işdə ziyana düşəcəksiniz.


MARMELAD-Röyada marmelad yemək-əvvəli pis şərtlərlə başlayan bir işin sonda uğurla bitəcəyinə dəlil olaraq qəbul edilir.


MARS-İnasnın yuxuda mars ulduzunu görməsi və ya seyr etməsi-pisliyə, əzab-əziyyətə, qorzuya, qan töküləcəyinə işarədir. Marsın göydən aşağı endiyini görmək-yanğına, zulmə, bağlı, kilidli şeylərin açılmasına, qadınları boşamağa, evlərin yıxılmasına yozulur.


MASA-Yuxuda üstü hazır yeməklərlə dolu masa-zənginliyə, rifaha; üstü boş masa-kasıblığa əlamət sayılır.


MASKA-Bəzi xəyalların gerçəkləşə biləcəyinə işarə sayılır.


MASKALI ADAM-Röyada maskalı adam görmək-bəzi sirləriniz yaxınlarınız tərəfindən dilə-dişə düşəcəkdir.


MASSAJ-Röyada özünü massaj etdirdiyini görmək-idmanın sizə yaradığına yozulur.


MATARA (çiyindən asma su qabı)-Bir qismət işarəsi olaraq yozulur.



MATƏM-Matəmlə ilgili röyalar, ümumiyyətlə, aydın günlərin xəbərçisi kimi yozulur.


MATÇ (idman yarışı)-Röyada bir futbol matçına tamaşa etmək-vaxtınızı boş-boşuna keşirməkdə olduğunuza işarə sayılır.


MAUZER-Röyada başqasının əlndə mauzer görmək-hiylə və fitnə-fəsada yozulur. Mauzeri öz əlində görmək-sakitliyə, əmin-amanlığa işarə sayılır.


MAHMIZ-Röyada mahmız görmək-röya sahibinin çətin bir durumda bulunduğuna, amma bu durumdan qısa müddət içində qurtulacağına işarə sayılır. Mahmız qızıldan görülərsə, röya sahibini böyük uğur gözləyir.


MACAR-Macar millətindən olan bir şəxsi röyada görmək-yaxın günlərdə hay-küylü, şan-şaqraq əyləncələrə girişəcəksiniz.


MAŞIN (cihaz)-Röyada hər hansı bir maşın və ya cihaz görmək-işiniz, yaşayışınız asanlaşacaq.


MAŞİNİST-Röyada bir maşinistlə söhbət etmək-işinizdə, vəzifənizdə mühüm dəyişiklik olacağına işarədir.


MEBEL-Cavan kişinin yuxuda ev üçün ev əşyaları alması, atması, yaxud ona hədiyyə edilmiş əşyalara baxdığını görməsi, o, ürəkaçan bir iş uğrunda mübarizəyə qoşulacaq. Bu röya orta yaşlı kişilər üçün-işlərini öz yoluna qoyacağına; ərə getməmiş qadın üçün-tezliklə ərə gedəcəyinə; evli qadın üçün-xoş bir əyləncəyə yozulur. Boş və mebelsiz evdə gəzmək-şəraiti pis olan bir evə daşınacağınıza işarədir. Mebelle dolu bir evdə boş otaq görməkisə-ümidlərinizin boşa çıxacağının ifadə edir.


MEDAL-Röyada medalla mükafatlandirilmaq-istedad və yetənəkləriniz (qabiliyyətiniz) əvvəl-axır başa düşülüb qiymətləndiriləcək, öz sənətinizdə yüksələcəksiniz. Röyada başqa birini mükafatlandırıb yaxasına medal taxmaq-maddi baxımdan qiymətli olan və vaxtilə itirmiş olduğunuz bəzi əşyalar tapılıb sizə təqdim ediləcəkdir. Yuxuda özünün bəzi adamlara və qurumlara medal payladığını görmək-tanımadığınız bir adamın xidmətindən faydalanacaqsınız.


MEYVƏ-Röyada meyvə ağacı görmək-hamı üçün ürəkaçan bir iş görməyə, sərvətin və etibarın yüksələcəyinə işarə sayılır. Bu röya bütün meyvələr üçün eyni şəkildə yozulur. Yuxuda dadlı meyvə görmək-ruzini , mənfəəti və faydalı elmi ifadə edir. Köhnə meyvə yemək də ruziyə və elmə yozulur. Gözəl və xoş ətirli meyvələr olan bir ziyafətdə iştirak etmək, ancaq hec birinə əl vurmamaq-xeyrə əlamətdir. Yetişməmiş, kal meyvə-tələsik, düşünülməmiş bir hərəkətdən ortaya çıxacaq təhlükəyə; dəymiş meyvə-gecikməniz ucbatından işinizin tərs gedəcəyinə işarədir. Yuxuda görülən meyvənin rəngi solğun olarsa, xəyanət üzündən ziyana uğrayacaqsınız.


MEYVƏ BAĞI-Yuxuda meyvə bağında gəzib dolaşmaq-çox xeyirli bir röya olub, səadət və zənginlik dolu bir gələcək kimi açıqlanır. Bağda meyvə toplamaq isə-gözəl, ürəkaçan bir iş görüb böyük sərvət sahibi olmağınıza yozulur.


MEYVƏ SUYU (şirəsi)-Gözləmədiyiniz halda, birisi sizinlə şit, bayağı zarafat edəcək.


MEYVƏ-TƏRƏVƏZ SATİCİSİ-Yaxşılığa, gözəlliyə yozulur.


MEYDAN-Röyada geniş bir meydan görmək-iş həyatında irəliləyiş və yeni imkanlar yaranacağına, qazancın artacağına yozulur.


