Zəlzələ anında nə etməli? – Həyatınızı xilas edəcək tövsiyələr! » Feat.Az Sekiller, Xeberler, Yazili

Zəlzələ anında nə etməli? – Həyatınızı xilas edəcək tövsiyələr!

16 November 2017
350
0
Zəlzələ anında nə etməli? – Həyatınızı xilas edəcək tövsiyələr!
Zəlzələ yerüstü zərbələr və yerin üst qatının titrəməsi nəticəsində baş verir.

Feat.Az
yenicag.az-a istinadən xəbər verir ki, Bu hadisə həm tektonik proseslər, həm də partlayış, dağlarda yeraltı sürüşmələrlə müşayiət olunaraq baş verir. Seysmologiya elminin öyrəndiyi zəlzələlər nəticəsində yerin üst qatı formasını dəyişə, güclü yeraltı təkanlar evləri və tikililəri uçura bilər, sunami və yer sürüşmələri əmələ gətirərək, nəticədə xeyli insanın ölümünə səbəb ola bilər.
Zəlzələ 12 ballıq rixter şkalası ilə ölçülür. Şkalada göstərilən rəqəm nə qədər yüksək olarsa, zəlzələnin törətdiyi fəsadlar da bir o qədər çox olar.

Əsas problemlərdən biri də insanların zəlzələ baş verən zaman davranış qaydalarını düzgün bilməmələridir. Yaxud da əksər hallarda yanlış qərar verməlidirlər. Zəlzələlər zamanı insan tələfatı, itki çoxluğu bina və konstruksiyaların uçması, mebellərin və interyerin başqa komponentlərinin davamsızlığı ilə əlaqədardır.

Ümumiyyətlə, zəlzələ anında necə davranmaq lazımdır?

Hər bir insan evdə, işdə, kinoda, teatrda, nəqliyyatda və küçədə olan zaman özünü necə aparmaq qaydalarını, eləcə də edə biləcəyi və etməli olduğu hərəkətləri bilməlidir. Hazırlıq işlərinin bir necə gün ərzində aparılması qeyri-mümkündür. Lakin bu istiqamətdə atılan hər bir addım çox vacibdir.

Zəlzələyə hazırlıq mərhələsində bütün ailə üzvlərinin iştirakı ilə yığıncaq keçirilməli, zəlzələdən əvvəl aparılacaq hazırlıqlar, zəlzələ vaxtı və ondan sonra görüləcək işlər müzakirə olunmalıdır. Bu zaman mənzilin hər bir otağı nəzərdən keçirilməli və zəlzələ zamanı hansı əşyaların uçaraq, aşaraq və ya sürüşüb düşərək, təhlükə yarada biləcəyi müəyyən edilməlidir. Ailə üzvlərinin yatdığı, yemək yediyi və işlədiyi otaqlar nəzərdən keçirilməli, görülməli işlər siyahıya alınmalı və yarana biləcək təhlükə əvvəlcədən tam aradan qaldırılmalıdır.

– mənzildə yuxarıda yerləşdirilmiş ağır əşyalar ən qısaboylu ailə üzvünün boyundan aşağı bir yerə endirilməlidir;
– mebellər (mətbəx şkafları da daxil olmaqla) divara kip şəkildə bərkidilməli, zəlzələ zamanı mebel və mətbəx şkafının qapılarının açılmaması üçün onlar qıfıllanmalı və ya kilidlənməlidir;
– ağır əşyalar, qaz balonları və suqızdırıcılar möhkəm bərkidilməlidir;
– pəncərənin qarşısında yerləşən yataq mebellərinin yerləri dəyişdirilməlidir;
– işıqlandırma avadanlıqları tavana möhkəm bərkidilməlidir;
– divarlara asılan çərçivələr vintlə möhkəm bağlanmalıdır;
– təhlükəli (zəhərli, yana və partlaya bilən) maddələrə nəzarət edilməli və etibarlı yerdə saxlanılmalıdır.
– təhlükəsiz bir yer tapıb, diziniz üstə yerə oturun;
– başınızı və boynunuzu qoruyacaq şəkildə bağlayın;
– möhkəm bir yerdən tutun;
– dərindən nəfəs alaraq sakitləşməyə çalışın;
– yeraltı təkan keçənə qədər yerinizdən tərpənməyin.

Əgər hər hansısa bir məkandasınızsa: dayanıqlı bir masanın, ya da ki, hər hansı bir əşyanın yanına və ya altına çökün. Sizə xəsarət verə biləcək şüşələrdən kənarda dayanın. Yeraltı təkan keçənə qədər gözləyin və çölə qaçmayın.
Əgər çöldəsinizsə: üzərinizə düşə, tökülə biləcək əşyalardan, elektrik kabellərindən və ağaclardan qorunmaq üçün açıq bir sahəyə gedin.

Əgər avtomobilin içindəsinizsə: avtomobili açıq sahəyə sürün və orada təhlükə sovuşanadək gözləyin. Körpülərdən, alt keçidlərdən və elektrik dirəklərindən uzaq olun.

Əgər dar bir küçədəsinizsə: belə küçələrdə təhlükəsiz yerlər çox azdır. Düşən əşyalara diqqət yetirin. Binaların içi çölündən daha etibarlı ola bilər.

Zəlzələ baş verdiyi anda sakit olmağa çalışın:

– pilləkənlərə və ya çıxışlara qaçmayın;
– eyvana çıxmayın;
– eyvandan və ya pəncərədən tullanmayın;
– liftdən istifadə etməyin.

Olduğunuz yerdən asılı olaraq, mənzil, təhsil ocağı, zavod, müəssisə və s. obyektlərdə əvvəlcədən qısa və təhlükəsiz çıxış yollarını, həmçinin, ilk təkandan sonra yaranan qısa vaxt ərzində ağlınıza gələn çıxış (arxa qapı) yollarını müəyyən edin. Çıxış yollarında maneə yarada biləcək hər hansı bir əşya (qapı arxasında bükülmüş xalça, tozsoran, ütü masası və s.) varsa, onu kənara çəkin.

Zərurət olmadan telefondan istifadə etməyin.

Zəlzələdən sonra telefon kömək çağırmaq üçün açıq olmalıdır. Lakin çox vaxt həddindən artıq yüklənmə nəticəsində telefonlara zəng çatmır, həm ev, həm də mobil operatorlar məşğul olur. Mobil telefon şəbəkəsinin çox zəif tutmasına baxmayaraq, zəlzələ zamanı mobil telefonun SMS xidmətindən istifadə edərək, qısa mesaj göndərmək mümkündür. Bunu nəzərə alaraq, başqa ölkədə yaşayan tanışlarınızla əlaqə saxlayın və bu insana sizə yaxın olan qohum və dostlarınızın nömrəsini verin.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz