ALiYeVdən Günlük Bürclər 23.02.2015

22 Şubat 2015
2 849
0
ALiYeVdən Günlük Bürclər 23.02.2015
ALiYeVdən Günlük Bürclər 23.02.2015

Qoç - Saturn və Makemakenin münasibətləri həyatınıza energetika, ritm qatacaq. Səhər saatlarında ideyalar, planlar və xəbər axını bol olacaq. Axşam saatlarında isə gərginlik, vurnuxma azalacaq, daha sakit davranmaq imkanı əldə edəcəksiniz.Bu gün ən pis halda yalan, intriqanın yeni mərhələsi, sirr saxlamaq istədiyiniz məqamların faş olması ilə qarşılaşacaqsınız. Səhhətinizə fikir verin. Stress, gərginlik, həkimlərlə təmaslara şərait yaratmayın.

Buğa - Titaniya və Himaliyanın münasibətləri bu gün bol şanslar vəd etmir. Bununla belə, şərtlər əlverişlidir, şansdan yararlanmağa çalışın. Kimsə əhvalınızı ciddi şəkildə poza bilər. Böyük və müxtəlif işlərə hazırlaşın. Maliyyə məsələlərinin həlli üçün əlverişli gündür.İmkan varsa, alış-verişə yollanın. Amma gərəksiz, heç bir real ehtiyacınız olmayan əşya almayın.Ciddi işdəki xırda detallara, sizin üçün maraq kəsb edən münasibətlərdəki kiçik anlara diqqət yetirin.Tərəfdaşınız dərin və ciddi emosiyalara qərq olubsa, sizin haqlı olmağınız onun eyninə deyil. Həmin adama nəyisə uzun-uzadı anlatmağa, bəhs etməyə çalışmayın.Əksinə, sizi birləşdirə biləcək məqamları arayın.

Əkizlər - Leda və Hiperionun münasibətləri bu gün bol şans vəd edir. Yaxşı nəticəyə nail olmaq üçün ciddi səylər göstərmək gərəkdir. Dörd divar arasında qalmayın.
Aktiv ünsiyyət, məlumat və xidmət mübadiləsinə ehtiyac var. Kəskin diskussiya, işdə və ailədə mübahisələr istisna deyil. Açıq, səmimi danışıqda fayda var.Lakin daxili balansı qoruyun. Anlamaq gərək ki, işlərdə nəzərdə tutduğunuz yenilik plandakı sonucla başa çatmaya bilər.İtkilər yeni, həyatınıza qədəm qoyacaq ünsür üçün məkanı təmizləyəcək.Fikir aydınlığını qoruyun. Mühüm işgüzar məsələni müzakirə etməli olacaqsınız.

Xərçəng - Fobos və Haronun münasibətləri aktiv, bir qədər də qarışıq gün vəd edir. Əsas işi başa vurmaq üçün aktivliyinizi dəqiq hesablayın, mizanı pozmayın.
Gərəkli və gərəksiz söhbətlər çox olacaq. Lazımi, ehtiyac duyulan məlumatı ala bilərsiniz. Təmkinli olun, yaxın ətrafınızda vulkan kimi püskürən emosiyalara fikir verməyin.Emosional yaxınlarınızı sakitləşdirməyə çalışın. Köhnə nəsnələrdən qurtulun. Təmizləmə prosesində maraqlı, amma unudulmuş əşya, fayl, ideya və plan aşkarlana bilər. Şəxsi münasibətlər üçün əlverişli gündür. Bir şərtlə ki, məqsədlər və istəklərlə reallıq antoqonizm təşkil etməsin.Axşam saatlarında önəmli söhbət, müzakirə ola bilər.Spontan aktivlik sevindirəcək.

Şir - Triton və Haronun münasibətləri bu gün sürprizlər ehtimalını xeyli aşağı salır. İşlərinizlə yaşamınıza kənardan təsir cəhdləri sizi narahat edəcək. Qayğılanıb təşvişə düşməyin, bu təsirin qarşısını qətiyyətlə alın.Ziddiyyətli istəklər və maraqlar sizi müxtəlif yönlərə çəkir. Bu səbəbdən gərgin olacaq, başladığınız işi başa vura bilməyəcəksiniz.Eyni vaxtda bir neçə işə başlamayın ki, yaxın gələcəkdə durumunuz çətinləşməsin. Tələsməyin, qarşınıza çıxan sədləri aramla dəf etməklə yanaşı, prioritetlər barədə də düşünün. Şəxsi münasibətlərdəki romantik çalarlar üçün uğurlu gündür.

Qız - Sinope və Enseladın münasibətləri işləriniz, münasibətləriniz və planlarınız üçün təhlükə yaradır. Diqqətli olun, səbrli və sayıq davranın. Sizi daim diqqətlə izləyən insanlar üçün kiçik nüanslar 'milçəkdən şişmiş fil' əhəmiyyəti daşıya bilər. Münasibətlərdə qarışıqlıq, anlaşılmazlıq, neqativ xarici təsir olacaq.
Ünsiyyətdə dediklərinizin anlaşılmasına can atın. Vacib işləri təkbaşına görün. Qoy qədrinizi bilməyən insanlar sizin həmin işi necə də sürətli, vaxtında gördüyünüzü sizsiz anlasınlar.Maraqlar və istəklərin uyğunluğu ən yaxın vaxtlarda yeni səviyyəyə keçəcək.Lakin heç bir halda araşdırmaya, təhqiqata başlamayın.