MEYMUN-Röyada meymun görmək-əxlaqsız və hər cür eyib yiyəsi olan bir kimsəni ifadə edir. Yuxuda meymunla güləşmək və ona qalib gəlmək-röya sahibi xəstələnəcək, ancaq şəfa tapacaqdır. Meymuna yenilmək isə-əlacsız bir xəstəliyə işarədir. Röyada meymun görmək, bəzən də, böyük günahlara; meymunla cinsi əlaqədə olmaq-pis, xişagəlməz işlərə; meymunun yanından sivişib getmək-düşməni üstələməyə; meymun əti yemək-təzə paltar geyməyə; meymunun adamı cirmaqlaması-birisiylə qovğaya, düşmənçiliyə yozulur. Meymun röyada sehrbaz və hiyləgər bir adam anlamına da gəlir. Meymun balası-sehirbazlıqdan gəlir əldə etməyə; meymunun belinizə mindiyini görmək-bir evdən mal-pul oğurlayacağınıza əlamət sayılır. Yuxuda meymuna döndüyünü görmək-ziyankarlığa meyilli və həvəsli olmağa işarədir.


MEYXANƏ-Ən xeyirli röyalardandır. Röya sahibinin işdə, eşq həyatında, sağlamlıq durumunda həmişə bəxti gətirəcək, həyatda yaxşı dostlar qazanacaq, əlinə bol-bol pul gələcəkdir.


MELODİYA-Röyada çox yaxşı bildiyiniz bir melodiyanı eşitmək-sevdiyiniz bir dostunuza qovuşacaqsınız.


MERAC-Röyada Merac qəndilində Allaha dua etmək-ən xeyrə yozulan röyalardan biridir, diləklərinizin yerinə yetəcəyi anlamına gəlir.


MERİNOS QOYUNU-Bol gəlir deməkdir.


MERKURİ PLANETİ-Yuxuda Merkuri planetini görüb ondan xoşu gəlmək-məşhur qələm sahibinə və nüfuzlu hökumət adamına işarədir. oyanıq halda ayın Merkuri ilə qarşılaşdığı zaman bu röyanı görməkxeyrə əlamət sayılmır; yalana, ayrılığa, qorxunc, çirkin xəbərlərə və söz-söhbətə yozulur. Merkurini bütün parlaqlığı ilə görmək-böyük kamandan və başqan kimi bir adamı ifadə edir.


MEHMANDAR (mehmanxana sahibi, işçi)-əsgi xatirələrinizi yenidən yaşayacağınıza yozulur.


MEHTƏR BÖLÜYÜ (türk ordusunda marş çalan musiqiçi dəstəsi)-Röyada bir mehtər bölüyü görmək, ya da mehtər marşı dinləmək-ətrafınızda böyük bir səadət havası əsəcək, toy-duyun olacaq. Özünü mehtər bölüyündə bir musiqi alətində çalan görmək-bir səfər ərəfəsində olduğunuza yozulur.


MEŞİN (dəri)-Eşqdə uğursuzluğa işarədir.


MEŞİN DÖŞƏK-Röyada tumacdan və ya dəridən hazırlanmış döşək görmək-bir qadının qulluqçusu və ya onun sirrini bilən yaxın bir adam anlamına gəlir. Bu yuxu, eyni zamanda, röya sahibinin arvadına və ya ona yaxın olan bir kimsəyə işarədir. Bəzən də, anaya yozulur.


MƏBƏD-Sağlıq və xoşbəxtlik bəlirtisi olaraq qəbul eilir. Məbəd islam məbədi və röya sahibi başqa dindən olarsa, bu yuxu həmin adamın müsəlmanlığı qəbul edəcəyi şəklində yozulur.


MƏQALƏ-Röyada bir qəzet məqaləsi oxumaq-bir iş-güc yiyəsi deyilsiniz deməkdir.


MƏQAM (mövqe, vəzifə)-Röyada hər hansı bir mövqeyə, məqama yüksəldiyini görən adam işində uğursuzluğa uğrayacaq.


MƏDDAH-Şad xəbərlər alınacağına yozulur.


MƏDƏ (qursaq)-Röyada mədə-ömrə, ghüzərana və ruziyə yozulur. Yuxuda mədəsini qüvvətli və saölam görən adam xeyrə qovuşacaq, uzun ömür sürəcək. Əgər röya görənin mədəsi qüvvətli və sağlam deyilsə-yozum əvvəlkinin tərsidir. Mədənin boş olması-kədərdən, xəstəlikdən qurtulmağa, xeyrə, arxayın və rahat yaşayışa işarədir.


MƏDƏN-Röyada mədəndə işləmək, ümumiyyətlə, mədən görmək-bolluğa və xoşbəxtliyə yozulur. Gümüş və qızıl mədəni-ululuğa, ucalığa; mis mədəni-rahatlığa, əmin-amanlığa işarədir.


MƏDƏN SUYU-Röyada mədən suyu və ya sodası görmək-mədənizin pozuq olduğuna işarədir.


MƏDƏN FƏHLƏSİ (qazmaçı)-Röyada mədən fəhləsi görmək, mədən ocaqlarını, filiz quyularını gəzmək-kişi üçün-inandığı bir dostuyla anlaşmaya, əməkdaşlığa; təcrübəli bir adam üçün-işini artırıb genişləndirəcəyinə; subay qadın üçün-varlı bir adamla evlənəcəyinə; evli qadın üçün-xoş taleyə, açıq bəxtə yozulur.


MƏDİNEYİ-MÜNƏVVƏRƏ-Mədineyi-münəvvərəni yuxuda görmək-din və dünyaca xeyir işlərə, tövbə edib əfv olunmağa yozulur. Çeşidli yozumlara görə, mədinəni yuxuda görmək-əmin-amanlığa, rəhmətə, uzuntudən-sıxıntıdan qurtarmağa, xoş güzərana işarə sayılır.


