Islamda qadın neçə dəfə ailə həyatı qura bilər ?

05 Şubat 2015
2 664
0
Islamda qadın neçə dəfə ailə həyatı qura bilər ?
Islamda qadın neçə dəfə ailə həyatı qura bilər ?

İslam hüququnda evliliyin ölüm, boşanma və ya fəsih səbəblərindən biriylə sona çatması halında qadın yenidən evlənə bilər. Bunun üçün qadının gözləməyə məcbur olduğu müddət (iddət) var. Bu Qur`an-i Kərim`ilə sabitdir. Amma qadın eyni anda iki insanla evli ola bilməz. Bu haqdakı nümunələrdən birini qeyd edək.
Peyğəmbər Əfəndimiz aleyhissalatu vəssəlam kiçik Ümamə`ni "xala ana sayılar" deyərək himayəsinə təslim etdiyi Əsmə Binti Umeys (Allah ondan razı olsun), ilk müsəlmanlardan olub çox qiymətli bir səhabiyyədir. Meymunə anamızın bacısı olması səbəbiylə də Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm`in baldızıdır. Əsmə, müşriklərin əza və cəfasından xilas olmaq üçün əri Ca`fər İbni Əbu Talib ilə birlikdə Habeşistana hicrət etdi və orada tam on dörd il qaldı. Hz. Ca`fər Mutə döyüşündə şəhid olduqdan sonra əvvəl Hz. Əbu Bəkir (Allah ondan razı olsun) ilə evləndi. Hz. Əbu Bəkir vəfat edincə onu əlləriylə yudu. Daha sonraları Hz. Ali (Allah ondan razı olsun) ilə evləndi.
Qadınlar zərif, zəif və şəfqət qəhrəmanları olduqlarına görə tək yaşamaları çətindir. Həm də tək qalıb günaha girmək təhlükəsi olan qadın mütləq evlənməlidir. Qadının neçə defe evlənə biləcəyi haqda bir məhdudiyyət yoxdur.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.