Mart ayı 2015-ci il üçün bürclər nə vəd edir?

01 Mart 2015
3 132
0
Mart ayı 2015-ci il üçün bürclər nə vəd edir?
Mart ayı 2015-ci il üçün bürclər nə vəd edir?

QOÇ BÜRCÜ
Ayın birinci yarısı:
Yeni əlaqələr yaratmaq, sədaqətli dostlar əldə etmək üçün bu ərəfə kifayət qədər uğurlu olacaq. Həmkarlarınızla xırda soyuqluğu da başınızdan çıxarmağa çalışın. Martın 3-dən 11-nə qədər təmasda olduğunuz şəxslər ovqatınızın yüksəlməsinə xidmət edəcəklər. Amma təşəbbüskarlığı da əldən verməyin. Martın ilk həftəsində fəaliyyət zəminində müəyyən passivliklə rastlaşsanız da, bu, ciddi gərginliyə səbəb olmayacaq. Təxminən ayın 7-dən başlayaraq işlə bağlı nəzərdə tutduğunuz planların əksəriyyəti reallığa yaxınlaşacaq. Yeni təklifləri qulaqardına vurmayın. Əks təqdirdə bəzi müttəfiqlərinizlə aranızda soyuqluq yarana bilər.
Ayın ikinci yarısı:
Digər insanlarla məxfi ünsiyyətiniz sizi sevənlərdə ikrah, bəzi hallarda isə qısqanclıq hissi yarada bilər. Bunun gələcəkdə təhlükəli sonluqla nəticələnməməsi üçün hərəkət və davranışlarınızı kontrolda saxlayın. Ailə-sevgi münasibətlərinizdə olan qüsurları başqalarına danışmayın. Dostlarınıza yalan vəd verməyin. Astroloji təyinatlar bu yarım ay ərzində təmasda olduğunuz köhnə tərəfdaşlarınızın sizə əhəmiyyətli dərəcədə kömək edə bilməyəcəyini göstərir. Odur ki, ümumi vəziyyətinizi yaxşılaşdırmaq üçün yeni tərəfdaşlar tapmalı və ya bütün çətinlikləri təkbaşına dəf etməlisiniz. Martın 27-dən sonra pulla bağlı sıxıntılarınız tədricən səngiyəcək.

BUĞA BÜRCÜ
Ayın birinci yarısı:
Yaxşı olar ki, ixtiyarınızda olan martın ilk həftəsini dinc şəkildə yola salasınız. Əsəblərinizin tarıma .çəkilməsi ünsiyyətdə olduğunuz bir neçə yaxın şəxslə münaqişənizə rəvac verə bilər. Ayın 9-dan sonra isə nüfuzlu, eyni zamanda səmimi insanlarla rastlaşma ehtimalınız var. Dostlarınıza kələk gəlməyin. Ümumiyyətlə, bir neçə məsələdə ciddi seçim qarşısında qaldığınız üçün martın ilk günləri sizin üçün çətin keçəcək. Bəzi yeni cəhdlərinizin baş tutmaması, həmçinin əməyinizin düzgün qiymətləndirilməməsi kefinizi pozmamalıdır. Əksinə, gərgin məqamlarla üzləşdikdə vaxtınızı istirahətdə keçirin. 11-14 mart aralığında fəaliyyətinizdə müsbət qabarmalar hiss olunacaq.
Ayın ikinci yarısı:
Novruza qədərki müddəti bir təhər başa vursanız, sonrakı ərəfədə heç bir narahatçılığınız olmayacaq. Sevgiyə olan böyük ehtiyacınız məhz indi ödənəcək. Qarşılıqlı münasibətlərdə bütün imkanlarınızı səfərbər edin. Ayın 22-dən sonra isə sevgisiz "buğalar yeni məhəbbət ümmanına mehman olacaqlar. Bayram ərəfəsində doğmalarınıza baş çəkməyi unutmayın. Onu da qeyd edək ki, martın 20-nə qədər və 29-dan sonra böyük bizneslə məşğul olmağınız məsləhət görülmür. Odur ki, yalnız adi işlərlə başınızı qatmalı, gündəlik tələbatınızı təmin edə biləcək gəlirlə kifayətlənməlisiniz. Qalan müddətdə isə ən ciddi planlarınızı reallaşdıra biləcəksiniz. Ulduzlar varlanmağınıza da təkan verəcək.