MƏDRƏSƏ-Xetirxahlığa, cəza şərtlərini yerinə yetirməyə, alqı-satqıya, kölə azad etməyə, eyni zamanda, fəsad çıxarmağa, arvad boşamağa yozulur.


MƏZAR DAŞI (başdaşı)-Röyada bir məzarlıqda gəzərək başdaşılarının üstündəki yazıları oxumaq-röya sahibi subay və yalqızdırsa, uzun və anlamsız bir həyat yaşayacaq; evlidirsə-uzun ömür sürəcəkdir.


MƏKKEYİ-MÜKƏRRƏMƏ-Röyada Məkkeyi-mükərrəməni (Müqəddəs Məkkə şəhərini) görmək-imam olaraq yozulur. Röyasında Məkkəyə getdiyini görən adam xəstədirsə, xəstəliyi uzun sürər və ya ölər. Günahkarlar üçün Məkkəyə girmək-tövbəyə; kafirlər üçün-islama tapınmağa; subaylar üçün-evlənməyə işarədir. Məkkəyə girən adam hər cür qorxu və şübhədən qurtulur. Həcc üçün Məkkəyə getmək-Allahü-təala röya sahibinə həcc nəsib edəcək. Bu gözəl şəhərin civarında olduğunu görmək-uzun ömrə əlamətdir. Röyada Məkkəyə arxasını döndərmək-işindən və ya ortağından ayrılmağa işarədir. məkkənin yıxıldığını görmək-röya sahibinin ibadəti, namazı qüsürlüdür. Məkkədə bolluq və ucuzluq görmək-xeyrə; qıtlıq görmək-şərə dəlalət edir.


MƏKTƏB-Röyada məktəb görmək-mədəniyyət baxımından yeni və geniş imkanlara işarə sayılır.


MƏKTUB-Röyada poçtalyonun evə məktub gətirdiyini görmək-kiməsə yazılacaq məktuba işarədir. Kişilər üçün bu röya-vəzifədə yüksəlməyə;ticarət adamları və qadınlar üçün-qazancın artmasına; ev qadını üçün-vaxtını boş keçirməyə, bir toplantıya dəvətə; gənc qızlar üçün-maraqlı və macəralı bir eşqə yozulur.


MƏLƏZ AT-Yuxuda mələz at-qüdrət və şərəfi ifadə edir. Eyni zamanda, yüksək bir rütbəyə və məqsədə çatmağa, yaxud, əsilzadə cocuğa işarə sayılır.


MƏLƏK-Röyada mələk görmək-qəmdən, kədərdən qurtulub sevincə, şadlığa qovuşacaqdır. Bir yerdə çoxlu mələklərin toplaşmış olduğunu görmək-o yerdə müharibə olacaq. Mələklə bərabər uçmaq-axirətdə səadətdir. Gözəl və nurlu bir mələk görmək-xeyirli və sevincli xəbərlərə; mələyi çirkin vəziyyətdə görmək-qəmə, kədərə işarədir. Mələyin yerə endiyini görmək-o yerə xeyir və bərəkət gələcək. Mələyi qadın qılığında görmək-günaha batacaqsınız. Bir mələyin sizə lənət etdiyini görmək-dində fəsada və etiqadsızlığa yozulur. Özünü mələk olmuş görmək-böyük mövqeyə yüksələcəksiniz. Cəbrayıl əleyhissəlamı görmək-əgər bir səyahət niyyətindəsinizsə, səfəriniz qəzasız-bəlasız keçəcək, düşmənə qələbə çalacaqsınız. Mikayıl əleyhissəlamı görmək-mala, mülkə və şərəfə qovuşacaq, yaxud karlı, xeyirli bir səfərə çıxacaqsınız. Əzrayıl əleyhissəlamı görmək-düşmənlərinizin birinin vəfatına içarə sayılır. Ümumiyyətlə, yuxuda mələk görmək-şərəfli və bəxtioyar ömür yaşayacağınıza yozulur.


MƏLƏMƏ-Röyada bir quzunu mələrkən görmək-bir uşağınız dünyaya gələcək və ondan çox xeyir görəcəksiniz.


MƏLHƏM-Bir xəstəliyin başlandığını xəbər verir.


MƏMLƏKƏT-Hər hansı bir məmləkəti (ölkəni) yuxuda görmək-bəzi adamlarla yeni və faydalı dostluqlar quracağınıza işarədir.


MƏMƏ-Röyada bir qadın məməsi görmək-bir qız övladınızın dünyaya gələcəyinə işarədir. Məmənizdən süd axdığını görmək-qısa zamanda evlənəcəyinizi göstərir. Məmə vermək-uşaqlarınızın uzun ömürlü və xeyirli olacağına yozulur.
MƏMUR (qulluq sahibi)-Röyada özünüzü bir məmuriyyətə (qulluğa) təyin olunmuş görmək-yorucu və bezdirici işlərlə baş-başa qalacağınıza işarədir. Röyada kiçik bir məmur (qulluqçu) və ya özünü əhəmiyyətsiz bir qulluqda görmək-bir çox çətin işlərlə qarşılaşacaqsınız.


MƏNDİL (əl yaylığı)-Yuxuda məndil almaq və ya vermək-ayrılıqdır.


MƏNZİL (otaq)-Yuxuda gözəl bəzədilmiş bir mənzil (otaq) görmək-zənginlik, var-dövlət mənasında yozulur. (Belə bir yuxunu yoxsul adam görərsə, onun birdən-birə rifaha və səadətə qovuşacağı bəlli olur). Özünü bir otaq içində tək-tənha və yalnız görmək-təhlükədən uzaq, rahat bir həyat sürəcəksiniz.


MƏRASİM-Yuxuda mərasim keçirildiyini görmək-yüksək mövqe sahibi olan bir adamdan xeyirxahlıq görərək çox sevinəcəyinizə yozulur. Mərasimdə iştirak etmək-iş həyarında böyük zərərə uğrayacaqsınız. Toy mərasimi-bir övladınız dünyaya gələcək. Yas mərasimi-bir fəlakət xəbərinə işarədir.