Tərəzi - Mimas və Qanimedin münasibətləri günün ilk yarısında problemlər arasında ən mühümünün həllini tələb edir. Əks təqdirdə vurnuxma zamanı şansı əldən buraxa bilərsiniz. Münasibətlərin zahiri, formal tərəfi sizi narahat edə bilər.Zahiri şərtlər, mənfəətin yoxluğu işə olan diqqəti azaldaraq, sizi başqa fəaliyyət növünə sövq edə bilər. Öhdəlik və vədləri yerinə yetirin.Gəlir vəd edən iş köhnə münasibətlərlə əlaqələrə mane ola bilərsə, hələlik qəti qərar verməyin. Spontan srüprizlər üçün yaxşı potensialı olan gündür. Şərait və hadisələrin axarı yeni, maraqlı nə isə təklif edirsə, qərarın qəbulunu uzun müddətə təxirə salmayın.

Əqrəb - Miranda və Oberonun münasibətləri problemlərin həlli, çətin məsələlərin həllinə yaradıcı münasibəət üçün əlverişlidir.Yardıma ehtiyacı olana kömək edin. Sizin özünüzə də yardım edəcəklər. Eyni vaxtda bir neçə mövzunu nəzarətdə saxlamalı olacaqsınız. Yaradacılıq imkanları və bacarığınızdan tam istifadə edin.
Əlavə iş, tapşırıq peyda ola bilər. Sürpriz, xoş narahatlıq, romantik münasibətlərin güclənməsi istisna deyil.Yaşayış məkanının yenidən qurulması, ev üçün əşya və ya avadanlıq alınması ilə bağlı məsələni həll etmək olar. Yaxın gələcəkdə reallaşdırmaq istədiyiniz işə indidən başlayın ki, arzuladığınız nəticəni əldə edə biləsiniz.

Oxatan - Titan və Deymosun münasibətləri bu gün səhhət və fiziki formanın ön planda tutulmasını istəyir. Yaxın ətrafınızdakı vurnuxma sizi qıcıqlandıracaq, ənənəvi yaşam ritmini pozacaq, planlarınıza kobud müdaxilə edəcək. Vacib işi yerinə yetirmək üçün diqqətinizi cəmləməyə mane olsalar, fiziki işlə məşğul olun.
Fiziki iş gərginliyin aradan qalxmasını, bir qədər sakitləşməyi təmin edəcək. Tamahınıza hakim olun, çox yeməyin. Nə iş görsəniz də, nəzarəti və təhlükəsizlik hissini itirməyin.Həyat məkanınıza kimsə çox kobud şəkildə müdaxilə etməyə çalışacaq. İşdə və şəxsi həyatda nəyisə dəyişmək vaxtı deyil.Axşam saatlarında səs-küylü məclisdən, yaxşı tanımadığınız insanla ünsiyyətdən çəkinin.

Oğlaq - Avropa və Fobosun münasibətləri nigaranlıq, bir qədər də təşviş hissi yarada bilər. Çoxdan bəri planlaşdırdığınız işi yerinə yetirin, münasibətlərdə bəlli səviyyəyə nail olun. Mənfi nəticəyə də razılaşın: əsas məsələ müəyyənliyə nail olmaqddır. Çözülməsi üçün yeni əlaqələrin yaradılmasına, məlumatın aranmasına, sorğu-suala ehtiyac duyulan mübhəm sizi narahat edəcək.İşdə indiyədək qapalı qalan məqamlar hadisələrin inkişafında mühüm rol oynayacaq. Səhhətinizə fikir verin.
Xroniki ağrıların kəskinləşməsi istisna deyil.Axşam saatlarında qüvvənizin bol olduğunu hiss etsəniz də, istirahətə yetərincə vaxt ayırın.

Dolça - Pluton və Sereranın münasibətləri səhhətinizə diqqətlə yanaşmağı tələb edir. Var gücünüzlə çalışıb, səylərinizə qənaət etməsəniz, yaxşı nəticələrə nail ola bilərsiniz. Amma bütün günü yüksək templə çalışmayın. Sizə mənfəət və ya həzz verən işlərlə məşğul olun. İmkan olarsa, istirahət edin, orqanizmin sorğularına və ehtiyaclarına qulaq asın.Əməkdaşlığın yeni formaları, faydalı məlumat axtarışları, kompüter texnikasının apqreydi, çıxışın hazırlanması, mühazirə və məqalə yazılması üçün sərfəli gündür.Şəxsi münasibətlərdə danışıqların müstəsna əhəmiyyəti var.Sevdiyiniz insana hisslərinizi, istəyinizi etiraf edin.

Balıqlar - Venera və Merkurinin münasibətləri günü sadə etməyəcək. Fiziki tonus və xəbər axını pis olmayacaq. İdeyalarla faydalı fikirlər boldur, amma işin təşkili, diqqətin konsentrasiyası ilə bağlı problemlər yarana bilər. Həddən artıq işi yerinə yetirməyə çalışmayın. İndi işləri qaydada saxlamaq, yaşam və fəaliyyət məkanında düzən yaratmaq gərəkdir. Yaxın gələcək üçün planlaşdırılmış layihə və ya işlə bağlı önəm daşıyan məsələni günün ilk yarısında həll etməyə çalışın. Qüvvə, məsrəflərinizi dəyərləndirin, sizi dəstəkləyəcək insanları müəyyənləşdirin.Yeni məsələlərə yanaşmanız praqmatik və təmkinli olmalıdır.Məsələlərin həlli, yazışma, zəngləri təxirə salmayın. Boş söhbətlərə, dedi-qodulara, münaqişələrə qatılmayın. Mir.Az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.