ƏKİZLƏR BÜRCÜ
Ayın birinci yarısı:
Nədən və necə başlamalı? Sizi narahat edən bu suala bu 15 gündə cavab tapmağa səy göstərməlisiniz. Hətta təkbaşına bacarmadığınız təqdirdə etibarlı müttəfiqlərinizdən də kömək umun. Əgər ilk ongünlükdə Göy qübbəsinin bu tövsiyələrinə əməl edib işlərinizi relsə salsanız, uzun müddət heç bir nigarançılığınız olmayacaq. Zehni əməyə çox da aludə olmayın. Martın bu arakəsməsində qarşılıqlı münasibətlər zəminində hansısa ciddi problemlə rastlaşmayacaqsınız. Əksinə, ürəyinizə yaxın olan simsarlarınızla müntəzəm əlaqə saxlamaqla xeyli rahatlıq tapacaqsınız. Bu arada daha çox qohumlarınızın yanında olmağı məsləhət görən ulduzlar çoxsaylı qonaqlıqda iştirakınızı da təmin edəcək.
Ayın ikinci yarısı:
Təxminən martın 19-na qədər ailə-sevgi münasibətlərində cərəyan edən proseslər zövqünüzlə uyğunluq təşkil edəcək. Sonrakı ongünlükdə isə səhhətinizlə bağlı problemləri həll etsəniz, gözlənilən bütün xoşagəlməzlikləri dəf edə biləcəksiniz. Uzaq yola çıxmazdan qabaq yaxşı-yaxşı götür-qoy edin. Martın birinci yarısında fəaliyyətlə bağlı işlərinizin ləng getməsi sizi süstləşdirməməlidir. Çünki qarşıdan gələn bahar təravətli ərəfədə paralel olaraq bir neçə istiqamətdə fəaliyyət göstərməyiniz şəxsi büdcənizə də birbaşa təsir göstərəcək. Amma bu müddətdə kiməsə ciddi məbləğdə borc vermək və ya almaq fikrinə də düşməməlisiniz.

XƏRÇƏNG BÜRCÜ
Ayın birinci yarısı:
Yeni dostlar tapsanız da, sizə həmişə sadiq qalan adamlarla əlaqələri dərinləşdirməlisiniz. Göstərdiyimiz ərəfədə barışdırıcı mövqedə durmaq başlıca vəzifəniz olmalıdır. Uğur qazanan yaxınlarınıza paxıllıq etməyin. Gec-tez növbə sizə də çatacaq. Martın 8-də uzaqda yaşayan qohumlarınıza mütləq baş çəkin. Bəri başdan əmin ola bilərsiniz ki, ötən aydaki passivliyiniz martda qətiyyən qabarmayacaq. Havaların qeyri-sabit olmasına baxmayaraq məhsuldarlığınız yüksələcək. Ulduzların düzümü Qadınlar bayramına qədər yeni təkliflərdən imtina etməyinizi məsləhət görür. Sonrakı ərəfədə isə peşənizlə bağlı uğurlarınız kifayət qədər artacaq.
Ayın ikinci yarısı:
İfrat hövsələsizliyiniz qarşı tərəfin sizinlə daha mehriban davranmasına mane olur. Bir qədər mülayim və səmimi olun. Bir də çalışın ki, hisslərinizi gizli saxlamayasınız. Onu da unutmayın ki, sevgi duyğularına layiq olan adamlara onu olduğu kimi çatdırmaq lazımdır. Yazın elə ilk günündən münasibətlər zəminində hər şey ürəyinizcə olacaq. Astroloji göstəricilərə nəzər salsaq, bu arada ən varlı zodiak işarəsinin məhz "xərçənglər olduğunu təyin edə bilərik. Ən azı ona görə ki, eyni elementə mənsub olduğunuz Balıqlar bürcü bitənə qədər (20 mart) minimum üç dəfə şəxsi büdcənizdə artım olacaq. Ayın üçüncü dekadasında isə boş məsrəflərə pul xərcləməkdən vaz keçin.

ŞİR BÜRCÜ
Ayın birinci yarısı:
Martın 7-nə qədər yeni və riskli işlərə baş qoşmayın. Ulduzlar bu kimi halların müsbət nəticə verməyəcəyini bəyan edir. Yaxşı olar ki, həmin ərəfədə adi işlərlə məşğul olasınız. 9-13 mart arası şəxsi fəaliyyətinizdə əsaslı dönüş yaratmaq üçün şansınız olacaq. Təcrübəli adamlarla işbirliyi yaratmaq üçün bütün mümkün variantlardan istifadə edin. Bir çox sahələrdə olduğu kimi bu arada qarşılıqlı münasibətlərdə də passiv dövran yaşayacaqsınız. Ciddi münaqişələr gözlənilməsə də, hansısa perspektivli əlaqələr və ya dostluq istiqamətində ideal irəliləyişin şahidi olmayacaqsınız. Yalnız martın 12-dən sonra bəzi uğurlar mümkündür.
Ayın ikinci yarısı:
Mart ayı bürcünüz üçün bir qayda olaraq məhsuldar keçir. Bu səbəbdən də adətən qarşılıqlı münasibətlər arxa plana keçir. Amma ötən yarım ayda olduğu kimi bu müddətdə də sevgi hisslərinizi daha qabarıq şəkildə büruzə verməlisiniz. Dostluq-yoldaşlıq ünsiyyətini isə müvəqqəti olaraq arxa plana keçirin. Belə ərəfədə sevgilinizi özünüzdən incik salmayın. Adətən vəzifəpərəst olduğunuzdan sizlərdə xoşagəlməz bir cəhət var ki, o da tabe olmamaqdır. Əgər bu prinsipdən əl çəksəniz, bu aralıqda heç bir maneəyə rast gəlməyəcəksiniz. "Xərçəng”lərdə olduğu kimi sizin də təxminən üç dəfə qazanacağınızı bildirən ulduzlar ciddi məbləğdə borc verməyi məsləhət görmür. Əks təqdirdə müflisləşə bilərsiniz. Martın son günü bütün pul sövdələşmələriniz uğurla nəticələnəcək.

QIZ BÜRCÜ
Ayın birinci yarısı:
Ayın bu ilk yarısı qismən passiv ərəfə olsa da, bu, sizin üçün ciddi problem yaratmayacaq. Astroloji göstəricilər nəzərdə tutduğunuz işlərdə məxfiliyi saxlamağı tövsiyə edir. Axı nə iş görəcəyinizi kənardakılar, xüsusən də xoşunuza gəlməyən adamlar niyə bilməlidir? Bu tövsiyələrimizə qulaq assanız, fəaliyyətinizdə yüksəliş nəzərə çarr pşcaq. Martın 11-nə qədər istər qohumluq münasibətlərində, istərsə də dostluq əlaqələrində saysız uğurlara yiyələnəcəyinizə şübhə etməyin. Göy qübbəsi hər kəsə mülayim davranış göstərməklə sevindirici məqamlar yaşayacağınızı bəyan edir. Həmin ərəfədə kənd havası udmağınız məsləhətdir. Ayın "nəhs” günündə isə ehtiyatlı olun.
Ayın ikinci yarısı:
Bizneslə bağlı böyük işlərə yalnız martın 26-dan sonra başlamağınız məsləhətdir. Yalnız bu halda şəxsi işlərinizdə müəyyən dönüş yaratmağa müvəffəq ola bilərsiniz. Əvvəlki günlərdə isə planınızda olan müştərək fəaliyyətlə bağlı konkret addımları təxirə salmalısınız. Ümumiyyətlə, həmin ərəfədə riskli pul sövdələşmələrinə müdaxilə etməməlisiniz. Martın ötən yarısı taleyinizdə gərginliklə yadda qalsa da, bu amil romantikcəsinə yanaşdığınız sevginizə ciddi zərər yetirməyəcək. Belə halların labüdlüyünə nail olmaq üçün özünüz də canfəşanlıq etməlisiniz. Kənar problemlərinizi ailə-sevgi məkanına qatmayın. Bir sözlə, bu arada ünsiyyətdə olduğunuz adamlara birbaşa aidiyyəti olmayan məsələlərdən onları agah etməyin.

TƏRƏZİ BÜRCÜ
Ayın birinci yarısı:
Bəri başdan sevinməyinizə əsas var. Belə ki, bütün astroloji göstəricilər martın bu ərəfəsindən daha çox mehribançılıq görəcəyinizi proqnozlaşdırır. Bu 15 günlük müddətdə yalnız 2, 5 və 9 mart tarixlərində mübahisələrə cəlb olunma ehtimalınız yaranacaq. Bunun qarşısını alsanız, tam razı qalacaqsınız. Fevralla müqayisədə bu ay fəaliyyətinizdə bir qədər zəiflik nəzərə çarpacaq. Bu isə əsasən təbii proseslərdən irəli gələcək. Çünki havaların dəyişkənliyi və mühüm şəxslərin yanınızda olmaması əzmkarlığınızı azaldacaq. Buna baxmayaraq qarşıya qoyduğunuz öhdəliklərə məsuliyyətlə yanaşmalısınız. Martın 4-dən 7-nə qədər az da olsa, bir neçə zirvəni fəth edə biləcəksiniz.
Ayın ikinci yarısı:
Əvvəlcədən bildirək ki, ixtiyarınızda olan bu zaman kəsiyi biznes fəaliyyətiniz üçün bir qədər təzadlı ərəfədir. Hansısa riskli sövdələşmələr, ağlabatmayan müqavilələr zərərinizə ola bilər. Amma paralel olaraq bu istiqamətdə çoxsaylı sürprizlərlə də rastlaşa bilərsiniz. Odur ki, bacarıq və qabiliyyətinizdən maksimum istifadə etməyə səy göstərin. Astroloji göstəricilər bahar nəfəsli bu ayda güc və enerjinizi boş şeylərə itirəcəyinizdən xəbər verir. Məhəbbət laləzarından zövq almağınız məhz bu səbəbdən təxirə düşə bilər. Deməli, bu tövsiyələrimizdən nəticə çıxarıb bütün səylərinizi birləşdirməli, əsəbi situasiyalardan uzaqlaşmalı və ürəyinizdə olan şəxsə qarşı daha səmimi davranmalısınız.

ƏQRƏB BÜRCÜ
Ayın birinci yarısı:
Fevralla müqayisədə bu ay əsəbləriniz kifayət qədər sakit olacaq. Fikir və baxışları ilə razılaşmadığınız adamlarla ümumi dil tapmaqda heç bir problemiiniz olmayacaq. Ayın 7-dən 13-nə qədər ağlınıza gətirmədiyiniz insanlardan xeyirxahlıq və mərhəmət görəcəyiniz də labüddür. Ümumiyyətlə, bu yarım ayda diqqət mərkəzində olmağı bacaracaqsınız. Bunun üçün əsas vaxtınızı istirahət və səfərlərdə keçirməyiniz məsləhətdir. Hava şəraiti və ümumi fəaliyyətdə geriliyin yaranması da buna səbəb olacaq. Ayın 9-na qədər yaxşıca dincəldiyiniz təqdirdə sonrakı günləri uğurla başa vura bilərsiniz. 11, 13 və 15 mart tarixlərində şəxsi işlərinizdə əsaslı dönüş olacaq. Bundan istifadə edin.
Ayın ikinci yarısı:
Dəyişkən mart ayının üç günü (20, 24 və 30) istisna olunmaqla qalan müddətdə maliyyə məsələləri ilə bağlı qarşınıza çoxsaylı şanslar çıxacaq. Gələcək perspektivlərinizi reallaşdırmaq üçün müəyyən məbləğdə xərc də çəkə bilərsiniz. Əmin olun ki, qoyduğunuz pulların bəhrəsini yaxın aylarda mütləq görəcəksiniz. Sadəcə, daxili sabitliyinizi qorumalısınız. Nağıllar aləmindən ayrılmısınızsa, Göy qübbəsi sizi ürəyinizə uyğun sevgiyə nəsib edəcək. Bir amili də yadda saxlayın ki, Novruzu hansı ovqatla qarşılasanız, növbəti ilədək əhvalınız həmin vəziyyətdə qalacaq. Martın 23-də və 30-da daimi təmasda olduğunuz şəxslərlə aranızı vura bilərlər. Odur ki, hər sözə əhəmiyyət verməyin.

OXATAN BÜRCÜ
Ayın birinci yarısı:
Fəaliyyət göstərdiyiniz sahələrdə müəyyən problemləriniz baş qaldırsa da, özünüzü işə həsr etməklə bu kimi qanqaraçılıqları dəf edə biləcəksiniz. Astroloji göstəricilər Qadınlar Bayramına qədər işlə bağlı əksər cəhdlərinizin baş tutacağına işarə edir. Ötən aydan yarımçıq qalmış işlərinizi başa çatdırmaqda ciddi problemləriniz olmayacaq. Ayın ilk həftəsində müntəzəm surətdə əlaqədə olduğunuz adamlarla aranızda bəzi anlaşılmazlıqlar mümkündür. Bu kimi gərginliyi dinc yolla həll etməyə çalışın. Çünki indiki ərəfədə hansısa zorakı üsullar sizə yalnız zərər yetirə bilər. Martın 8-dənsə ünsiyyət məsələlərində uğurlarınız olacaq. Ayın 14-də müəyyən qədər aldanma ehtimalınız var. Odur ki, tədbirli olun.
Ayın ikinci yarısı:
Təəssüf ki, martın ötən yarısı bürcünüzün sevgi amili mənfi müstəvidə bərqərar olub. Gəlin etiraf edək ki, bunun başlıca səbəbkarı özünüz olmusunuz. Ona görə də giley-güzarı, kobudluğu və səbrsizliyi bir kənara atmalı, Yeni ilə – Novruza yeni duyğularla qədəm basmalısınız. Amma ruslann bir məsəlini də bu arada qulağınızda sırğa edin: "Dostluq-dostluqdur, iş-işdir”. Əks təqdirdə uzun müddət münasibətlərinizə aydınlıq gəlməyəcək. Əvvəlki bürclərin əksəriyyəti ilə müqayisədə martın bu hissəsi sizin üçün daha perspektivli olacaq. Yeni təkliflər, iş üslubunda nəzərəçarpacaq irəliləyişlər ovqatınızı, o cümlədən şəxsi büdcənizi kifayət qədər yüksəldə bilər. Ayın 19-da, 23-də və 29-da isə riskli sövdələşmələrdən uzaq olmalısınız.

OĞLAQ BÜRCÜ
Ayın birinci yarısı:
Yalnız fəaliyyət göstərdiyiniz sahələrdə münaqişələrə məruz qala bilərsiniz. Bu səbəbdən də həmkarlarınızla, ələlxüsus da rəhbər işçilərlə ümumi dil tapmağa səy göstərin. Əgər martın istirahət günlərini qonaqlıqda və ya səfərlərdə keçirsəniz, qarşılıqlı münasibətlər zəminində cüzi də olsa, probleminiz olmayacaq. Qadınlar Bayramından sonra məxfi görüşlər keçirmək üçün şanslarınız olacaq. Martın 11-nə qədər yeni işlərə başlamaq fikrindən daşınsanız, qalan günlərdə heç bir problemlə rastlaşmayacaqsınız. Əməyinizə qiymət verməyənlər də məhz bu ərəfədə kifayət qədər mülayim mövqe nümayiş etdirəcəklər. Ayın ikinci dekadasından ağlınıza gətirmədiyiniz adamlar fəaliyyət istiqamətində sizə böyük dəstək verəcəklər.
Ayın ikinci yarısı:
Yaşamalı olduğunuz bu 16 günlük müddətdə işgüzar sövdələşmələr üçün uğurlu anlarınız çox olacaq. Ələlxüsus da martın 25-nə qədər ikitərəfli əməkdaşlıq zəminində nailiyyətləriniz arta bilər. Danışıqlarda qarşı tərəfin təkliflərinə ciddi şəkildə yanaşın. Ulduzların düzümünə inansaq, martın 26-da və 28-də tədbirli olsanız, qalan müddətdə heç bir maliyyə probleminiz olmayacaq. Yersiz qısqanclıq, çığır-bağır, bir sözlə, rahatlığı pozan hər bir cəhdiniz yalnız sizi gözdən sala bilər. Kənardan deyilmiş söz-söhbətlərə görə qarşılıqlı münasibətlərinizi korlamayın. Çünki ulduzların düzümü təxminən martın 23-nə qədər sevgiyə böyük ehtiyac duyduğunuzu ehtimal edir. Ayın son həftəsində isə ayıq-sayıqlığınızı birə-beş artırmalısınız.