MƏRMƏR-Yuxuda mərmər görmək-güclü bir mübarizədən sonra uğua qazanacağınıza və bu uğurun davamlı olacağına yozulur.


MƏRMƏR KARXANASI-Yeni bir iş yeri açacağınıza işarə sayılır.


MƏRUZƏ (raport)-Röyada birisinin məruzə (raport) etdiyinin görülməsi-röya sahibinin başına bəlalı bir iş gələcəkdir. Əgər raport verən röya sahibinin özüdürsə, bəla daha böyük olacaqdır.


MƏRCAN-Yuxuda mərcan görmək-zənginlik əlaməti olub, çox gözəl bir cariyə və ya qıza sahib olacağınıza işarə sayılır. Mərcan boyunbağı-Uca Tanrının qadaöaları anlamına gəlir.


MƏRCAN ÇİÇƏYİ-Röyada bu çiçəyi qoxlayan adam o il sağlam olacaq. Mərcan çiçəyi əkənin ağıllı bir oğlan uşağı doğulacaq. Qadının yuxuda mərcan çiçəyi qoxulamasıdini sağlam bir oğlan uşağı doğulacağına və ya ərə gedəcəyi anlamına gəlir.


MƏRCİMƏK-Yuxuda mərcimək görmək-yaxın bir adamınızın sizin eşq həyatınızla ilgili söz-söhbətlər yaymaqda olduğuna işarədir.


MƏSKƏN (ev)-Röyada gözəl bir ev görmək, içinə girmək-bu günlərdə xeyirli bir xəbər alacağınıza və ya sizi hədsiz sevindirəcək bir hadisə olacağına işarə sayılır. Bir evi inşa etdirmək-zənginlik və səadətdir. Yanan bir ev görmək-üzüntüdür. Öz evini yuxuda görmək-kədər və əndişələrin artıq sona çatacağını ifadə edir. Yıxılmış ev görmək-yeni bir ev inşa etdirəcəksiniz.


MƏTBƏƏ-Hökumət dairələrində olan bir işiniz həll olunacaqdır.


MƏTBƏX-Röyada mətbəx görmək-çox zəngin olacağınıza, lakin əsil səadəti əsla görüb hiss etməyəcəyinizə işarədir.


MƏTBƏX BIÇAĞI-Xeyirxah bir işi xeyirlə başa vuracağınıza işarədir.


MƏXMƏR-Röyada ipək məxmər alan, satan, geyən hər kəs-xalq arasında şöhrət qazanacaqdır. Pambıq məxmər-röya sahibi heysiyyət və şərəfini, toplumdakı yerini itirəcəkdir.


MƏHƏBBƏT VƏ DOSTLUQ-Röyada bir adamla məhəbbətlə qarşılıqlı hörmətlə dostluq etdiyini görmək-röya sahibinin şan-şərəfininyüksək olduğunu açıqlayır, hədisi-şərifə görə, "dərin ağıla, yetginliyə” işarə sayılır. Yaxud da hər işin sonunu düşünmək anlamına gəlir.


MƏHƏLLƏ-Nəşəli bir xəbər müjdəsi olaraq yozulur.


MƏHƏMMƏD ƏLEYHİSSƏLAM-Hədisi-şərifdə Həzrəti Məhəmməd belə buyurmuşdur: "Bir kimsə röyasında məni görərsə, o kimsə axirətdə ən yaxın bir sifətlə şəfaətimlə, xüsusi bir görüşlə məni görəcəkdir”. Başqa bir söyləməyə görə, Həzrəti Məhəmməd: "Bir kimsə yuxusunda məni görərsə, o kimsə həqiqətən və gerçəkdən məni görmüşdür” buyurub. Yenə bir hədisi-şərifdə: "Bir kimsə röyasında məni görərsə, o kimsə gerçəkdən və eynən məni görmüş kimi olur. Zira, şeytanın mənim şəklimə girməsini düşünməsi mümkün deyildir”-söyləyir kainatın əfəndisi Həzrəti Peyğəmbərimiz. Bir kimsə yuxuda uca İslam Peyğəmbərini görmüşsə, röyası doğrudur. Yəni, Rəsulullahı görən adamın durumu həmişə yaxşı, könlü daima şən olur. Röya sahibi üzüntü içindədirsə-üzüntüdən, kədərdən qurtulur; həbsdədirsə-azad olur. Röyada Həzrət Peyğəmbəri görənlər mühasirədə və ya qıtlıq içindədirlərsə, bu durumlardan qurtulacaqlar, dünyada ucuzluq olacaq. Röyada Həzrəti Petğəmbəri görmək-dəlil-sübutları açıqlamağı, sözündə doğru olmağı, vədə əməl etməyi ifadə edir. Röya sahibi ailəsində və qohumları arasında heç birinin çata bilmədiyi bir məqama yüksələcəkdir. Röyada Həzrəti Məhəmmədi görmək-əziyyət və cəzaya sinə gərməyə işarədir. Röya sahibi əgər yetim və qəribsə, böyük bir mövqeyə çatacaq; həkimdirsə-xalq arasında tanınıb seviləcək. Röyada Həzrəti Məhəmmədin vəfat etdiyini görən adamın öz nəslində şərəfli və hörmətli bir şəxs vəfat edəcək. Həzrəti Məhəmmədin bir yerdə cənazəsini görmək-o yerdə böyük bir uğursuzluq və bəla olacağını xəbər verir. Röyada Həzrəti Peyğəmbərin cənazəsini uğurladığını, hətta qəbri-şəriflərinə qoyduğunu görən adam bidətə, küfrə meyl edər. Rəsulullahın qəbri-şəriflərini ziyarət etdiyini görən kimsə böyük var-dövlətə çatacaq. Röyada Həzrəti Peyğəmbərin gördüyünüz işlərə baxdığını görmək-röya sahibi həyat yoldaşının hüquqlarına hörmət və riayət etməlidir. Bir kimsənin iki cahan Günəşinin məstlərini geydiyini görməsi-o kimsəyə cihad əmr edildiyini göstərir. Yuxuda sevgili Peyğəmbərimizin xütbə oxuduğunu görən adam ədalətlə amirlik edər, pislikdən qaçar. Yuxuda Həzrəti Peyğəməbirn sizə bir şey verməsi-elm sahibi və haqqa tabe olduğunuza işarədir. həzrəti Peyğəmbərin verdiyi şeyi almaq-haqq yolundan uzaqlaşmaq deməkdir. Həzrəti Peyğəmbərin hər hansi bir yerdə vəfat etdiyini görən adam həmin il o yerdə vəfat edəcəkdir.


