Hansı bürc tanışlıq saytında nə edir?

20 Şubat 2015
2 721
0
Hansı bürc tanışlıq saytında nə edir?
QOÇ
Sevimli qoç bürcləri ümumiyyətlə messengerdən çıxmırlar. Qoç bürcündən olan qız messengerdən super ər tapacağı xəyalı ilə yaşayır. Bütün yoldaşlıq saytlarında qoç bürclərini görmək mümkündür. Dostluqları möhkəmdir. Virtual dünyada xoşbəxt ailə arzuları ilə yaşayırlar. Qoç bürcü qadının messenger mesajında ''Məşğulam '' yazısını tez-tez gördüyümüz kimi, qoç bürcü kişisinin nə dinləyirəm bölməsində? Polad-Mənimlə evlənərsənmi?? mahnısına tez-tez rast gələrik.

BUĞA

Buga bürcü msndən çox da ləzzət almaz, bunun əvəzinə internetdə nəfəs almadan pul qazanmağın yollarını axtarır.

ƏKİZLƏR
Əkizlər bürcü isə Zodiakın ən netpərəst bürcüdür. Varsa yoxsa forumlarda rep arxasında qaçan həmçinin sevilən sevimli bir bürcdür. Dəyişəndir, söhbət otaqlarında bir gün psixoloq, sonraki gün astrolog, şişirdib urolog belə ola bilər.

XƏRÇƏNG
Artıq yorulduq bu bürcün romantik krizislərindən. MSN aləminin ən gözü sulu, zodiakın ən pessimist bürcüdür. Qotika üslublu şəkillərlə avatarını bəzəyir, blogunda həyata həmişə üsyan edir, həmişə hamıya dərdini danışır. Bir gün bu virtual xəstəlikdən xilas olacağına inanar.

ŞİR
Maşallah. Virtual aləmin, real aləmin ən favorit bürcüdür. Şir bürcünü googleda özünü axtararkən, messenger mesajında özünü tərifləyərkən, messenger-inə öz özünü əlavə edib özünü izlərkən tapa bilməniz çox təbiidir. 24 saat messengeri açıq gəzən, hər an biri bunu tərifləyəcək deyə gözləyən bir bürcdür.

QIZ
Tipik vasvası Qız virus proqramıyla hər gün, hər saniyə kompüterinin içini-çölünü təmizləyər. Kompyüterini tez-tez tozsoranla içini təmizləyər. Mesajlarını təmizləyər, siyahısını təmizləyər, əlində toz-udan çubuqla çatlaşar. Mesajlarında ümumiyyətlə tez-tez dərhal hər vaxt ''Təmizlik aparıram, gələcəəəəm'' şəklində qəribə şeylər yazar.

TƏRƏZİ
Ən əsəbləşdirən bürcdür. Forumlarda intellektual söhbətlərə dalıb, həyatın həqiqətinin virtual olmağından bəhs edib, maraqlı bir fəlsəfəyə qapılar. Bunlar ümumiyyətlə şeir saytlarında, şəkil saytlarında şərh yazmaqla gün keçirəndirlər. Faciəvi dərəcədə qabiliyyətlilərdir.

ƏQRƏB
Aman-aman evlərdən iraq. Bunların işi gücü sayt dağıdım, msn sındırım, parol oğurlayım. Xeyirli bir şey edim, msndən qız tapım evlənim deməz. Xakerdirlər. Onu, bunu, qabağına çıxanı sındırarlar. Sevilməzlər. Şəxsiyyətlərini gizləyərlər.

OXATAN
Oxatan bürcü qısqanclığı ilə, gizlətdiyi zəifliyi ilə, tərk edilən bir bürcdür. Söhbət otaqlarından çıxmazlar. Oxatan bürcünün nickləri ''su_pərisi?, ?gözəl_qız 20'' olur, virtual aləmin Don Kixotu olaraq bilinərlər.

OĞLAQ
Bir oğlağı virtual aləmdə tanımaq çox asandır. Messengeri daim açılıb bağlanar. Həmişə virtual aləmdə tapdığı qarşı cinslə görüşməyə gedir. Dağ-təpə, bayır-çöl dinləməz, gedər görüşər.

DOLÇA
Dolça bürcünü virtual aləmdə tanımaq çox çətindir. Sirrli bir havası vardır. Bu bürcün əsla nə dinlədiyini öyrənə bilməzsiniz. Açmaz. Mesajı qısa və konkretdir.

BALIQ
Balıq bürcünün ən diqqətə çarpan xüsusiyyəti virtual aləmdəki oynadığı oyunlardır. Çünkü onu çatlaşanda nadir hallarda görərsiniz. Özünü virtual oyunlara adaptasiya edər. Avtomatik mesajnda ''Oyun oynayıram.. yazın.. cavab verərəm'' yazır. Amma cavab verdiyinə hələ rast gələn olmayıb. Nadir bürclərdəndir.



Tərcümə etdi: SOLEDAD
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.