DOLÇA BÜRCÜ
Ayın birinci yarısı:
Qadınlar Bayramına qədər peşəkar siyasətçilər kimi müdriklik nümayiş etdirməlisiniz. Hətta günahkar qarşı tərəf olsa belə, emosiyalara uymamalı, çılğınlıqdan uzaq olmalısınız. Yalnız bu halda gözlənilən gərginliyi dəf edə bilərsiniz. Ayın 9-dan şonra isə hər kəsdən, xüsusən də əks cins tərəfdən mehriban münasibət görəcəksiniz. Kollektiv gəzinti və qonaqlıqlar sizə qarşı münasibətlərə müsbət çalarlar gətirəcək. Astroloji göstəricilər 12 marta qədər aktiv fəaliyyətdən uzaq olacağınızı bildirir. Həmin ərəfədə kənardan kömək və ya perspektivli təkliflər olmasa, təkbaşına nəyəsə nail ola bilməyəcəksiniz. Martın sonrakı günlərində isə gözləmədiyiniz uğurlar sizi qoynuna alacaq. Az qala hər gün işlə bağlı bir müjdəyə yetişəcəksiniz.
Ayın ikinci yarısı:
Şəxsi büdcənizi artırmaq istəyirsinizsə, qətiyyən səyyar biznes fəaliyyətinə həvəs göstərməməlisiniz. Ən azı ona görə ki, siz daha çox oturaq işlərdə müvəffəqiyyətə yetişə bilirsiniz. Astroloji göstəricilər bu arada ciddi məbləğdə xərcinizin çıxacağını bəyan edir. Amma narahatlığa əsas yoxdur. Çünki bu xərc xeyirxah məqsədlərə xidmət edəcək və Tanrı ən lazımlı məqamda onu özünüzə yetirəcək. Məhəbbət məsələlərində ötən yarım ayda üzləşdiyiniz problemlər böyük ehtimalla təkrarlanmayacaq. Məhəbbət bəslədiyiniz səxsin hiss və duyğularını dinləməyə kifayət qədər vaxtınız olacaq. Düzdür, ara-sıra başınız dost-tanışa da qarışacaq, lakin birgə səfər etməklə gərgin görüntülü çöhrənizə sevinc bəxş edə bilərsiniz. Qoç bürcü yetişənə qədər (21 mart) deyilənlərə əməl edin.

BALIQLAR BÜRCÜ
Ayın birinci yarısı:
Fərdi iş prinsipini sürətləndirmək üçün bürcünüzün hakim olduğu bu ərəfə, kifayət qədər məhsuldar dövrdür. Ulduzların düzümü ayın ilk həftəsində fəaliyyətlə bağlı bir neçə sürprizlə rastlaşacağınızdan xəbər verir. Çoxdan gözlədiyiniz təklifləri də ala bilərsiniz. Amma yeni dostların səxavətini görüb köhnələri unutmayın. Ayın 14-də və 15-də isə yeni və ya riskli işlərə başlamamalısınız. Onu da unutmayın ki, qarşılıqlı təmas üçün bürcünüzə uğur vəd edən dövr məhz martdır. Odur ki, şəxsi problemləriniz olan hər kəslə kompromisə getmək haqqında düşünün. Martın 10-dan sonra ulduzlar dostlarınızın artacağını da bəyan edir. Qohumlarınızla zəif münasibətləri möhkəmləndirməyə çalışın. Özünüzə qarşı rəğbət oyatmaq üçün pul amilindən də istifadə edin.
Ayın ikinci yarısı:
Təəssüf ki, bu arada digər işlərinizin çoxluğu məhəbbət amilinə diqqətlə yanaşmağınızın qarşısına alacaq. Nə qədər ki öz bürcünüz hakimiyyətdədir (16-20 mart), heç olmasa həmin ərəfədə səhvlərə yol verməyin. "Hər şeydə yalnız özüm haqlıyam” kimi dəhşətli fikirləri başınızdan çıxarın. Qarşı tərəfə mümkün qədər güzəştə getməyə çalışın. Əgər bu tövsiyələrə əməl etsəniz, ayın 25-nə qədər qarşılıqlı münasibətləri qaydasına sala biləcəksiniz. Göy qübbəsi martın ikinci yarısında iqtisadi maraqlarınızda hansısa risk etməyin lüzumsuz olduğunu bəyan edir. Əks təqdirdə ciddi problemlərə mübtəla ola bilərsiniz. Mart ayının 16-dan 20-nə və 28-dən 30-na qədər şəxsi büdcənizin azalmasına imkan verməyin. Yaxından bələd olmadığınız adamlarla pul sövdələşmələri aparmayın.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.