MƏHKƏMƏ-Yuxuda məhkəmə görmək çox xeyirli röyalardandır. Cinayət işinə baxan məhkəmə-sıxıntıya və əzab-əziyyətə işarə sayılır. Məhkəmədə dinləyici və şahid sifətiylə iştirak etmək-həyəcanlı olaylarla qarşı-qarşıya olduğunuzu xəbər verir.


MƏHKƏMƏ BİNASI-Röyada ədliyyə binasını, xüsusən də, vəkillərlə dolu olan məhkəmə binasının görülməsi xeyrə yozulmaz, işlərin pozulacağını göstərir. Məhkəmədə hakim görmək isə xeyrə yozulur.


MƏHSUL-Röyada torpaqdan bərəkətli və bol məhsul aldığınızı görmək-bol gəlirli, xoşbəxt bir il keçirəcəksiniz. Məhsulunuzun talana uğradığını görmək-çoxlu pul qazanmağa işarədir.


MƏCBURİ İŞ-Yuxuda istəmədən məcburi bir işə qoşulmaq-bir sıra çətinliklərlə üz-üzə gələcəyinizə və çox iztirab çəkəcəyinizə işarədir.


MƏCƏLLƏ-Röyada Məcəllə (köhnə islam hüququnu bir araya toplayan kitab) görmək-gələcək üçün ümid işığı olaraq yozulur.


MƏCLİS-Röyada bir məclis görmək-durduğunuz yerdə birdən-birə başınızı bəlaya salacaq, ən azı, arvadınız və ya ərinizlə dava-dalaş çıxaracaqsınız.


MƏŞƏQQƏT-Röyada qan-tərə bataraq məşəqqətli bir iş görmək, zəhmət çəkmək-rahatlığa, rifaha işarədir. Özünü ağır zəhəmt və məşəqqət içində görmək-röya sahibi arxayın nəfəs alıb rahatlığa qovuşacaqdır. Yuxunu görən vali isə, vəzifəsindən sui-istifadə edəcək, xalqın malına hiylə ilə əl atacaqdır.


MƏŞƏL-Təlim-tərbiyə işlərində böyük uğur qazanacaq, mükafatlandırılacaqdır.


MƏŞƏLÇİ-Röyada məşəlçi-xalqı doğru yola aparan bir adamı ifadə edir. Eyni zamanda, elmə, xeyrə, xalqın etibar etdiyi bir şəxsə işarə sayılır.


MİDYƏ (dəniz molyusku)-Röyada dənizə girib midyə topladığını görmək-sıxıntı və üzüntü içində keçəcək anların, ağla gəlməyənbir təhlükənin yaxınlaşmaqda olduğunu xəbər verir.


MİZAN VƏ TƏRƏZİ-Mizan və tərəzi-ölçməyə dəlalət edir. Mizan və ölçü-dini borclardan çıxmağa, əhdə və verilən sözə əməl etməyə işarədir. Qızıl çəkmək üçün zərgərlərin istifadə elədiyi ölçü alətini görmək-iflic və dilsiz uşağa; müşk, əmbər və ya başqa ətir maddələri üçün işlədilən ölçü aləti-qəflətdən ayıqlığa, nəfsini gözləməyə yozulur. Qiyamət mizanı-sirlərin açılmasını, eyni zamanda, sevinci və fərəhi xəbər verir. Röyada özünü mühakimə olunan görmək və haqq tərəzisində əməli ağır gəlmək-mühakimlikdən qurtaracaqsınız. Əməliniz yünkül gələrsə-zərərə uğrayacaqsınız.


MİZRAB-Yaxın günlərdə musiqili, şən bir toplantıya, əyləncəli məclisə gedəcəyinizə işarə sayılır.


MİZRAQ (nizə)-əgər mizraq silahla bərabər görülərsə və dəmirdən qayırılmışsa-qüvvətə və qalibiyyətə; silahsızdırsa və dəmirdən deyilsə-qüvvətli və sərt bir uşağa, faydalı və qazanclı ticarətə yozulur. Bu röyanı kasıb bir adam görərsə-varlanacaq; hökmdar və dövlət başqanıdırsa-qüvvət və qüdrətiylə bərabər, təmkinli hərəkət edəcək və zəfər qazanaraq məmləkətini düşməndən qurtaracaqdır.


MİKAYIL ƏLEYHİSSƏLAM-Röyada Mikayıl Əleyhissəlamı görmək-inananlar üçün dünyada məqəsdinə, muradına və əmələ nail olamağa dəlalət edir. Əgər o kimsənin imanı kamil deyilsə, həmişə ehtiyatlı davranması tövsiyə olunur. Yuxuda Mikayıl Əleyhissəlamı böyük bir şəhərdə görmək-o şəhərə bərəkətli yağışlar yağacaq, xalqın güzəranı bolluq və ucuzluq içində keçəcək. Bu böyük Mələk yuxuda röya sahibindən bir söz soruşarsa, yaxud ona bir şey verərsə-o adam nemətlərlə və sevuncə qovuşaraq, cənnətliki olar. Cünki Mikayıl Əleyhissəlam rəhmətə müvəkkli bir mələkdir. Onu yuxuda görmək-gün-güzəran, bərəkət, bolluq, istəklərinizin könlünüzcə yerinə yetməsi və bol yağış deməkdir. Bu Mələyi görmək bəzən də təbəəsinə qarşı şəfqətli və rəhmətli bir padşaha və dövlət başçısına əlamət sayılır, yaxud qıtlığı, quraqlığı və susuzluğu bildirir. Mikayıl mələyi görmək-əlil və uşağı olmayan qadınların uşağı olacağına, çox müşkül və çətin işlərin asan həllinə işarə sayılır. Mikayıl Əleyhissəlamı dənizdə səfərdə olan bir yoçu görərsə, o fırtına və boğulma təhlükəsindən hifz olunacaq. Bu röyanı quruda olan bir adamın görməsi də eyni şəkildə yozulur. Səfərdə olan adamın Mikayıl mələyi görməsi-yağış yağmasi səbəbindən səfərin ləngiyəcəyinə işarə sayılır. Əkin-biçin adamının Mikayıl Əleyhissəlamı görməsihər cür məhsul baxımından xeyrə yozulur. Özünün Mikayıl Əleyhissəlama oxşadığını görmək-röya sahibinin böyük qismətə, bolluğa yetişəcəyinə və gözəl xasiyyətli olmasına yozulur.


MİKROSKOP-Uşağınızın elmə çox meyilli olduğunu göstərir. Uşağınız yoxdursa, bu qabiliyyətdə əvəzsiz olacaqsınız deməkdir.


MİKROFON–Röyada mikrofon görmək-siyasi həyata atılacağınıza yozulur.


MİLYONER–Röyada milyoner və milyarder görmək-çox xəyalpərəst olduğunuza və ağlınızı başınızda toplamağın gərəkliyinə işarədir.


MİLLƏT VƏKİLİ (deputat)-İşlərinizin alt-üst olacağına yozulur.


MİLLƏT MƏCLİSİ (parlament)-Röyada bir millət vəkili kimi parlamentdə iştirak etmək-yaxında görüləcək bir çox işləri asanlıqla başa vurub, uğur qazanmağa yozulur.


MİLLİ GEYİM-Röyada özünü milli geyimdə görmək-həqiqətən müşkül bir işin çətinliklə başa gələcəyinə işarədir. Başqa adamları milli geyimdə görmək-kişi üçün genişürəkli böyük bir adamın yardımı ilə yüksəlməyi; evlənməmiş qadın üçün-özündən yüksək səviyyəli birisiylə izdivacı; evli qadın üçün-təsəvvür və düşüncələrində başqasına əngəl olmağı xəbər verir.


MİMOZA (küsdüm ağacı)-Röyada mimoza çiçəyi görmək-eşqə düşəcəyiniz ehtimalına işarə sayılır.


MİNAÇİÇƏYİ (göyərçin otu)-Yaxın günlərdə sevdiyiniz bir adamdan şad xəbərlərlə dolu bir məktub alacaqsınız.


MİNDƏR-Əmin-amanlığa, rahatlığa işarədir.


MİNİATUR-Həddən artıq duyğulu və həssaə adam olduğunuza işarədir.


MİNTƏNƏ (geyim)-Röyada mintənə geymək-sıxıntı içində olduğunuz anlamına gəlir. Bu sıxıntıdan qurtulmaq üçün röyada geyilən mintənənin yırtılmış olması gərəkdir.


MİRZƏ (katib)-Yaxşılığa, sevinc, şadlığa işarədir.


MİS-Röyada misdən düzəldilmiş əşya görmək-yaxın vaxtlarda övladınız dünyaya gələcəkdir.


MİSSİONER-Röyada bir missioner (təbliğçi) görmək-başınıza bir bəla gələcək və bu dərddən böyük çətinliklər nəticəsində qurtula biləcəksiniz.


MİÇƏTKƏN-Röyada miçətkən-əri ilə münasibətdə bulunmaq üçün iki qıçları arasına girilmiş qadına işarədir. Miçətkən altında yatmaq, bəzən də, qayğı və qüssə içində olmağa yozulur.


MİŞAR (bıçqı)-Yuxuda mişarla bir şey kəsmək-çətin və mürəkkəb məsələləri asanlıqla aydınlaşdıracaqsınız.


MODEL-Röyada bir şeyin modelini görmək-bir-birinə bənzər günlər keçirəcəksiniz deməkdir.


MOZAİKA-Yaxın vaxtlarda tarixi bir turist səfərinə çıxacaqsınız.


MOR (bənövşəyi) RƏNG-Uğursuzluqlariniz sona çatacaq deməkdir.


MORSALXIM (bitki)-Röyada morsalxım çiçəyi görmək-bəzi paxıl və pis niyyətli adamların ardınızca düşüb, sizə qəsd hazırlamaq istədiklərini xəbər verir.


MOTOR (mühərrik)-Röyada işləyən motor görmək-işlərinizin öz yolunda olduğuna; dayanmış motor-bunun tərsinə yozulur.


MOTOSİKLET-Yuxuda motosikletə minmək, kirayə götümək və satın almaq-maraqlı və çox xeyirxah bir adamla dostluq edəcəyinizə işarədir.


MÖVLƏVİ (dərviş)-Röyada bir mövləvi görmək-işlərinizin birdən-birə düzəlib, sonra yenidən baş-ayaq olacağına işarədir.


MÖHLƏT-Röyada möhlət vermək-əzab işarəsidir. yuxuda bir şeyin möhlətini, vaxtını uzatmaq-röya sahibi şiddətli əzaba məruz qalacaq.


MÖHÜR-Əmin-amanlığa, etimada yozulur.


MUZDUR (günəmuzdçu)-Röyada qan-tər içində əlləşən muzdur görən adamın başında bir fəlakət var. Əgər röya sahibi həmin muzdurun tərini silərsə, fərəhli, xoş günlərə yetişəcəkdir.


MUZEY-Bir muzetdə gəzmək-xoşunuza gələn, bacaedığınız və zövq aldığınız bir işə keçənəcən çoxlu ev və iş yeri dəyişəcəyinizə işarədir. Bir muzeydə muxtəlif əntiq və qədimi əşyalara tamaşa etmək-bir işə hədsiz maraq göstərəcək və bundan qeyri-adi mənəvi həzz duyaraq, çoxlu qazanc əldə edəcəksiniz.


MUMİYA-Röyada mumiya görmək-əski dostlarinizin birindən heç gözləmədiyiniz bir vaxtda xeyirli xəbər alacaqsınız. Yuxuda bir cəsədi mumiyalamaq-ruhunuzdakı acı bir xatirəni başınızdan çıxarmaq, unutmaq üçün çox çalışır, lakin buna müvəffəq olmayıb dərin iztirablar çəkirsiniz deməkdir.


MUNDİR (forma)-xoşbəxtliyə, şöhrətə, işdə uğurlara yozulur.


MUNCUQ-Yaxınlarınızdan birinin başına xeyrə yozulmayan bir hadisə gələcəkdir.


MUSA PEYĞƏMBƏR-Röyada Musa əleyhissəlamı görən adam şan-şöhrətə, yüksək rütbəyə çatacaq. Ona heç bir qorxu və sıxıntı üz verməyəcək. Çünki o adam haqqa riayətlə hər baxımdan qüvvətli və haqsevər bir insandır. Bir kimsə röyada Musa peyğəmbərin surətinə döndüyünü və ya paltarını geydiyini görərsə-o, məqsədinə nail olacaq və düşmənlərinə üstün gələcəkdir. Röya sahibi dustaqxanadadırsa,ordan qurtulub muradına çatacaqdır. Musa peyğəmbəri röyada görmək-həmin il nə qədər zalım və qəddar adam varsa, hamısının öləcəyinə işarədir. Musa peyğəmbərin məşhur əsasını əlində görmək-böyük məqama, yüksəlişə, düşmənə qalib gəlməyə, uzun səfərə qarşı tərəfin sehri-tilsimi varsa-çözüləcəyinə, kafirlərin məhvinə, sıxıntıdan, kədərdən qurtarmağa yozulur.


MUSİQİ-Röyada mahnı, yaxud musiqi alətlərində ifa olunan musiqi dinləmək-işinizdə böyük uğurlar qazanacaq və çoxlu oğul-uşaq yiyəsi olub xoşbəxt bir ailə həyatı yaşayacaqsınız. Dinlədiyiniz musiqi qulağı oxşamırsa və qarma-qarışıq səs yığınıdırsa, bu röya-saxta və qeyri-səmimi adamların tövsiyəsinə qulaq asdığınız təqdirdə ciddi bir xətaya yol verəcəyinizə işarə sayılır. Röyada rəqs musiqisi dinləmək və bu musiqiyə uyaraq rəqs etmək-sosial mövqeyinizlə kübar cəmiyyətdə sevilən bir şəxs olduğunuzu göstərir. Romantik bir musiqi dinləmək-eşqə və səadətə işarədir. Kədərli, hüznlü musiqi-cansıxıcı xəbərlərə hazır olmanızı bildirir.Röyada özünün musiqi çaldığını görmək-yaxınlarda hazırki vəzifənizdən də yaxşı bir vəzifəyə keçmək üçün təklif alacaqsınız.


MUSİQİ ALƏTLƏRİ-Röyada musiqi alətlərindən birini çalmaq-muradınıza nail olub, parlaq bir gələcəyə qovuşacaqsınız. piano və ya başqa bir musiqi aləti almaq-gözəl sənətlər sahəsində gözlədiyinizdən də artıq uğurlar qazanacaqsınız. Gənc bir qız belə röya görərsə, onun ailə həyatı əmin-amanlıq və xoşbəxtlik içində keçəcəkdir.


MUSİQİÇİ-Yuxuda bir musiqiçi (sazəndə) görmək-bir çox eşq macərası yaşadığınıza və ya yaşayacağınıza işarədir.


MÜBARİZƏ (savaş)-Tanış və ya tanış olmayan bir düşmənlə mübarizə etmək-röya sahibinin yaşayışı çətin olcaq, pulu daşdan çıxacaq. Düşmənini yenərsə-həyat savaşında uğur qazanacaq. Əgər mübarizədə hansı tərəfin qalib çıxacağı bəlli deyilsə-röya sahibinin gələcək həyatı şübhə altındadır. Savaşda düşmənə yenildiyini görən sadamın başına bir qəza gələcək.


MÜĞƏNNİ QADIN-Yuxuda qadın müğənni görmək-mənəvi böhranlar keçirəcəyinizi xəbər verir.


MÜDİR (rəhbər işçi)-Röyada öz müdirini, yaxud şefini görmək-yaxşılığa və ya pisliyə doğru bir dəyişikliyi bildirir. Özünün şef və ya müdir olduğunu görmək-cavan oğlan üçün bu röya-vəzifədə böyüyüb aylığının artacağına; təcrübəli yaşda adam üçün-bir yerdə çalışdığı yoldaşları arasında umu-küsüyə, narazılığa; gənc qadın üçün-əyləncəli istirahətə; yaşlı qadın üçün-aşbaz və qulluqşusu üzündən sıxıntıya və narahatlığa yozulur.
MÜƏZZİN-Röyada müəzzin görmək-xeyrə çağıran bir adamı, nigah məmurunu və ya elçini ifadə edir. Yuxuda əzan oxuduğunu görmək-həccə gedəcəyinizə işarədir. Bəzi yozuculara görə, əzan-oğurluğa da işarə sayılır. Bir qadının minarədə əzan oxuduğunu görmək-cəmiyyətdə cahil və nadan adamların çoxalması deməkdir. Röyada əzanın vaxtsız oxunduğunu görmək-bir işin əvvəlcədən bəyan edilməsinin gərəkliyinə işarədir.


MÜƏLLİM-Biliyinizin artacağına, dost-yoldaş arasında etibar və sayğı qazanacağınıza işarədir.


MÜNAQİŞƏ-Röyada bir nəfərlə münaqişədə olmaq-kişilər üçün bu yuxu-məhkəməyə düşmüş bir işi uğurla başa vurmağa, bəraət qazanmağa; qadınlar üçün-küsülü olduğunuz birisiylə barışmağa yozulur.


MÜNƏCCİM-Röyada münəccim görmək-qabaqcıl adamlarla söhbət etməyə və bəzi sirləri öyrənməyə, çox danışmağa, doğru və yalan söz-söhbətə, hadisələri nəql etməyə işarədir. Münəccim görmək, bəzən də, üzüntüyə və sıxıntıya; kədərli, qayğılı adamın qəm-qüssədən qurtulmasına, xoş xəbərə, elmə, görülən yaxşı işlərə yozulur.


MÜRƏBBƏ-Röyada mürəbbə yemək-gəlirə və mənfəətə yozulur. Evdə mürəbbə bişirmək-ürəkaçan, sevincli bir qazanc xəbəridir.
MÜRƏKKƏB-Röyada mürəkkəb görmək-hərəkətlərinizə diqqət göstərməsəniz, davranışınızın yanlış mənalandırılacağı anlamına gəlir. Mürəkkəb tökmək-istedadınız görünməyən, eyni zamanda, arzu və həvəs duymadığınız bir sənət sahəsində boş yerə zəhmət sərf etməkdə olduğunuzu göstərir. Yuxuda bir mürəkkəb ləkəsini silib təmizləməyə çalışmaqüzünüzə gülən dostlarınız daldala adınızı ləkələməyə çalışırlar. Mürəkkəb şüşəsi-çoxlu pul qazanacağınızı göstərir.


MÜRƏKKƏB QABI-Röyada mürəkkəb qabi görənin övladı və varı çox olur.


MÜFTİ-Röyada müfti görmək-mənəm fərəhə, şadlığa qovuşacaqsınız deməkdir.


MÜHARİBƏ (döyüş)-Röyada qarşı-qarşıya dayanıb bir-birinə hücm edən əsgərləri görmək, bu döyüşə tamaşa etmək və ya bu müharibədə iştirak etmək-kişilər üçün bu röya şəxsi bir iş təşəbbüsündə bulunmağa və ya ailə həyatında güzəran çətinliyinə; qadınlar üçün-peşmançılıq gətirəcək bir xətaya, yaxud maddi sıxıntıya işarə sayılır.


MÜHASİRƏ-Röyada ətrafə düşmənlər tərəfindən sarılmış olan bir kimsə gündəlik yaşayışını düzəltməli, dost-tanışı daha diqqətlə tələbkarlıqla saf-çürük edib seçməlidir.


MÜHAFİZƏ (keşikçi)-Röyada mühafizlə ilgili olay, yaxud mühafiz görmək-hamının etimadını qazanacağınıza işarə sayılır.


MÜHƏNDİS-Röyada mühəndis görmək-yaxşı tikilib təmir eilmiş bir şeyin xarab olmasına, xarab edilmiş bir yerin isə tikilib qurulmasına, fəsad və pisliklərə işarədir. Röyada mühəndis olduğunu görən adamın ömrü uzun olur, qüdrətə, şərəfə və amirliyə yetişir. Bu röyanın sahibi bəzən də, hakim və ya nigah məmuru olur. Bir hökmdarın özünün mühəndis olduğunu görmək-o hökmdar ərazisi üzərində çox dəyişikliklər edəcək və tutduğu işlərdə çox tədbirli davranacaq. Mühəndis görmək-kasıbçılıqdan qurtulub var-dövlət sahibi olmağa və xəstəlikdən şəfa tapmağa da yozulur.


MÜŞƏMBƏ (linoleum)-Yeni bir evə daşınacağınıza yozulur. Röyada ğzünüzü bir düşəmbə (linolium)-dükanında görmək və ya evinizə müşəmbə döşətmək-bir çox yeni və uğurlu işlərə atılacaq, çoxlu qazanc götürəcəksiniz.


MÜŞK-Röyada müşk qoxulamaq və qoxusunu hiss etmək-sirrə, sədəqəyə və uçağı olmağa yozulur. Ölüdə görülən müşk-onun cənnətdə olduğunu xəbər verir. Müşk, ticarət adamı üçün karlı və faydalı alış-verişə, böyük əmlak ticarətinə, meyvə bağlarına, eyni zamanda, böyük alimlərə işarə sayılır. Yuxuda görülən müşk-var-dövlətdir. Müşk qoxulayan və müşkü olan adam gözəl yaşayış və xeyir sahibidir. Müşk istintaq altında olan adamın bəraət alacağını da ifadə edir. Oğru və ya yolkəsənlərin birində mükş olduğunu görmək-onu dərhal tutulacağı anlamına gəlir.


MÜŞTƏRİ-Röyada alış-veriş edən adam görmək-darda qalmış, möhtac və çarəsiz bir adama işarədir.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərhlər
...DUALARIMDASAN...
lazimli xeberedi cox sag olun
Şərh Yaz